
Yeni teleskop kosmosun inanılmaz fotolarını təqdim edib
Elm & Texnologiya
24.06.2025
Emil Nəcəfov
Legacy Survey of Space and Time (LSST) kamerası, yeni istifadəyə verilmiş Vera Rubin adına rəsədxanada cəmi 10 saatlıq müşahidə zamanı milyonlarla uzaq səma cisminin işığını misilsiz miqyasda qeydə alıb. Alimlər 1978-ci ildə qaranlıq materiyanın mövcudluğuna dair sübutları aşkar etmiş amerikalı astronomun şərəfinə adlandırılmış bu yeni cihazla çəkilmiş ilk görüntüləri yayımlayıblar. Artıq müşahidələrin ilk saatlarında əvvəllər məlum olmayan 2104 ədəd asteroid aşkar olunub. Bunlar arasında Yerin yaxınlığından keçən 7 asteroid də var, lakin xoşbəxtlikdən onlar planetimiz üçün təhlükə yaratmır. Gözlənilir ki, Rubin adına rəsədxana qarşıdakı 2 il ərzində milyonlarla kosmik obyekt aşkar edəcək və bu da onu Günəş sistemində səyahət edən kometa və asteroidlərin tapılması üçün ən səmərəli alətə çevirəcək. Komanda Trifid dumanlığı və Laquna dumanlığının mozaika şəklində görüntüsünü yayımlayıb.

Bu görüntü 7 saat ərzində çəkilmiş 678 ayrı-ayrı fotodan ibarətdir və Yerdən 9000 işıq ili uzaqlıqda yerləşən, əvvəllər görünməmiş detalları əhatə edir. Rəsədxana Çili And dağlarında, Serro-Paçon zirvəsində yerləşir. Gecə saatlarında bu ərazi son dərəcə qaranlıq olur ki, bu da ulduzlu səmanı müşahidə üçün ideal şərait yaradır. Rəsədxanaya yaxınlaşarkən arzuolunmaz işıq çirklənməsinin qarşısını almaq məqsədilə uzaq işıq fənərlərinin istifadəsi qadağandır. Rəsədxananın teleskopu unikal quruluşa malikdir. O, diametrləri müvafiq olaraq 8.4, 3.3 və 5.7 metr olan 3 güzgüdən ibarətdir. Bu güzgülər LSST teleskopunun 3.2 giqapiksellik kamerasının sensorlarına gecə səmasının görüntüsünü yönləndirir.

Kameranın ölçüsü 3x1.65 metrdir və onun təxminən 2800 kiloqram çəkisi var. LSST konsepsiyası ilk dəfə 2003-cü ildə irəli sürülmüşdü. 2007-ci ildə layihə Charles Simony və Bill Gates tərəfindən maliyyələşdirilib. 2010-cu ildə ABŞ Milli Elmi Fondu (NSF) və ABŞ Energetika Nazirliyi (DOE) əlavə maliyyə dəstəyi ayırıb. Teleskopun geniş baxış sahəsi qarşılıqlı təsirdə olan qalaktikaları və milyonlarla qalaktikanın panoramik mənzərələrini çəkməyə imkan verir ki, bu da əldə olunan görüntülərə kinomatoqrafik effekt verir. Bir ekspozisiya seansı zamanı kamera səmada tam Ayın ölçüsündən təxminən 40 dəfə böyük bir sahəni əhatə edə bilir.
Rəsədxana qarşıdakı 10 il ərzində Cənub yarımkürəsinin səmasını hər 3-4 gündən bir müşahidə edəcək. Gözlənilir ki, bu layihə təxminən əvvəllər məlum olmayan 20 milyard qalaktika aşkarlayacaq, Yerə yaxın 90 000-dən çox asteroid müəyyən edəcək və qaranlıq materiya ilə bağlı suallara cavab tapmağa kömək edəcək. Layihənin fəaliyyəti dövründə 500 petabayta qədər dəyərli astronomik məlumat toplanacağı gözlənilir. Alimlər ümid edirlər ki, yeni teleskop fəaliyyətinin ilk ilində Günəş sistemində Doqquzuncu planetin mövcudluğunu təsdiqləyə və ya təkzib edə biləcək. Astronomların fikrincə, bu planet Neptunun orbitindən çox uzaqda yerləşə bilər və Günəşi bir dəfə tam dövr etməsi 10 000-20 000 il çəkə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ay tozu meqapolis havasından daha az toksikdir

Ay tozu meqapolis havasından daha az toksikdir
Yeni təcrübə göstərib ki, meqapolisin gur küçəsindəki hava Ay tozundan daha toksikdir. "Nəticələr insanın Aya qayıtmasının təhlükəsiz olduğunu təsdiqləyir" - deyə Sidney Texnologiya Universitetinin təbiət elmləri üzrə fəxri professoru Brian Oliver bildirib.
Yeni fotolar Mars səthinin altında buzun olduğuna işarə edirlər

Yeni fotolar Mars səthinin altında buzun olduğuna işarə edirlər
Bu kəşfi Missisipi Universitetinin tədqiqatçıları ediblər. Onlar Marsdakı Amazonis Planitia adlı regionu müşahidə ediblər. Bu, əvvəllər də gələcək kosmik missiyalar üçün perspektivli ərazi hesab edilən orta enliklərdə yerləşən ərazidir.
Qalaktikamızın ən ekstremal bölgəsində planetlərin formalaşdığı təyin edilib

Qalaktikamızın ən ekstremal bölgəsində planetlərin formalaşdığı təyin edilib
Süd Yolunun ekstremal bir bölgəsində - burada ultrabənövşəyi şüalanma Yer səviyyəsindən 10 minlərlə dəfə güclü olduğu halda - James Webb teleskopu su və ekzoplanetlərin formalaşması üçün uyğun şərait aşkarlayıb.
Çinin Marsdan nümunələrin geri qaytarılması missiyası barəsində təfərrüatlar açıqlanıb

Çinin Marsdan nümunələrin geri qaytarılması missiyası barəsində təfərrüatlar açıqlanıb
Çinin Mars süxurlarından nümunələrin Yerə gətirilməsini hədəfləyən iddialı “Tianwen-3” missiyası ilə bağlı təfərrüatlar məlum olub. Nature Astronomy jurnalında dərc olunan məqalədə, Hefey şəhərində yerləşən Dərin Kosmik Tədqiqatlar İnstitutundan Zengqian Hou rəhbərliyindəki tədqiqat qrupu 2028-2031-ci illər üçün planlaşdırılmış layihənin əsas aspektlərini təqdim edib.
Amerikalı alim fəzanı 3 zaman oxu ilə əvəz etməyi təklif edib

Amerikalı alim fəzanı 3 zaman oxu ilə əvəz etməyi təklif edib
Bəs əgər bizim kainat üçölçülü məkan və zamandan ibarət deyilsə, əksinə, hər şey üç ayrı vaxt ölçüsündən yaranırsa? Yeni bir araşdırma kainatın quruluşu ilə bağlı qeyri-adi bir ideya irəli sürür.
Həftənin xəbərləri

