
Kainatda orqanik molekulların miqdarı gözlənildiyindən daha çox imiş
Elm & Texnologiya
02.07.2025
Emil Nəcəfov
Yer üzərində həyatın mənşəyi müasir elmin hələ də cavablandıra bilmədiyi əsas sirrlərdən biridir. Həyat nə vaxt yaranır, onun "toxumları" haradan gəlir və orqanik maddələrin sintezi üçün ilkin kimyəvi proseslər harada başlayır? Planetlərin səthindəki qidalı mühitlərdə, yoxsa kosmosun soyuq dərinliklərindəmi? Son müşahidələr göstərir ki, ikinci ehtimal -yəni kosmik mənşəli həyat - getdikcə daha çox təsdiqini tapır və bu da kainatda həyatın hər yerdə mövcud ola biləcəyinə işarə edir. Bu kəşfi amerikalı astronomlardan ibarət birgə tədqiqat qrupu edib. Onlar məlumat toplamaq üçün dünyanın ən iri dönən radioteleskoplarından birini - diametri 100 metr olan Green Bank teleskopunu (GBT) istifadə ediblər. Bu teleskop ABŞ-ın Qərbi Virciniya ştatının Green Bank bölgəsində yerləşir. Alimlər Yerdən təxminən 430 işıq ili uzaqlıqda yerləşən Taurus molekulyar buludundan (TMC-1) mikrodalğalı şüalanma toplayıblar.

Spektrləri təhlil edərək, onlar bu soyuq qalaktikalararası qaz buludunda orqanik molekullar axtarıblar və bu molekulları tapıblar. Radioteleskopun məlumatlarında statistik səhv ehtimalını aşan dəqiqliklə sianokoronen aşkar edilib. Bu maddə politsiklik aromatik karbohidrogen (PAK) adlanan birləşmələrə aiddir. “PAK-ların kainatda karbonun əhəmiyyətli hissəsini saxladığı və ulduzlar ilə planetlərin yaranmasına gətirib çıxaran kimyəvi proseslərdə əsas rol oynadığı hesab olunur” - deyə ABŞ Milli Radioastronomiya Rəsədxanasının nümayəndələri rəsmi açıqlamada bildiriblər. İndiyə qədər kosmosda yalnız daha kiçik ölçülü PAK-lar aşkar olunmuşdu, lakin bu yeni kəşf onların ölçü limitlərini əhəmiyyətli dərəcədə genişləndirir”. Sianokoronen bir-biri ilə birləşmiş 7 benzol halqasından ibarət simmetrik quruluşa malik molekulyar birləşmədir və ona sian qrupu (karbon və azot birləşməsi) əlavə olunub.

Bu, kifayət qədər mürəkkəb molekulyar quruluşdur və onu əsasən ekzoplanetlərin atmosferində və ya inkişaf etmiş ulduz sistemlərində tapmaq gözlənilə bilərdi. Lakin aparılmış bu tədqiqatda sianokoronen heç bir planet və ya sistemə yaxın olmayan, ulduzlararası soyuq qaz buludunda aşkar edilib. “Bu o deməkdir ki, mürəkkəb orqanik birləşmələrin yaranmasına səbəb olan kimyəvi proseslər ulduzların doğulmasından əvvəl də baş verə bilər” - deyə tədqiqatçılar yazır və vurğulayırlar ki, bu cür prebiotik molekullar ulduzların və planetlərin formalaşmasının erkən mərhələlərində geniş yayılmış komponent ola bilər. Kainatda orqanik maddələr hər yerdə mövcuddur və bu, həyatın Yer planetindən başqa bir yerdə də mövcud ola biləcəyinə işarə edə bilər. “Hər yeni kəşf bizi kainatda mürəkkəb orqanik kimyanın mənşəyini və bəlkə də həyatın əsas quruluş elementlərinin haradan gəldiyini anlamağa bir addım da yaxınlaşdırır” - deyə tədqiqatçılar yekunlaşdırıblar.
Mənbə: Space.com
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Saturnun peyki Enseladın səthaltı okeanı unikal sudan təşkil olunub

Saturnun peyki Enseladın səthaltı okeanı unikal sudan təşkil olunub
Alimlərin ehtimalına görə, Saturnun Enselad adlı peykinin buzla örtülü səthinin altında nəhəng maye su okeanı mövcuddur. Bu okeanda yadplanetli həyat formaları mövcud ola bilər.
Marsda mikrob həyatının olub-olmamasının təyini ilə bağlı irəliləyiş var

Marsda mikrob həyatının olub-olmamasının təyini ilə bağlı irəliləyiş var
NASA-nın Perseverance aparatı Marsın geoloji keçmişinə nüfuz edə bilib. Bunun üçün o, qəribə bir dağ süxurunu araşdırıb. Alimlərin fikrincə, bu süxur özündə Marsda həyatın olub-olmaması barədə məlumat daşıya bilər.
Qısa formatlı videolar yeniyetmələr üçün təhlükəli ola bilər

Qısa formatlı videolar yeniyetmələr üçün təhlükəli ola bilər
Yeni bir araşdırma, bir neçə saniyə ərzində göz önündən keçən videoların yeniyetmələrin psixi sağlamlığına daha dərin təsir edib-etmədiyini araşdırıb. Çində aparılmış son tədqiqat sübut edib ki, bu cür videolar gənclərin bədənlərinə və hətta qidalanma tərzinə münasibətlərini gizli şəkildə dəyişdirə bilər.
Polşa 4 günlük iş həftəsinin testinə hazırlaşır

Polşa 4 günlük iş həftəsinin testinə hazırlaşır
Polşa əməkhaqqı azaldılmadan iş saatlarının qısaldılması ilə bağlı pilot proqramın başladılmasına hazırlaşır. Ailə, Əmək və Sosial Siyasət Nazirliyi elan edib ki, bu gündən etibarən şirkətlər və dövlət müəssisələri könüllü şəkildə növbəti 3 yeni iş formatından birinə keçə biləcəklər.
James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
3 illik astronomik müşahidələrdən sonra James Webb (JWST) kosmik teleskopu ilk dəfə olaraq yeni bir planet kəşf edib. Antila bürcündə yerləşən bu ekzoplanet TWA 7b adlandırılıb və Günəş sistemindən kənarda vizual şəkildə müşahidə edilə bilən bütün bu tip planetlər arasında ən az kütləyə sahib olanıdır.
Həftənin xəbərləri

