
Çinin Marsdan nümunələrin geri qaytarılması missiyası barəsində təfərrüatlar açıqlanıb
Elm & Texnologiya
23.06.2025
Emil Nəcəfov
Çinin Mars süxurlarından nümunələrin Yerə gətirilməsini hədəfləyən iddialı “Tianwen-3” missiyası ilə bağlı təfərrüatlar məlum olub. Nature Astronomy jurnalında dərc olunmuş məqalədə, Hefey şəhərində yerləşən Dərin Kosmik Tədqiqatlar İnstitutundan Zengqian Hou rəhbərliyindəki tədqiqat qrupu 2028-2031-ci illər üçün planlaşdırılmış layihənin əsas aspektlərini təqdim edib. Missiyanın məqsədi Marsdan ən azı 500 qram material toplayaraq Yerə gətirmək və onu hərtərəfli analiz etməkdir. İlkin araşdırmalara 86 potensial eniş sahəsinin təhlili əsasında eniş yerinin seçilməsi də daxil olub. Əsas prioritet Marsda əvvəllər mövcud olmuş və ya hələ də mövcud olan həyat izlərini axtarmaq və toplanmış nümunələrdə mümkün bioloji göstəriciləri müəyyənləşdirməkdir.

Missiyanın elmi proqramı Marsda keçmişdə və ya indi həyatın izlərini tapmaq ümumi məqsədi ilə birləşdirilmiş 9 əsas mövzunu əhatə edir. Nümunələrin toplanması üçün həm səthi, həm də yeraltı üsullardan istifadə planlaşdırılır. Enmə moduluna quraşdırılmış qazma qurğusu 2 metr dərinliyə qədər nüfuz edə və bir neçə qram torpaq çıxara biləcək. Robotlaşdırılmış qol səthdən 400 qramdan çox material toplayacaq, enmə moduluna daxil olan pilotsuz helikopter isə eniş yerindən 100 metrdən uzaqda yerləşən süxurlardan nümunələr götürməyə imkan verəcək. Elmi avadanlıqlara torpaq quruluşunu öyrənmək üçün radar və mineralların və üzvi birləşmələrin tərkibini müəyyənləşdirmək üçün floresan analizator daxil olacaq. Xüsusi diqqət planetar müdafiəyə yönəldilib.

Məqalədə həm Marsın Yer mənşəli bioloji materiallarla çirklənməsinin qarşısını almaq üçün ciddi tədbirlərin görülməsinin vacibliyi (birbaşa planetar müdafiə), həm də potensial Mars mikroorqanizmlərinin Yerə keçməsinin qarşısını almaq (əks planetar müdafiə) zərurəti vurğulanır. Gətirilmiş nümunələrin analiz olunması üçün ən yüksək bioloji təhlükəsizlik səviyyəsinə malik, bu günə qədər analoqu olmayan xüsusi bir laboratoriyanın yaradılması planlaşdırılır. Bioloji təhlükənin olmadığı təsdiqləndikdən sonra, bu laboratoriya istismar xərclərini azaltmaq məqsədilə yüksək təmizliyə malik adi bir laboratoriyaya çevriləcək. “Tianwen-3” missiyasının həyata keçirilməsi üçün lazım olan 2 raketin buraxılışı 2028-ci ilə planlaşdırılıb, nümunələrin Yerə çatdırılması isə 2031-ci ildə gözlənilir. Çin tərəfi eniş yeri seçimi, elmi avadanlıqların hazırlanması və birgə araşdırmalar üçün beynəlxalq tərəfdaşlar axtarışını aktiv şəkildə davam etdirir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Amerikalı alim fəzanı 3 zaman oxu ilə əvəz etməyi təklif edib

Amerikalı alim fəzanı 3 zaman oxu ilə əvəz etməyi təklif edib
Bəs əgər bizim kainat üçölçülü məkan və zamandan ibarət deyilsə, əksinə, hər şey üç ayrı vaxt ölçüsündən yaranırsa? Yeni bir araşdırma kainatın quruluşu ilə bağlı qeyri-adi bir ideya irəli sürür.
Qlobal istiləşmə yuxu apnoesi sindromunu ağırlaşdırır

Qlobal istiləşmə yuxu apnoesi sindromunu ağırlaşdırır
Avstraliyadan olan bir tədqiqat qrupu ilk dəfə olaraq qlobal istiləşmə ilə obstruktiv yuxu apnoesi sindromu - yəni qəfil tənəffüs dayanması - arasında əlaqəni göstərib. Alimlər hesablayıblar ki, gecə saatlarında havanın temperaturunun artması bu sindromun inkişaf riskini 45% artırır.
İnsanların itirdikləri bədən hissələrini bərpa edə biləcəkləri təyin edilib

İnsanların itirdikləri bədən hissələrini bərpa edə biləcəkləri təyin edilib
Alimlər müəyyən ediblər ki, insanların itirilmiş bədən hissələrini yenidən bərpa etmələri üçün lazım olan bütün tərkib hissələri mövcuddur. Bu nəticəyə alimlər bədən hissələrini regenerasiya etmək qabiliyyəti ilə tanınan qeyri-adi amfibiyaları araşdırdıqdan sonra gəliblər.
Voyager-1 zondu gələn il Yerdən 1 işıq günü uzaqlığında olacaq

Voyager-1 zondu gələn il Yerdən 1 işıq günü uzaqlığında olacaq
2026-cı ilin noyabr ayında NASA-nın 1977-ci ildə kosmosa buraxdığı Voyager-1 zondu Yer kürəsindən 1 işıq günü uzaqlığa çatacaq. Bu, işıq sürəti ilə - yəni saniyədə 300 000 kilometr - hərəkət edən, kütləsi olmayan fotonlardan ibarət olan işığın bir yer sutkası ərzində qət etdiyi məsafədir.
Qlobal temperatur 3 il ərzində 1.5 dərəcə Selsidən çox arta bilər

Qlobal temperatur 3 il ərzində 1.5 dərəcə Selsidən çox arta bilər
BBC-nin istinad etdiyi hesabatda 60-dan çox aparıcı iqlimşünas xəbərdarlıq edib ki, əgər qlobal karbon qazı emissiyaları indiki səviyyədə qalarsa, Yer kürəsində temperatur cəmi 3 il ərzində 1.5 dərəcə Selsidən çox arta bilər.
Həftənin xəbərləri

