
Qocalmanın təkcə sənaye cəmiyyətindəki iltihab ilə əlaqəli olduğu məlum olub
Elm & Texnologiya
02.07.2025
Emil Nəcəfov
Bu kəşf, iltihabın yaşla birlikdə həmişə gücləndiyi fikrini elm adamlarının gözündə təkzib edir. Unikal tədqiqat göstərib ki, bu tendensiya yalnız şəhərlərdə və ya sənaye baxımından inkişaf etmiş ərazilərdə yaşayan insanlarda müşahidə olunur. İndi tədqiqatçıların qarşısında duran əsas vəzifə sağlamlıq problemlərinə dəqiq olaraq nəyin səbəb olduğunu müəyyənləşdirməkdir. İltihab immun sisteminin infeksiyaya verdiyi reaksiyanın vacib hissəsidir, lakin uzunmüddətli iltihab orqanizmə zərər verir. Bu günə qədər qəbul edilmiş fikrə görə, yaşlanma bədəndə iltihabı qaçılmaz şəkildə artırır və bu da xroniki xəstəliklərin inkişafına səbəb olur. Lakin Nature jurnalında dərc olunmuş yeni tədqiqat bu fərziyyənin yalnış olduğunu göstərir.

“Hazırda biz iltihabın təbiətini tamamilə yenidən dəyərləndirdiyimiz bir nöqtədəyik.” - deyə tədqiqatın həmmüəllifi Alan Cohen bildirib. Əldə olunan nəticələrə əsasən, yaşlanma ilə iltihab arasındakı əlaqə ümumbəşəri deyil. Məlum olub ki, yaşlanma doğrudan da iltihabla əlaqəlidir, lakin bu yalnız sənayeləşmiş cəmiyyətlər üçün keçərlidir. Bu nəticələr Sinqapur, İtaliya və Boliviya ilə Malayziyadakı yerli xalqlar arasında yaşayan təxminən 3000 kişi və qadının iştirakı ilə aparılmış araşdırmaya əsaslanır. Alimlər 8 iltihab zülalını analiz edərək müəyyən ediblər ki, xroniki xəstəliklərlə əlaqəli olan iltihab yalnız sənaye cəmiyyətində müşahidə olunub. Bu qrupda yaş artdıqca həmin biomarkerlərin konsentrasiyasında davamlı artım qeydə alınıb.

Yerli icmalarda isə yaşlandıqca iltihab səviyyəsi artmayıb və xroniki xəstəliklərə tutulma riski güclənməyib. “Bizim Qərb sənaye cəmiyyətlərinə əsaslanan çoxsaylı araşdırmalarla universal hesab etdiyimiz şey, böyük ehtimalla yalnız bizim mühitə xasdır” - deyə Cohen bildirib. Qeyd olunmağa dəyər ki, yerli xalqlarda bəzi spesifik zülalların səviyyəsi yüksəlmiş olsa da, bu göstəricilər yaşla sabit qalırdı və xroniki xəstəliklər riski ilə əlaqəli deyildi. Müəlliflər hesab edirlər ki, bunun səbəbi parazitlərə, bakteriyalara və viruslara qarşı yaranan immun reaksiyalar ola bilər. Hazırda bu tədqiqat cavablardan daha çox sual doğurur. Əsas nəticə odur ki, insan həyatının bütün dövrlərində iltihabın təbiətini yenidən nəzərdən keçirmək vacibdir. Gələcək tədqiqatlar sürətlənmiş qocalmanın qarşısını almağın ən yaxşı yolunu müəyyən etməyə kömək edəcək.
Mənbə: Nature.com
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yeni müşahidələr “kosmik saplar” adlı fərziyyəni təsdiqləyir

Yeni müşahidələr “kosmik saplar” adlı fərziyyəni təsdiqləyir
Adı adi və ya barion maddə olan və atom nüvələri, elementar hissəciklər, planetlər, qalaktikalar və ümumilikdə müşahidə olunan bütün kainatı təşkil edən materiya, kainatın ümumi kütlə-enerji balansının təxminən 5% təşkil edir.
Kainatda orqanik molekulların miqdarı gözlənildiyindən daha çox imiş

Kainatda orqanik molekulların miqdarı gözlənildiyindən daha çox imiş
Yer üzərində həyatın mənşəyi müasir elmin hələ də cavablandıra bilmədiyi əsas sirrlərdən biridir. Həyat nə vaxt yaranır, onun "toxumları" haradan gəlir və orqanik maddələrin sintezi üçün ilkin kimyəvi proseslər harada başlayır? Planetlərin səthindəki qidalı mühitlərdə, yoxsa kosmosun soyuq dərinliklərindəmi?
Saturnun peyki Enseladın səthaltı okeanı unikal sudan təşkil olunub

Saturnun peyki Enseladın səthaltı okeanı unikal sudan təşkil olunub
Alimlərin ehtimalına görə, Saturnun Enselad adlı peykinin buzla örtülü səthinin altında nəhəng maye su okeanı mövcuddur. Bu okeanda yadplanetli həyat formaları mövcud ola bilər.
Marsda mikrob həyatının olub-olmamasının təyini ilə bağlı irəliləyiş var

Marsda mikrob həyatının olub-olmamasının təyini ilə bağlı irəliləyiş var
NASA-nın Perseverance aparatı Marsın geoloji keçmişinə nüfuz edə bilib. Bunun üçün o, qəribə bir dağ süxurunu araşdırıb. Alimlərin fikrincə, bu süxur özündə Marsda həyatın olub-olmaması barədə məlumat daşıya bilər.
Qısa formatlı videolar yeniyetmələr üçün təhlükəli ola bilər

Qısa formatlı videolar yeniyetmələr üçün təhlükəli ola bilər
Yeni bir araşdırma, bir neçə saniyə ərzində göz önündən keçən videoların yeniyetmələrin psixi sağlamlığına daha dərin təsir edib-etmədiyini araşdırıb. Çində aparılmış son tədqiqat sübut edib ki, bu cür videolar gənclərin bədənlərinə və hətta qidalanma tərzinə münasibətlərini gizli şəkildə dəyişdirə bilər.
Həftənin xəbərləri

