
Yeni müşahidələr “kosmik saplar” adlı fərziyyəni təsdiqləyir
Elm & Texnologiya
02.07.2025
Emil Nəcəfov
Adı adi və ya barion maddə olan və atom nüvələri, elementar hissəciklər, planetlər, qalaktikalar və ümumilikdə müşahidə olunan bütün kainatı təşkil edən materiya, kainatın ümumi kütlə-enerji balansının təxminən 5% təşkil edir. Lakin alimlər hələ də bu materiyanın təxminən yarısının harada yerləşdiyini tam olaraq bilmirlər. Son müşahidələr, “kosmik saplar” adlanan qızmış qaz liflərinin kainat boyu qalaktika qruplarını birləşdirdiyini irəli sürən fərziyyəni təsdiqləyir. Alimlərə görə, məhz bu strukturların içində astrofiziklərin axtardıqları adi materiyanın itkin hissəsi yerləşir. Bu nəticəyə Niderlanddan olan tədqiqatçılar gəliblər. Standart kosmologiya modeli ilə fon radiasiyası (kosmik mikrodalğa arxa plan şüalanması) müşahidələrinin tətbiq etdiyi sərt məhdudiyyətlərin birləşməsi bizə göstərir ki, kainatda ulduzlar, qara dəliklər və qaz buludları kimi strukturlar barion maddəsinin təxminən 60%-ni təşkil edir.

Təxminən 40% barion maddə isə gizli qalır - biz onun mövcud olduğunu bilirik, lakin harada və necə yerləşdiyini bilmirik. Əvvəllər kosmoqraflar bu uyğunsuzluğun Standart modeldə fundamental bir səhvə işarə edə biləcəyini düşünürdülər. Lakin son zamanlarda getdikcə daha çox sübut ortaya çıxır ki, bu maddə nəhəng, lakin müşahidə etməkdə çətinlik çəkdiyimiz qalaktikalararası məkan strukturlarında gizlənə bilər. “Kainatın genişmiqyaslı struktur modelləri bizə göstərir ki, bu maddə uzun qaz liflərində - yəni ‘qalaktik saplar’ adlanan strukturlarda yerləşməlidir və bu saplar qalaktika qruplarını birləşdirirlər. Bu itkin barionlar, ‘isti qalaktikalararası mühit” (WHIM) adlandırılan sahədə yerləşməlidirlər” - deyə Leyden Universitetinin mütəxəssisi Konstantinos Migkas izah edib.

WHIM son dərəcə seyrək olsa da, modellər göstərir ki, oradakı qaz çox yüksək temperaturda olmalıdır - ilk növbədə maddənin genişmiqyaslı kosmik hörümçək toruna çökməsi zamanı yaranan zərbə dalğaları və digər hadisələr nəticəsində. Nəticədə bu kosmik saplar zəif, lakin aşkar edilə bilən rentgen siqnalı yaymalıdırlar. Bundan əlavə, Standart Model WHIM-in bir sıra fiziki xüsusiyyətlərinə - sıxlıq, temperatur və tərkib daxil olmaqla - ciddi nəzəri məhdudiyyətlər qoyur. Əgər qalaktik saplar həqiqətən rentgen şüalanması yayırsa, bu xüsusiyyətlər onların enerjisində, intensivliyində və tezlik spektrində əks olunmalıdır və nəzəri cəhətdən astronomlar tərəfindən aşkar edilə bilər.

Bu günə qədər bu, baş verməyib, çünki həmin siqnallar rentgen spektrindəki digər, daha güclü mənbələrin - məsələn, superkütləli qara dəliklərin yaratdıqları siqnallar fonunda son dərəcə zəif qalırlar. Bu məsələni həll etmək üçün tədqiqatçılar dünyanın ən qabaqcıl iki kosmik rentgen teleskopunun - Suzaku və XMM-Newton-un məlumatlarını birləşdiriblər. Bu yanaşma onlara qara dəliklərdən gələn səs-küyü bütün sap boyunca aradan qaldırmağa və Shapley adlı qalaktik superklasterdə WHIM siqnalını təcrid etməyə imkan verib. Bu nəhəng quruluş Süd Yolundan təxminən 650 milyon işıq ili uzaqlıqda yerləşir və son dərəcə yüksək qalaktika sıxlığına malikdir. Nəticədə, onlar ilk dəfə olaraq qalaktik sapların sıxlığını və temperaturunu yüksək dəqiqliklə ölçə biliblər.

