
Qalaktikamızın ən ekstremal bölgəsində planetlərin formalaşdığı təyin edilib
Elm & Texnologiya
23.06.2025
Emil Nəcəfov
Süd Yolunun ekstremal bir bölgəsində - burada ultrabənövşəyi şüalanma Yer səviyyəsindən 10 minlərlə dəfə güclü olduğu halda - James Webb teleskopu su və ekzoplanetlərin formalaşması üçün uyğun şərait aşkarlayıb. James Webb kosmik teleskopunun müşahidələri, ekstremal şəraitdə Yer tipli planetlərin yaranma imkanları ilə bağlı mövcud təsəvvürləri dəyişib. Astronomlar Süd Yolunun ən radiasiya-aktiv ulduz əmələgəlmə bölgələrindən birini öyrənərək müəyyən ediblər ki, bu cür ekstremal mühitlərdə belə Yerə bənzər planetlər formalaşa bilər. Bu kəşf, bu cür şəraitdə planet yaranmasının mümkünsüz olduğunu iddia edən əvvəlki nəzəriyyələri təkzib edir. Araşdırmanın həmmüəllifi və Pensilvaniya Dövlət Universitetinin tədqiqatçısı Konstantin Getman-ın izahına görə, ultrabənövşəyi şüalanma uzun müddət azkütləli ulduzların ətrafında planetlərin yaranması üçün əsas maneə sayılırdı.

Lakin yeni məlumatlar göstərir ki, planetlərin doğulduğu qaz və tozdan ibarət fırlanan protoplanet diskləri güclü ultrabənövşəyi şüalanma təsirinə baxmayaraq mövcud ola və inkişaf edə bilir. Bu, 2023-cü ildə irəli sürülmüş Yer tipli planetlərin ekstremal mühitlərdə də yaranma ehtimalı ilə bağlı əvvəlki fərziyyələri təsdiqləyir. Beynəlxalq bir tədqiqat qrupu NGC 6357 dumanlığında yerləşən gənc bir ulduzun ətrafındakı XUE 1 diskini araşdırmağa fokuslanıb. Bu obyekt elə güclü ultrabənövşəyi şüalanmaya məruz qalır ki, onun intensivliyi Günəş sisteminə nə vaxtsa təsir etmiş ultrabənövşəyi şüalanması səviyyəsindən 10 minlərlə dəfə çoxdur. Tədqiqatın aparıcı müəllifi Bayron Portilya Revelo dəqiqləşdirib ki, əgər XUE 1 Günəşin yerində olsaydı, hər saniyə bu qədər güclü ultrabənövşəyi şüalanma enerjisindən 100 000 dəfə az alardı.

Bu araşdırmada həlledici rol James Webb teleskopu tərəfindən oynanıb. Teleskopun yüksək həssaslığı və ayırdetmə qabiliyyəti 5500 işıq ili uzaqlıqda yerləşən diski araşdırmağa imkan verib. Alimlər orta infraqırmızı şüalanmanı qeydə alan MIRI (Mid-Infrared Instrument) cihazından alınmış məlumatları VISTA, Hubble və Spitzer teleskoplarının arxiv müşahidələri ilə birləşdiriblər. Əldə olunmuş nəticələri şərh etmək üçün komanda James Webb məlumatları əsasında XUE 1 diskində işıq, istilik və kimyəvi reaksiyaların qarşılıqlı təsirini simulyasiya edən termokimyəvi bir model hazırlayıb.

Simulyasiya 3 əsas kritik məqamı üzə çıxarıb: Birincisi, ekstremal radiasiya fonuna baxmayaraq, yaşana bilən planetlərin formalaşması üçün əsas komponent sayılan suyun mövcudluğu, ikincisi, diskin daxilində (daş planetlərin formalaşdığı sahə) ən dağıdıcı ultrabənövşəyi şüalanmadan qorunma qabiliyyəti, üçüncüsü isə radiasiyanın təsiri altında qazın temperaturunun və kimyəvi proseslərin ciddi şəkildə dəyişməsi. Bu kəşf göstərir ki, planet formalaşması əvvəl düşünüləndən daha davamlı bir prosesdir və bu da kainatda potensial yaşana bilən mühitlərin spektrini genişləndirir. Güclü ultrabənövşəyi şüalanmaya məruz qalan digər oxşar bölgələrin gələcək tədqiqatları, ekstremal şəraitin müxtəlif ölçü və kütləyə malik protoplanet disklərinə necə təsir etdiyini daha yaxşı anlamağa kömək edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çinin Marsdan nümunələrin geri qaytarılması missiyası barəsində təfərrüatlar açıqlanıb

Çinin Marsdan nümunələrin geri qaytarılması missiyası barəsində təfərrüatlar açıqlanıb
Çinin Mars süxurlarından nümunələrin Yerə gətirilməsini hədəfləyən iddialı “Tianwen-3” missiyası ilə bağlı təfərrüatlar məlum olub. Nature Astronomy jurnalında dərc olunan məqalədə, Hefey şəhərində yerləşən Dərin Kosmik Tədqiqatlar İnstitutundan Zengqian Hou rəhbərliyindəki tədqiqat qrupu 2028-2031-ci illər üçün planlaşdırılmış layihənin əsas aspektlərini təqdim edib.
Amerikalı alim fəzanı 3 zaman oxu ilə əvəz etməyi təklif edib

Amerikalı alim fəzanı 3 zaman oxu ilə əvəz etməyi təklif edib
Bəs əgər bizim kainat üçölçülü məkan və zamandan ibarət deyilsə, əksinə, hər şey üç ayrı vaxt ölçüsündən yaranırsa? Yeni bir araşdırma kainatın quruluşu ilə bağlı qeyri-adi bir ideya irəli sürür.
Qlobal istiləşmə yuxu apnoesi sindromunu ağırlaşdırır

Qlobal istiləşmə yuxu apnoesi sindromunu ağırlaşdırır
Avstraliyadan olan bir tədqiqat qrupu ilk dəfə olaraq qlobal istiləşmə ilə obstruktiv yuxu apnoesi sindromu - yəni qəfil tənəffüs dayanması - arasında əlaqəni göstərib. Alimlər hesablayıblar ki, gecə saatlarında havanın temperaturunun artması bu sindromun inkişaf riskini 45% artırır.
İnsanların itirdikləri bədən hissələrini bərpa edə biləcəkləri təyin edilib

İnsanların itirdikləri bədən hissələrini bərpa edə biləcəkləri təyin edilib
Alimlər müəyyən ediblər ki, insanların itirilmiş bədən hissələrini yenidən bərpa etmələri üçün lazım olan bütün tərkib hissələri mövcuddur. Bu nəticəyə alimlər bədən hissələrini regenerasiya etmək qabiliyyəti ilə tanınan qeyri-adi amfibiyaları araşdırdıqdan sonra gəliblər.
Voyager-1 zondu gələn il Yerdən 1 işıq günü uzaqlığında olacaq

Voyager-1 zondu gələn il Yerdən 1 işıq günü uzaqlığında olacaq
2026-cı ilin noyabr ayında NASA-nın 1977-ci ildə kosmosa buraxdığı Voyager-1 zondu Yer kürəsindən 1 işıq günü uzaqlığa çatacaq. Bu, işıq sürəti ilə - yəni saniyədə 300 000 kilometr - hərəkət edən, kütləsi olmayan fotonlardan ibarət olan işığın bir yer sutkası ərzində qət etdiyi məsafədir.
Həftənin xəbərləri

