
Saturnun peyki Enseladın səthaltı okeanı unikal sudan təşkil olunub
Elm & Texnologiya
02.07.2025
Emil Nəcəfov
Alimlərin ehtimalına görə, Saturnun Enselad adlı peykinin buzla örtülü səthinin altında nəhəng maye su okeanı mövcuddur. Bu okeanda yadplanetli həyat formaları mövcud ola bilər. Alimlər bu okeanın pH səviyyəsini araşdırıblar və maraqlı nəticələr əldə ediblər. Tədqiqatçılar Enseladda yerləşən okeanın potensial pH səviyyəsini müəyyən ediblər. Araşdırma göstərir ki, bu okean əvvəl düşünüləndən daha qələvidir. Lakin nəzəri cəhətdən belə bir suda həyat mövcud ola bilər, çünki bu, bizim tanımadığımız tamamilə fərqli bir həyat forması ola bilər. pH - bir məhlulun turşuluq və ya qələviliyini göstərən göstəricidir və bu dəyər 0-dan 14-ə qədər ölçülür. pH dəyəri 7 olduqda neytral sayılır, 7-dən aşağı göstəricilər turşu, 7-dən yuxarı göstəricilər isə qələvi hesab olunur.

Yer üzərində suyun orta pH səviyyəsi 6 ilə 8.5 arasında dəyişir, şirin suyun pH aralığı təxminən 6.5-8, yağış suyunun pH səviyyəsi təxminən 5.6, dəniz suyunun isə təxminən 8.2-dir. Alimlər Saturnun peyki Enseladı 2005-ci ildə tədqiq etmiş Cassini kosmik aparatının arxiv məlumatlarını analiz ediblər. Həmin vaxt peykin səthindəki çatlardan çıxmış geyzerlər (qaynar su fəvvarələri) aşkar edilmişdi. Bu müşahidə alimlərə Enseladın səthinin altında səthaltı okean ola biləcəyini düşünməyə əsas vermişdi. Geyzerlərin tərkibində fosfatlar, su buxarı, molekulyar hidrogen, üzvi karbohidrogenlər və metan, etan, oksigen və azot kimi molekullar aşkar edilib.

Alimlər uzun müddətdir ki, bu üzvi molekulların və suyun mövcudluğuna əsaslanaraq, Enseladın okeanında canlı orqanizmlərin ola biləcəyini ehtimal edirlər. Yeni tədqiqat Enseladın okeanındakı suyun pH səviyyəsinin təxminən 10.6 olduğunu göstərib ki, bu da onun çox qələvi olduğunu sübut edir. Əvvəllər bu dəyərin 8 ilə 9 arasında olduğu düşünülürdü. Yəni, nəzəri cəhətdən bizim bildiyimiz formada həyat belə bir mühitdə mövcud ola bilər, lakin ehtimal edilir ki, Enseladda tamamilə fərqli bir həyat forması da mövcud ola bilər. Enseladın təbiətini daha yaxşı anlamaq üçün bu peykə yeni bir missiya tələb olunur, çünki Cassini aparatı Saturn sisteminə dair öz tədqiqatını 2017-ci ildə tamamlayıb. Həmin il aparat qaz nəhənginin atmosferində yanaraq məhv olmuşdu.
Mənbə: Universe Today
Linki kopyala
enselad
enselad peyk
enselad peyki
enceladus
saturn
saturn planet
saturn planeti
saturn enceladus moon
science news
elmi xeberler
Bənzər xəbərlər
Oxşar xəbərlər
Marsda mikrob həyatının olub-olmamasının təyini ilə bağlı irəliləyiş var

Marsda mikrob həyatının olub-olmamasının təyini ilə bağlı irəliləyiş var
NASA-nın Perseverance aparatı Marsın geoloji keçmişinə nüfuz edə bilib. Bunun üçün o, qəribə bir dağ süxurunu araşdırıb. Alimlərin fikrincə, bu süxur özündə Marsda həyatın olub-olmaması barədə məlumat daşıya bilər.
Qısa formatlı videolar yeniyetmələr üçün təhlükəli ola bilər

Qısa formatlı videolar yeniyetmələr üçün təhlükəli ola bilər
Yeni bir araşdırma, bir neçə saniyə ərzində göz önündən keçən videoların yeniyetmələrin psixi sağlamlığına daha dərin təsir edib-etmədiyini araşdırıb. Çində aparılmış son tədqiqat sübut edib ki, bu cür videolar gənclərin bədənlərinə və hətta qidalanma tərzinə münasibətlərini gizli şəkildə dəyişdirə bilər.
Polşa 4 günlük iş həftəsinin testinə hazırlaşır

Polşa 4 günlük iş həftəsinin testinə hazırlaşır
Polşa əməkhaqqı azaldılmadan iş saatlarının qısaldılması ilə bağlı pilot proqramın başladılmasına hazırlaşır. Ailə, Əmək və Sosial Siyasət Nazirliyi elan edib ki, bu gündən etibarən şirkətlər və dövlət müəssisələri könüllü şəkildə növbəti 3 yeni iş formatından birinə keçə biləcəklər.
James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
3 illik astronomik müşahidələrdən sonra James Webb (JWST) kosmik teleskopu ilk dəfə olaraq yeni bir planet kəşf edib. Antila bürcündə yerləşən bu ekzoplanet TWA 7b adlandırılıb və Günəş sistemindən kənarda vizual şəkildə müşahidə edilə bilən bütün bu tip planetlər arasında ən az kütləyə sahib olanıdır.
Çindəki yarasalarda iki təhlükəli virus aşkar edilib

Çindəki yarasalarda iki təhlükəli virus aşkar edilib
Çində alimlər yarasalarda insanlara keçə biləcək yeni infeksiyalar aşkar ediblər. Bu viruslar beyində ağır iltihab və tənəffüs yolları xəstəliklərinə səbəb ola bilər.
Həftənin xəbərləri

