Xidmət Şərtləri
"Technote"un Sayt və Xidmətlərindən istifadə etməzdən əvvəl bu şərtləri diqqətlə nəzərdən keçirin. Sayt və Xidmətlərdən hər hansı birini istifadə edərək, bu Şərtləri qəbul edirsiniz.
1. Dəyişikliklər
Biz bəzən bu Şərtləri dəyişə bilərik, buna görə də vaxtaşırı Şərtləri nəzərdən keçirməyiniz tövsiyə olunur. Şərtlərin ən actual və son versiyası (qüvvəyə mindiyi tarixdən etibarən) Sayt və Xidmətlərdən istifadə zamanı təqdim olunacaqdır. Şərtlərdə dəyişiklik olunduqdan sonra Sayt və Xidmətlərdən istifadə etməyə davam etdiyiniz təqdirdə, bütün dəyişiklikləri qəbul etmiş olursunuz.
2. Məxfilik siyasəti; Əlavə şərtlər
Gizlilik Siyasətimiz sizin təqdim etdiyiniz və ya Sayt və Xidmətlər vasitəsilə sizin haqqınızda əldə edə biləcəyimiz məlumatlarla bağlı təcrübələrimizi təsvir edir və Xidmətlərdən istifadə etməklə məlumatların Məxfilik Siyasətinə uyğun istifadəsinə razılıq verirsiniz. Sayt və Xidmətlərdən istifadə zamanı əlavə şərtlər tətbiq oluna bilər. Bu şərtlər sizə təqdim olunacaq və ya Saytımızda və Xidmətlərimizdə müvafiq bölmələrə əlavə olunacaq; əlavə dəyişikliklər bu şərtlərə istinad (link) yolu ilə birləşdiriləcək. Əgər mövcud şərtlərlə əlavə şərtlər arasında ziddiyyət olarsa, o zaman əlavə şərtlər üstün tutulacaq. Saytımızdakı və Xidmətlərimizdəki püşkatma, yarışma və kampaniyalara əlavə yaş qaydaları, coğrafi ərazi məhdudiyyətləri kimi əlavə qaydalar və uyğunluq tələbləri də tətbiq oluna bilər, göstərilən qaydalara və tələblərə əməl etmək üçün məsuliyyət daşıyırsınız.
3. Qeydiyyat və Girişə nəzarət
Giriş adlarınız və şifrələrinizin məxfiliyini qorumaq üçün məsuliyyət daşıyırsınız və hesabınızda baş verən bütün fəaliyyətlər, ödənişlər və zərərlər üçün məsuliyyət daşıdığınızı qəbul edirsiniz. Əgər kiminsə şəxsi hesabınızı Sizin icazəniz olmadan istifadə etdiyinə əminsinizsə, dərhal bizə müraciət etməlisiniz. Bizə şəxsi hesabınızdan icazəsiz istifadə olunması barədə məlumat vermədiyiniz təqdirdə yaranan hər hansı itkiyə və ya ziyana görə cavabdeh olmayacağıq. Əgər sizdən qeydiyyat məlumatlarını tələb ediriksə, bizə dəqiq və dolğun məlumat verməlisiniz, məlumatlar dəyişdikdə isə onu yeniləməlisiniz. Xidmətlərimizdəki yaş məhdudiyyəti tələbinə cavab vermədikdə yaş məhdudiyyəti tətbiq olunan hər hansı xidmətə daxil ola bilməzsiniz.
Giriş adlarınız və şifrələrinizin məxfiliyini qorumaq üçün məsuliyyət daşıyırsınız və hesabınızda baş verən bütün fəaliyyətlər, ödənişlər və zərərlər üçün məsuliyyət daşıdığınızı qəbul edirsiniz. Əgər kiminsə şəxsi hesabınızı Sizin icazəniz olmadan istifadə etdiyinə əminsinizsə, dərhal bizə müraciət etməlisiniz. Bizə şəxsi hesabınızdan icazəsiz istifadə olunması barədə məlumat vermədiyiniz təqdirdə yaranan hər hansı itkiyə və ya ziyana görə cavabdeh olmayacağıq. Əgər sizdən qeydiyyat məlumatlarını tələb ediriksə, bizə dəqiq və dolğun məlumat verməlisiniz, məlumatlar dəyişdikdə isə onu yeniləməlisiniz. Xidmətlərimizdəki yaş məhdudiyyəti tələbinə cavab vermədikdə yaş məhdudiyyəti tətbiq olunan hər hansı xidmətə daxil ola bilməzsiniz.