Suzaku və XMM-Newton-un imkanlarını birləşdirərək, tədqiqatçılar rentgen siqnalı aşkar ediblər ki, bu da sapların mövcudluğuna işarə edir və Standart modelin proqnozları ilə üst-üstə düşür. Onların gözlədikləri kimi, bu qalaktikalararası maddə son dərəcə isti və seyrək olub: temperatur təxminən 10 milyon Kelvinə çatıb və hər kub metrdə təxminən 10 elektron olub. Alimlər həmçinin müəyyən ediblər ki, sapın orta sıxlığı kainatın orta sıxlığından təxminən 40 dəfə çox, lakin onun birləşdirdiyi 4 qalaktika qrupunun nüvələrinin sıxlığından təxminən 1000 dəfə azdır. Bu sapın kütləsi isə Süd Yolunun kütləsindən təxminən 10 dəfə böyükdür. “Məhz bu araşdırmamız ilk dəfə olaraq Standart kosmologiya modelinin itkin barionların əhəmiyyətli hissəsinin xüsusiyyətləri ilə bağlı proqnozlarını təsdiqləyir” - deyə Migkas bildirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Kainatda orqanik molekulların miqdarı gözlənildiyindən daha çox imiş

Kainatda orqanik molekulların miqdarı gözlənildiyindən daha çox imiş
Yer üzərində həyatın mənşəyi müasir elmin hələ də cavablandıra bilmədiyi əsas sirrlərdən biridir. Həyat nə vaxt yaranır, onun "toxumları" haradan gəlir və orqanik maddələrin sintezi üçün ilkin kimyəvi proseslər harada başlayır? Planetlərin səthindəki qidalı mühitlərdə, yoxsa kosmosun soyuq dərinliklərindəmi?
Saturnun peyki Enseladın səthaltı okeanı unikal sudan təşkil olunub

Saturnun peyki Enseladın səthaltı okeanı unikal sudan təşkil olunub
Alimlərin ehtimalına görə, Saturnun Enselad adlı peykinin buzla örtülü səthinin altında nəhəng maye su okeanı mövcuddur. Bu okeanda yadplanetli həyat formaları mövcud ola bilər.
Marsda mikrob həyatının olub-olmamasının təyini ilə bağlı irəliləyiş var

Marsda mikrob həyatının olub-olmamasının təyini ilə bağlı irəliləyiş var
NASA-nın Perseverance aparatı Marsın geoloji keçmişinə nüfuz edə bilib. Bunun üçün o, qəribə bir dağ süxurunu araşdırıb. Alimlərin fikrincə, bu süxur özündə Marsda həyatın olub-olmaması barədə məlumat daşıya bilər.
Qısa formatlı videolar yeniyetmələr üçün təhlükəli ola bilər

Qısa formatlı videolar yeniyetmələr üçün təhlükəli ola bilər
Yeni bir araşdırma, bir neçə saniyə ərzində göz önündən keçən videoların yeniyetmələrin psixi sağlamlığına daha dərin təsir edib-etmədiyini araşdırıb. Çində aparılmış son tədqiqat sübut edib ki, bu cür videolar gənclərin bədənlərinə və hətta qidalanma tərzinə münasibətlərini gizli şəkildə dəyişdirə bilər.
Polşa 4 günlük iş həftəsinin testinə hazırlaşır

Polşa 4 günlük iş həftəsinin testinə hazırlaşır
Polşa əməkhaqqı azaldılmadan iş saatlarının qısaldılması ilə bağlı pilot proqramın başladılmasına hazırlaşır. Ailə, Əmək və Sosial Siyasət Nazirliyi elan edib ki, bu gündən etibarən şirkətlər və dövlət müəssisələri könüllü şəkildə növbəti 3 yeni iş formatından birinə keçə biləcəklər.
Həftənin xəbərləri

