
Çindəki yarasalarda iki təhlükəli virus aşkar edilib
Elm & Texnologiya
25.06.2025
Emil Nəcəfov
Çində alimlər yarasalarda insanlara keçə biləcək yeni infeksiyalar aşkar ediblər. Bu viruslar beyində ağır iltihab və tənəffüs yolları xəstəliklərinə səbəb ola bilər. Tədqiqatçılar yarasalar arasında ölümcül Nipah və Hendra virusları ilə yaxın əlaqəli iki yeni virus aşkarlayıblar. Hər iki virus insanlar üçün ölümcül hesab olunur. Alimlər artıq bu virusların yerli əhaliyə keçmə ehtimalının yüksək olduğunu düşünürlər. Hazırda bu iki virusa qarşı heç bir dərman və ya vaksin mövcud deyil. Araşdırma çərçivəsində Yunnan əyalətinin Endemik Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti İnstitutunun komandası 4 il ərzində toplanmış 10 növ 142 yarasanın böyrəklərini tədqiq edib. Ümumilikdə 22 virus aşkar edilib, onlardan 20-si elmə əvvəldən məlum olmayıb.

Bu viruslardan ən təhlükəli sayılan ikisi - Nipah və Hendra virusları ilə sıx əlaqəli olan yeni henipaviruslardır. Onlar Yunnan kəndlərinin yaxınlığında bağların ətrafında yaşayan Rousettus leschenaultia adlı yarasalarda aşkarlanıb. Məlumdur ki, henipaviruslar sidik vasitəsilə keçə bilər, buna görə də alimlər yoluxmuş meyvələrdən ehtiyat edirlər. “Yunnan əyalətində kənd bağları və mağaraların yaxınlığında toplanan yarasaların böyrəklərini təhlil edərkən biz yalnız yarasaların daşıdıqları müxtəlif mikroorqanizmləri deyil, həm də Çində aşkarlanmış Hendra və Nipah virusları ilə sıx əlaqəli olan yeni yarasa-mənşəli henipavirusların ilk tam genomlarını aşkar etdik” - deyə tədqiqatın müəllifləri bildirirlər. Alimlərin sözlərinə görə, bu araşdırmanın nəticələri bu yeni virusların insanlara və ya ev heyvanlarına keçə bilmə ehtimalı ilə bağlı ciddi narahatlıq doğurur.

Məsələ ondadır ki, yarasalar immun sistemlərinin xüsusiyyətlərinə görə çox geniş çeşidli mikroorqanizmlər üçün təbii rezervuar hesab olunurlar. Bəziləri hesab edir ki, qlobal pandemiyaya səbəb olmuş koronavirus da insana yarasalardan keçib. Digərləri isə pandemiyanın Uhanda yerləşən laboratoriyadan sızan virus nəticəsində başladığını iddia edirlər. Daha əvvəl heyvanlar Ebola və Yaxın Şərq tənəffüs sindromu (MERS) kimi xəstəliklərin yayılması ilə əlaqələndirilmişdi. Tədqiqatçılar əlavə edirlər ki, yarasaların daşıdığı viruslar insana ya birbaşa təmas zamanı, ya da yarasaların tüpürcəyi, nəcisi və ya sidiyi ilə çirklənmiş su və qida vasitəsilə keçə bilər. Bundan əlavə, müəlliflər xəbərdarlıq edirlər ki, Nipah virusu ölümcül patogendir və insanlarda ağır xəstəliklərə - o cümlədən kəskin tənəffüs çatışmazlığı və ensefalitə - səbəb olur. Bu virusun ölüm göstəricisi 35-75% arasında dəyişir.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Marsda qədim qrunt sularının mümkün izləri aşkar edilib

Marsda qədim qrunt sularının mümkün izləri aşkar edilib
NASA may ayında Curiosity aparatının ilk dəfə ziyarət etdiyi Mars bölgəsinin ilk görüntülərini yayımlayıb. Bu bölgə dağılmış səkini xatırladan mineral süxurlar şəbəkəsi ilə maraq doğurur.
Alimlər Böyük partlayışa alternativ variant təklif ediblər

Alimlər Böyük partlayışa alternativ variant təklif ediblər
Alimlər Böyük partlayış nəzəriyyəsinə alternativ variant irəli sürüblər. Fiziklər hesab edirlər ki, bizim kainat daha böyük başqa bir kainatın içində yerləşən nəhəng qara dəliyin daxilində yarana bilərdi.
Alimlər kainatın ilk əvvəlində işığın olub-olmamasına aydınlıq gətiriblər

Alimlər kainatın ilk əvvəlində işığın olub-olmamasına aydınlıq gətiriblər
Elə düşünmək olar ki, əvvəlcə kainatda tam qaranlıq hökm sürürdü. Amma bu, belə deyil. İşıq zərrəcikləri Böyük partlayışdan dərhal sonra yaranmışdı, lakin onlar bütün kainatı işıqlandıra bilmirdilər.
Bakteriyalar plastik materialı parasetamola çevirməyi öyrəniblər

Bakteriyalar plastik materialı parasetamola çevirməyi öyrəniblər
Parasetamol xam neftdən istehsal olunur ki, bu da böyük enerji sərfiyyatı tələb edir və karbon qazı emissiyalarına səbəb olur. Edinburq Universitetinin alimləri alternativ üsul tapıblar.
Yeni teleskop kosmosun inanılmaz fotolarını təqdim edib

Yeni teleskop kosmosun inanılmaz fotolarını təqdim edib
Legacy Survey of Space and Time (LSST) kamerası, yeni istifadəyə verilmiş Vera Rubin adına rəsədxanada cəmi 10 saatlıq müşahidə zamanı milyonlarla uzaq səma cisminin işığını misilsiz miqyasda qeydə alıb.
Həftənin xəbərləri