4. Əqli Mülkiyyət; Lisenziya
Sayt və xidmətlər ("Məzmun") ilə əlaqəli məzmun, məlumatlar, dizaynlar, kod və materiallar əqli mülkiyyət və digər qanunlarla qorunur. Siz bu qanunlara və tətbiq olunan müəlliflik hüquqları, ticarət markası və digər qanuni bildirişlərə və ya məhdudiyyətlərə əməl etməlisiniz. Bu şərtlərə uyğun olaraq, Sayt və Xidmətlərə yalnız şəxsi, qeyri-kommersiya məqsədli daxil ola və istifadə edə bilərsiniz. Sayt, xidmətlər və məzmuna dair bütün hüquqlarımızı qoruyuruq və icazəmiz olmadan Saytın, Xidmətlərin və ya Məzmunu və ya onun hər hansı hissəsini başqa şəkildə kopyalamaq, çoxaltmaq, yaymaq, nümayiş etdirmək, icra etmək və ya yenidən yaratmaq olmaz. Saytdan və Xidmətlərdən istifadə üçün nəzərdə tutulan bu məhdud hüquqları transfer edə və ya sata bilməzsiniz.
a. Viral Paylaşma
Şəxsi, qeyri-kommersiya məqsədli istifadə üçün müəyyən Məzmunu yenidən paylamağınıza açıq şəkildə icazə verə bilərik. Biz bu məzmunları yenidən paylaşmaq və ya hansı vasitələrlə (e-poçt, bloqlar) bölüşmək barədə məlumatları sizə bildirəcəyik. Biz bu səlahiyyəti istənilən vaxt ləğv edə bilərik. Əgər siz məzmunu yenidən paylaşırsınızsa, Siz açıq elan edilmiş Məzmunu redaktə edə və ya silə bilməlisiniz və ya istəyimizə əsasən dərhal redaktə edib silməlisiniz.
b. Kommersiya lisenziyaları
Məzmundan və ya Saytdan və Xidmətlərdən kommersiya məqsədli istifadə üçün yazılı şəkildə bizdən icazə almalısınız. Saytdan və Xidmətlərdən Məzmuna görə lisenziya əldə etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
5. Qanuni şikayətlər
Technote əqli mülkiyyət hüquqlarına hörmət edir. Saytdakı və Xidmətlərdəki məzmunun sizin müəllif hüququnuzu pozduğunu düşünürsünüzsə, müəllif hüquqları pozuntusu iddiası üçün nəzərdə tutulmuş prosedurlarımızı izləyin. Əgər müəlliflik hüququndan fərqli qanuni şikayətiniz varsa, zəhmət olmasa digər qanuni şikayətlər prosedurumuza əməl edin.
6. İstifadəçi göndərişləri
Sayt və Xidmətlərdən bəziləri sizə səs, video, mətn və ya digər materialları (ümumi olaraq "İstifadəçi Göndərişləri") Sayt və Xidmətlərə ötürməyə imkan verə bilər. İstifadəçi Göndərişlərini təqdim etdikdə siz Technote üçün göndərilən məzmunları istifadə, paylaşma, redaktə, nümayiş etdirmə, arxivləşdirmə, yayımlanma və s. etməyə icazə verirsiniz. Biz İstifadəçi Göndərişləriniz vasitəsilə təqdim etdiyiniz məzmunların mülkiyyət hüququna hörmət edirik. Siz İstifadəçi Göndərişlərinizin bizə təqdim etməmişdən öncə müəlliflik hüquqlarına sahibsinizsə, Sayt və Xidmətlərimizdəki şərtlərə uyğun olaraq müəlliflik hüquqlarına sahib olmağa davam edəcəksiniz. Saytdan və Xidmətlərimizdən İstifadəçi Göndərişlərini sildiyiniz təqdirdə, bizim tərəfimizdən məzmununuza tətbiq olunan müəlliflik hüquqlarının və lisenziyanın müddəti müəyyən zaman sonra başa çatacaqdır. Bununla yanaşı, Saytdan və Xidmətlərdən silinən məzmunlar bizim bazamızda bir nüsxə olaraq saxlanıla bilər. Göndərdiyiniz məzmunlarınızı silmədən öncə üçüncü tərəflərlə paylaşdığınız təqdirdə də