main-post-cover

    Donuz böyrəyini əldə etmiş pasiyent artıq yarım ildir problemsiz yaşayır

    Elm & Texnologiya
    10.09.2025
    Emil Nəcəfov
         İndiyədək donuzların daxili orqanlarının canlı pasiyentlərə transplantasiyası uğurlu olub, lakin qısa müddət sonra ya orqanın təcili çıxarılması əməliyyatı tələb olunub, ya da həkimlər ölüm halını qeydə alıblar. Və nəhayət, çoxdan gözlənilən irəliləyiş baş verib. Alimlər bu istiqamətdə ilk əhəmiyyətli mərhələyə nail olduqlarını bildirirlər: donuz böyrəyi köçürülmüş bir kişi artıq yarım ildən çoxdur yaşayır, özünü yaxşı hiss edir və dializə ehtiyac duymur. Tim Andrews adlı 67 yaşlı kişi bu ilin yanvarında genetik modifikasiya olunmuş donuzdan böyrək alıb, səbəb isə böyrək çatışmazlığının son mərhələsi olub. Bundan əvvəl o, 2 il dializdə olub. İndi alimlər bildirirlər ki, bu əməliyyat ksenotransplantasiyadan sonra pasiyentin yarım ildən çox yaşadığı ilk haldır.
         “Bu, donuz orqanının canlı insan bədənində ən uzun müddət yaşamasıdır” - deyə alimlər vurğulayırlar. İndiyədək ən uğurlu nəticə 53 yaşlı amerikalı qadında olub: o, donuz böyrəyi ilə 4 ay yaşamışdı, lakin bundan sonra orqanın immun sistem tərəfindən rədd edilmə əlamətləri ortaya çıxmış və böyrək dərhal çıxarılmışdı. Bundan əvvəl alimlər pasiyentlərə donuz ürəklərinin də ksenotransplantasiyasını həyata keçirmişdilər, lakin bu əməliyyatlar təxminən 2 ay ərzində ölüm nəticəsi ilə bitmişdi. Alimlər qeyd ediblər: “6 aylıq dövr ən kritik mərhələdir. Bu mərhələyə çatmaq hər şeyin çox yaxşı getdiyi deməkdir. İndi isə biz 12 ayın nəticələrini gözləyirik”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çin Yerin asteroidlərdən qorunması texnologiyasını test edəcək
    cin-yerin-asteroidlerden-qorunmasi-texnologiyasini-test-edecek
    Günəş sisteminin hüdudlarında gizli obyekt aşkar edilib
    gunes-sisteminin-hududlarinda-gizli-obyekt-askar-edilib
    Ulduzlararası Oumuamua kometası ekzo-Pluton fraqmenti ola bilər
    ulduzlararasi-oumuamua-kometasi-ekzo-pluton-fraqmenti-ola-biler
    13 yaşadək smartfona sahib olmaq psixi sağlamlığa ciddi zərər vura bilər
    13-yasadek-smartfona-sahib-olmaq-psixi-saglamliga-ciddi-zerer-vura-biler
    Alimlər bəlkə də kainatın ilk qalaktikasını kəşf ediblər
    alimler-belke-de-kainatin-ilk-qalaktikasini-kesf-edibler