
Ultrasəs texnologiyası siçanlarda xərçəng xəstəliyini müalicə edib
Elm & Texnologiya
03.07.2025
Emil Nəcəfov
Alimlər xərçəng xəstəliyi əleyhinə dərmanların kimyəvi aktivləşdirilməsi üçün ultrasəsdən istifadəyə çoxdan maraq göstərsələr də, müxtəlif çətinliklərlə üzləşirdilər. İndi isə Çindən olan bir tədqiqat qrupu göstərib ki, yeni texnologiya şişin böyüməsini uğurla dayandırır və sağlam hüceyrələrə zərər vermir. Təsirli nəticələr ultrasəsin köməyi ilə xərçəng əleyhinə preparatın hədəf bölgələrdə seçici şəkildə aktivləşdirilməsi sayəsində əldə olunub - laboratoriya heyvanlarının üçdə ikisi tamamilə yoğun bağırsaq xərçəngindən sağalıb. Kimyaterapiya sistemli şəkildə təsir edir və həm xərçəng, həm də sağlam toxumaları zədələyir.

Daha təhlükəsiz müalicə üsulu kimi, alimlər işıq və istilik təsiri ilə orqanizmdə dərmanların aktivləşdirilməsi imkanlarını araşdırıblar, lakin bu metodlar dərinlik və təhlükəsizlik baxımından yetərli deyil. Ultrasəsin tətbiqi daha cəlbedici sayılır, çünki toxumalara dərin nüfuz edir və enerjini dəqiq şəkildə hədəf bölgələrə çatdırmaq qabiliyyətinə malikdir. Yeni qeyri-klinik təcrübələrdə alimlər təcrübi dərmanın aktivləşdirilməsi üçün aşağı intensivlikli ultrasəsdən və həmin dərmanın yükləndiyi nanozərrəciklərdən istifadə ediblər. Ultrasəsin təsiri nəticəsində nanozərrəciklər aktiv dərmanı sərbəst buraxırdı və dərman daha sonra immun hüceyrələrini şişə hücum etməyə stimullaşdırırdı.

Yoğun bağırsaq xərçəngi olan siçanlarda müalicə şişin 99% səviyyəsində yatırılmasına nail oldu və gəmiricilərin üçdə ikisini tamamilə sağaltdı. Təsirli terapevtik nəticə sağlam toxumalara zərər vermədən əldə edildi. “Tədqiqatdakı irəliləyişin əsas məqamı ultrasəsin dərmanı yalnız şiş sahəsində, orqanizmin öz molekulları vasitəsilə seçici şəkildə aktivləşdirmə qabiliyyətindədir” - deyə müəlliflər qeyd ediblər. İndi isə onlar bu yanaşmanın insanlar üçün potensialını qiymətləndirmək məqsədilə pilot klinik sınaqlara hazırlaşırlar. Əgər sınaqlar uğurlu olarsa, bu texnologiya toksik kimyaterapiyanı əvəz edə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Günəş sistemində üçüncü ulduzlararası obyekt aşkar edilib

Günəş sistemində üçüncü ulduzlararası obyekt aşkar edilib
Astronomlar Günəş sisteminə kənardan gəlmiş ola biləcək bir obyekt aşkar ediblər və bu obyektin ulduzlararası obyekt ola biləcəyini düşünürlər. Hal-hazırda A11pl3Z adlandırılan bu obyekt, Günəş sistemində indiyədək müşahidə edilmiş üçüncü potensial ulduzlararası obyekt ola bilər.
Qocalmanın təkcə sənaye cəmiyyətindəki iltihab ilə əlaqəli olduğu məlum olub

Qocalmanın təkcə sənaye cəmiyyətindəki iltihab ilə əlaqəli olduğu məlum olub
Bu kəşf, iltihabın yaşla birlikdə həmişə gücləndiyi fikrini elm adamlarının gözündə təkzib edir. Unikal tədqiqat göstərib ki, bu tendensiya yalnız şəhərlərdə və ya sənaye baxımından inkişaf etmiş ərazilərdə yaşayan insanlarda müşahidə olunur. İndi tədqiqatçıların qarşısında duran əsas vəzifə sağlamlıq problemlərinə dəqiq olaraq nəyin səbəb olduğunu müəyyənləşdirməkdir.
Yeni müşahidələr “kosmik saplar” adlı fərziyyəni təsdiqləyir

Yeni müşahidələr “kosmik saplar” adlı fərziyyəni təsdiqləyir
Adı adi və ya barion maddə olan və atom nüvələri, elementar hissəciklər, planetlər, qalaktikalar və ümumilikdə müşahidə olunan bütün kainatı təşkil edən materiya, kainatın ümumi kütlə-enerji balansının təxminən 5% təşkil edir.
Kainatda orqanik molekulların miqdarı gözlənildiyindən daha çox imiş

Kainatda orqanik molekulların miqdarı gözlənildiyindən daha çox imiş
Yer üzərində həyatın mənşəyi müasir elmin hələ də cavablandıra bilmədiyi əsas sirrlərdən biridir. Həyat nə vaxt yaranır, onun "toxumları" haradan gəlir və orqanik maddələrin sintezi üçün ilkin kimyəvi proseslər harada başlayır? Planetlərin səthindəki qidalı mühitlərdə, yoxsa kosmosun soyuq dərinliklərindəmi?
Saturnun peyki Enseladın səthaltı okeanı unikal sudan təşkil olunub

Saturnun peyki Enseladın səthaltı okeanı unikal sudan təşkil olunub
Alimlərin ehtimalına görə, Saturnun Enselad adlı peykinin buzla örtülü səthinin altında nəhəng maye su okeanı mövcuddur. Bu okeanda yadplanetli həyat formaları mövcud ola bilər.
Həftənin xəbərləri