məzmunlarınızın nüsxələri onların bazalarında qala bilər. Bundan əlavə, göndərdiyiniz məzmunları Siz onları silmədən öncə istifadə etsək, sizin məzmunları silmənizə baxmayaraq istifadə etmək, yenidən yayımlamaq və digər hüquqlarımız bizə məxsus olaraq qalmağa davam edəcək. Saytımızdakı və Xidmətlərimizdəki hesabınızı sildiyiniz təqdirdə İstifadəçi Göndərişləriniz bazalarımızdan avtomatik olaraq silinməyəcəkdir. Biz sizə xəbərdarlıq etmədən İstifadəçi Göndərişlərinizdən imtina edə və ya silə bilərik. Bununla yanaşı, İstifadəçi Göndərişlərinizə nəzarət etmək kimi öhdəliyimizin olmadığını sizə bildirir və razılaşırıq ki, nə biz nə də siz və ya sizin nümayəndələriniz İstifadəçi Göndərişləri nəticəsində yaranmış hər hansı zərərə görə məsuliyyət daşımırıq. Məxfilik Siyasətində göstərilən hallar istisna olmaqla, İstifadəçi Göndərişlərinin sizin hesabınızdan (şifrə ilə qorunan) təqdim olunmasına baxmayaraq, onların fərdi və yalnız sizə məxsus qalacağına zəmanət vermirik. Buna uyğun olaraq, sadəcə sizə məxsus olmasını istədiyiniz məzmunları göndərməməyiniz tövsiyə olunur. İstifadəçi Göndərişlərinizi təqdim etdiyiniz təqdirdə Technote lisenziyasının məzmununuza tətbiq olunmasını qəbul edirsiniz və İstifadəçi Göndərişlərinizdə təhqirə, böhtana yol verilməməsinə, üçüncü tərəflərin hüquqlarının (o cümlədən intellektual mülkiyyət, müəlliflik və məxfilik hüquqları) pozulmamasına görə zəmanət verir və məsuliyyət daşıyırsınız.
7. Üçüncü tərəf məzmunları
Biz zaman-zaman Saytımızda və Xidmətlərmizdə üçün tərəfin məzmununu paylaşır və ya üçüncü tərəflərin veb səhifələrinə bir başa keçid yerləşdiririk. Biz üçüncü tərəflərin məzmunlarının və ya veb saytlarının Saytımızda və Xidmətlərimizdə mütləq şəkildə yayımlanmasını təsdiqləmirik və onların fəaliyyət və qüsurlarına görə məsuliyyət daşımırıq. Üçüncü tərəflərin xidmətlərindən istifadə etməzdən öncə istifadə şərtlərini və məxfilik siyasətlərini nəzərdən keçirməyinizi tövsiyə edirik.
8. Ödənişli xidmətlər
Ödənişli xidmətlərdən və ya məhsullardan istifadə etmək istədiyiniz təqdirdə, bu satınalmaları tənzimləyən şərtləri, o cümlədən tətbiq olunan qiymət və ödənişləri ödəməyə dair bütün tələbləri qəbul etmiş olursunuz. Rüsum və ödənişlərdə hər hansı dəyişiklik olduğu təqdirdə bu barədə sizə məlumat verəcəyik. Biz ödənişli xidmətlərimizi yoxlamağınız üçün ödənişsiz sınaq müddəti və ya həmin müddət üçün xüsusi endirim təklif edə bilərik. İmtina edilmədiyi təqdirdə, sınaq müddəti bitdikdən sonra ödənişli xidmətlərimizə abunəliyiniz avtomatik olaraq cari abunə dərəcəsi ilə yenilənəcəkdir. Ödənişli xidmətlərimizdən istifadə etməyi dayandırmaq üçün abunəliyinizi yeniləmə tarixindən ən az 10 gün əvvəl ləğv etməlisiniz. Ödənişli xidmətlərimizdən istifadə etməyi dayandırmadığınız təqdirdə istifadə etmədiyiniz hissələr daxil ödəniş etdiyiniz xidmətlərin abunəlik haqqı geri qaytarılmır. Qiymət endirimi və ya endirim təklifi zamanı biz qiymətlərin cari qiymətlərin qorunması və ya geri qaytarılma təmin etmirik.
