
Alimlər bəlkə də kainatın ilk qalaktikasını kəşf ediblər
Elm & Texnologiya
08.09.2025
Emil Nəcəfov
Aşkarlanmış obyekt bütün məlum obyektlər arasında ən qədim qalaktika ola bilər. Ehtimal edilən qalaktika Böyük partlayışdan 90 milyon il sonra mövcud olub. Astronomlar James Webb kosmik teleskopunun köməyi ilə bəlkə də kainatın tarixinin ən erkən mərhələlərində mövcud olmuş bir qalaktika kəşf ediblər. O, hazırda ən qədim və ən uzaq hesab edilən qalaktikadan 200 milyon il daha qədimdir. Lakin bu obyektin təbiəti hələ dəqiqləşdirilməlidir, çünki ola bilsin ki, bu ümumiyyətlə qalaktika deyil. Amma əgər belədirsə, Capotauro adını almış bu qalaktika kainatda ilk qalaktikaların nə qədər sürətlə formalaşa biləcəyi barədə təsəvvürləri dəyişə bilər. Ola bilsin ki, bu, kainatda meydana çıxmış bizə məlum olan ilk qalaktikadır. Ancaq bu hələlik sadəcə fərziyyədir. Astronomlar James Webb kosmik teleskopunun yeni görüntülərini təhlil ediblər və şəkillərdən birində naməlum qırmızı ləkə aşkar ediblər.

Obyekt bizdən nə qədər uzaqda yerləşirsə, onun işığı bir o qədər qırmızıya çevrilir, çünki kosmosun genişlənməsi nəticəsində o, elektromaqnit spektrinin qırmızı hissəsinə keçir. Alimlər hesab edirlər ki, bəlkə də onlar bütün məlum obyektlər arasında ən qədim qalaktikanı aşkar ediblər. Onun işığı bizə 13.7 milyard ildən çox müddət ərzində gəlib çatıb. Astronomların ehtimalına görə, bu qalaktika Böyük partlayışdan cəmi 90 milyon il sonra mövcud olub. Lakin hələ təsdiqlənməlidir ki, bu, həqiqətən də qalaktikadır. Əgər belədirsə, onda bu obyekt bizə məlum olan bütün digər qalaktikalardan daha əvvəl mövcud olub. Hazırda ən qədim və ən uzaq məlum qalaktika Böyük partlayışdan 290 milyon il sonra mövcud olmuş MoM-z14 hesab olunur. Amma potensial Capotauro qalaktikası ondan 200 milyon il daha qədim ola və buna görə də məlum olanlar arasında ən uzaq və ən qədim qalaktika sayıla bilər.

Əgər bu həqiqətən qalaktikadırsa, o zaman kainat hələ isti qazla dolu, demək olar ki, heç bir struktur formalaşmamış dövrdə yaranıb. Ola bilsin ki, bu, hətta ilk qalaktikadır. Capotauro qalaktikasının mövcudluğunun təsdiqi ilk qalaktikaların nə vaxt formalaşmağa başladığına dair təsəvvürləri dəyişə bilər. Əksər nəzəriyyələrə görə, Böyük partlayışdan sonra qalaktikaların formalaşması və ulduzların yaranması üçün 100 milyonlarla il tələb olunub. Lakin qalaktika cəmi 90 milyon il sonra mövcud olubsa, bu nəzəriyyələr düzgün deyil. Astronomların sözlərinə görə, ehtimal edilən qalaktika o qədər parlaqdır ki, erkən kainatdakı daha sonrakı dövrlərə aid məlum qalaktikaları xatırladır.

Təxminlərə görə, bu qalaktikanın kütləsi Günəşin kütləsindən təxminən 1 milyard dəfə çox ola bilər. Ancaq mövcud modellər belə erkən mərhələdə bu cür qalaktikaların mövcud olmamalı olduğunu göstərir. Belə bir qalaktikanın mövcudluğu üçün qazın ulduzlara çevrilmə səmərəliliyinin demək olar ki, 100% olması gərəkdir ki, bu da mövcud nəzəriyyələrə əsasən mümkün deyil. Kainatın yaranmasından cəmi 90 milyon il sonra belə bir qalaktikanın ortaya çıxması onun son dərəcə sürətlə formalaşdığını göstərərdi. Alimlər yeni obyekt üzərində əlavə müşahidələr aparacaqlar ki, onun həqiqətən qalaktika olub-olmadığını və ya tamam başqa bir şey olduğunu müəyyən etsinlər. Ola bilsin, bu obyekt bizə daha yaxın məsafədə yerləşir və ümumiyyətlə qalaktika deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Marsın sərt daxili nüvəyə sahib olduğu təsdiqlənib

Marsın sərt daxili nüvəyə sahib olduğu təsdiqlənib
Beynəlxalq alimlər qrupu planetologiya sahəsində əhəmiyyətli irəliləyiş əldə edib və ilk dəfə olaraq Marsın təxminən 600 kilometr radiusa malik bərk daxili nüvəsinin mövcudluğunu təsdiqləyib.
Alimlər erkən kainatda 5 qalaktikanın toqquşma hadisəsini aşkar ediblər

Alimlər erkən kainatda 5 qalaktikanın toqquşma hadisəsini aşkar ediblər
Əsasən alimlər iki qalaktikanın toqquşmasını və birləşməsini müşahidə edə bilirlər, lakin bir neçə qalaktikanın birləşməsi olduqca nadir hadisədir. Xüsusilə söhbət erkən kainatdan gedirsə.
Alimlər ilkin qara dəliyin mövcudluğuna dair sübut aşkar etmiş ola bilərlər

Alimlər ilkin qara dəliyin mövcudluğuna dair sübut aşkar etmiş ola bilərlər
Erkən kainatda aşkar edilmiş kiçik qırmızı işıq ləkəsi superkütləli qara dəliklərin yaranma yolunun mövcudluğuna dair ilk birbaşa sübut ola bilər. Astronomlar James Webb kosmik teleskopunun əvvəllər aşkar etdiyi sirli “kiçik qırmızı nöqtələr”dən birinin kütləsini ölçüblər.
Alimlər ağır elementlərə sahib olmayan "təmiz" qalaktikanı kəşf etmiş ola bilərlər

Alimlər ağır elementlərə sahib olmayan "təmiz" qalaktikanı kəşf etmiş ola bilərlər
Alimlər hesab edirlər ki, onlar ağır kimyəvi elementlərin olmadıqları bir qalaktika kəşf ediblər. Onun mövcudluğu Böyük partlayış nəzəriyyəsinin əsas proqnozlarını təsdiqləyir. James Webb kosmik teleskopunun köməyi ilə astronomlar ilk dəfə AMORE6 adlanan qalaktikanı aşkar ediblər.
Potensial yadplanetlilərin axtarışı mövzusunda yeni üsul təklif edilib

Potensial yadplanetlilərin axtarışı mövzusunda yeni üsul təklif edilib
İtalyan alimlər yadplanetli həyatın axtarışı üçün yeni yanaşma təklif ediblər. Onlar hesab edirlər ki, ekzoplanetlərin atmosferlərində müəyyən metalların mövcudluğu həyatın mümkün varlığına işarə edə bilər.
Həftənin xəbərləri