9. Məqbul istifadə
Sayt və Xidmətlər unikal formatda və görünüşdə Məzmunlar təqdim etmək üçün hazırlanmışdır. Bizim icazəmiz olmadan Saytın və Xidmətlərimizin interfeysindən istifadə edə bilməməyinizlə razılaşırsınız. Biz öz qərarımıza əsasən Saytımıza və Xidmətlərimizə yönəltdiyiniz bağlantı icazələrini rədd edə bilərik və tələbimizə əsasən yaratdığınız bağlantıları dərhal redaktə edə və ya silə bilərsiniz. Bu şərtləri məhdudlaşdırmadan Sayt və Xidmətlərimizdən aşağıdakı hallarda istifadə edə bilməzsiniz:
- Başqalarını təhdid etmək, alçaltmaq, böhtan atmaq, şərləmək, sui-istifadə etmək və ya digər şəxslərin hüququnu pozmaq və ya qeyri-qanuni fəaliyyətlə məşğul olmaq;
- Vulqar, alçaldıcı, səhv, qanunsuz, cinsi ayrı-seçkilik edən, irqçi, şiddəti, irqçi nifrəti və ya terrorizmi təşviq edən hər hansı saytdan bizim Sayta və Xidmətlərə birbaşa bağlantı yönəltmək;
- Saytı və Xidmətləri öz rəsmi loqolarından başqa bütün loqolarda bağlantı olaraq göstərmək və ya Technote tərəfdaşları ilə üçüncü tərəflər arasında saxta əlaqələr təklif etməklə bizi gəlirlərdən (reklam, marka və xidmət gəlirləri daxil olmaqla) məhrum edə biləcək fəaliyyətlər;
- Hər hansı şəxsin və ya fərdin qanuni hüquqlarını pozma (əqli mülkiyyət, məxfilik və ictimai hüquqlar daxil olmaqla) və ya bu istiqamətdə məlumatlar ötürmək, əqli mülkiyyət hüquqlarını və digər qanuni bildirişləri silmək və ya dəyişdirmək;
- Virus, casus proqramlar və digər zərərli kodları olan faylları ötürmək;
- Bizim icazəmiz olmadan reklam xarakterli məzmunlar paylaşmaq və ya xidmətlər təbliğ etmək;
- Saytdan və Xidmətlərdən istifadə edərək başqalarına müdaxilə etmək və ya Sayt və Xidmətləri başqa şəkildə pozmaq;
- Bu istifadəçilərin və Technote-un razılığı olmadan digər istifadəçilər haqqında şəxsiyyəti təyin edən məlumatları ötürmək, toplamaq və ya əldə etmək;
- Şəxsi məlumatları əldə etmək üçün avtomatlaşdırılmış proqramlardan istifadə etmək;
- Hər hansı şəxsi və ya qurumu təqlid etmək, bu və ya digər şəkildə mənsubiyyətinizi və ya ötürülmüş materialların mənşəyini təhrif etmək;
- Sizin istifadəniz üçün icazə vermədiyimiz Saytın və Xidmətlərin hər hansı hissəsinə giriş əldə etmək, şifrə ilə qorunan hesablara daxil olmaq, onların məlumatlarından istifadə etmək və ya digər şəxslərə öz hesabınızdan istifadə üçün icazə vermək.
10. Sayta Giriş; İstifadəçi Hesabını Silmə
Aşağıdakı hallarda sizin istifadəçi hesabınızı sizə xəbərdarlıq etmədən məhdudlaşdıra və ya silə bilərik:
- Sayt və Xidmətlərə girişinizi məhdudlaşdırmaq və ya ləğv etmək;
- Saytı və Xidmətləri dəyişdirmək və ya dayandırmaq;
- İstifadəçi hesabınızı ləğv etmək və bu hesaba məxsus bütün məlumatları silmək;
- Tətbiq olunan qanunlara və ya məhkəmə qərarlarına əsasən sizin şəxsi məlumatlarınızı aidiyyəti dövlət orqanlarına təqdim etmək (sizin və ya digər şəxslərin təhlükəsizliyini Saytımız və Xidmətlərimizin Məxfilik Siyasətində tərtib olunan qaydalara uyğun olaraq qorumaq üçün).
Yuxarıda sadalananları həyata keçirdiyiniz təqdirdə sizə və ya üçüncü tərəflərə qarşı məsuliyyət daşımayacağıq. Sayt və Xidmətlərimizin Şərtlərini pozduqda isə yuxarıda sadalananlarla yanaşı başqa tədbirlər də görə bilərik. Əgər bu Şərtləri qəbul etmirsinizsə, Sayt və Xidmətlərdən dərhal istifadə etməyi dayandırmalısınız. Sayt və Xidmətlərimizdəki istifadəçi hesabınızı silmək istəyirsinizsə, qeydiyyatdan keçdiyiniz Xidmətin istifadəçi təlimatlarına nəzər yetirin. Bütün İstifadəçi Göndərişləri bu Şərtlərin 6-cı bəndinə uyğun olaraq qorunacaqdır. Bu Şərtlərin 6 və 11-15-ci bölmələri Sayt və Xidmətlərimizdəki istifadəçi hesablarınıza xitam verilməsinə baxmayaraq qüvvədə qalacaqdır.
11. Təminat
Technote təqdim olunan məlumatları gizli saxlamağa, məlumatları üçüncü tərəflərə ötürməyəcəyinə və bu məlumatların təhlükəsizliyinin təmin olunmasına zəmanət verir. Saytdan və Xidmətlərdən istifadə edərkən məlumatların təhlükəsizliyinin təmin olunması ilə bağlı çərəz siyasətini Saytın və Xidmətlərin “Çərəzlər barədə bəyanat” bölməsindən oxuya bilərsiniz. Bunlarla yanaşı, gizlilik çərçivəsində Saytda və Xidmətlərin tərkibində olan məlumatlar üçüncü tərəflərə aşağıdakı şəkildə ötürülə bilər:
- Hüquqi orqanlardan yazılı şəkildə tələb olarsa;
- Saytın və Xidmətlərin mülkiyyət hüquqlarını qorumaq məqsədilə;
- Saytda və Xidmətlərimizdə qeydiyyatdan keçərkən qəbul etdiyiniz “İstifadəçi Şərtləri” əsasında.
Technote Saytda və Xidmətlərdə özünə məxsus hissələrdə iş siyasətinə uyğun olaraq yerləşdirdiyi Banner və yönləndirmə tətbiqləri vasitəsilə digər platformalara yönləndirilən istifadəçilərin həmin platformalarda qarşılaşacağı məzmun və gizlilik siyasətinə görə məsuliyyət daşımır.
12. İmtina etmə; Məsuliyyət Məhdudiyyəti
Technote aşağıda qeyd olunmuş şərtlərə təminat vermir:
- Saytın və Xidmət platformalarının funksiyalarının və ya kodlarının xətasız daimi işləməsini;
- Bu xətaların tam həll edilməsini;
- Saytda və ya Xidmətlərdə əldə etdiyiniz informasiyaların gələcək tarixlərdə mövcudluğunu qorumasına.
Technote özünün məzmun yayımlama və “İstifadəçi Şərtləri”nə əsasən yayımlanan informasiyaların hər hansı şəkildə limitləşdirilməsinə və ya məhdudlaşdırılmasına çalışmır, lakin bu çərçivədə tətbiq olunan qaydalar pozulduğu təqdirdə məzmunların yayımlanması məhdudlaşdırıla bilər. Saytda və Xidmət platformalarında yerləşdirilən məlumatlar “olduğu kimi”, “xətaları ilə” öz mövcudluğunu qoruyacaqdır. Saytdan və Xidmətlərdən istifadə tamamilə sizə məxsus prosesdir. Əgər Sayt və ya Xidmətlərimizdən narazı olsanız, Sayt və Xidmətlərimizdən istifadə etməyi dayandırmaq tamamilə sizin iradənizdən asılıdır. Saytımızdan və Xidmətlərimizdən istifadə etməklə məhsullarımıza zərər verməməyi, zərər verildiyi təqdirdə tətbiq olunacaq qanuni prosedurları qəbul edirsiniz. Saytdan və Xidmətlərdən istifadə etmək üçün qeydiyyatdan keçdiyiniz zaman sizin hüquqlarınızın pozulduğunu düşündüyünüz təqdirdə Technote-a qarşı iddia qaldıra bilərsiniz.
13. Qanuni tətbiqetmə, Yeri və Yurisdiksiyası
Saytın və Xidmətlərin bütün hüquqları Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən qorunur. Saytdakı məlumatları icazəsiz istifadə etmək, çoxaltmaq, yaymaq, yenidən yayımlamaq və müəllif hüquqların pozmaq qadağandır. Bu sadalananların baş verdiyi təqdirdə Saytın və Xidmətlərimizin şərtlərini pozan şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb olunacaqlar.