
DeepSeek öz süni zəka çiplərini hazırlamağı planlaşdırır
Elm & Texnologiya
17.02.2025
Emil Nəcəfov
Son aylarda DeepSeek öz inkişafında əhəmiyyətli bir sıçrayış edib və ikincidərəcəli layihə statusundan çıxaraq, öz qabaqcıl böyük dil modellərini (Large Language Model / LLM) modellərini təqdim etməklə qlobal süni zəka sənayesində ciddi rəqib ola biləcək bir şirkətə çevrilib. Şirkət OpenAI-nin GPT-4 modelinə rəqabət yaratmaqla yanaşı, eyni zamanda bəzi məlumatlara görə, bunu məhdud hesablama resursları ilə həyata keçirib. Məlumata əsasən, DeepSeek artıq öz süni zəka çiplərini hazırlamaq imkanını nəzərdən keçirir və bu sahədə irəliləyən digər aparıcı oyunçulara qoşulmağa hazırlaşır.

Hesabatda DeepSeek-in çip istehsalı sahəsindəki layihələri ilə bağlı konkret məlumat azdır, lakin qeyd olunur ki, şirkət "genişmiqyaslı işə qəbul kampaniyası" başladıb və bu layihəyə rəhbərlik etmək üçün yarımkeçiricilər sahəsindəki mütəxəssisləri cəlb edir. Lakin süni zəka çiplərinin hazırlanması mürəkkəb bir prosesdir və sabit təchizat zənciri tələb edir. Çin şirkətləri, o cümlədən DeepSeek, qlobal sanksiyalar səbəbindən qabaqcıl yarımkeçirici texnologiyalara çıxışda çətinliklərlə üzləşirlər. Hazırda yeganə əlçatan mənbə SMIC şirkətidir, lakin bu şirkət hələ də qlobal yarımkeçirici sənayesinin liderlərindən geri qalır.

Buna baxmayaraq, ABŞ-ın ticarət məhdudiyyətləri DeepSeek-in irəliləməsinə mane olmur. Şirkət rəqibləri ilə müqayisə edilə bilən avadanlıqlara sahibdir və hələ açıqlanmayan daha geniş resurslara malik ola bilər. Bundan əlavə, şirkət məlumat emalı ilə bağlı tapşırıqları yerinə yetirmək üçün Huawei Ascend AI çiplərindən istifadə edir. DeepSeek-in öz çiplərini hazırlamaq ideyası, şübhəsiz ki, suallar doğurur, xüsusilə də şirkətin hələ OpenAI kimi iri investisiyalara malik olmaması nəzərə alındıqda. Buna baxmayaraq, DeepSeek bu imkanları araşdırır, bu da süni zəka bazarında rəqabətin və müxtəlifliyin artmasına töhfə verə bilər. Əsas məsələ isə odur ki, şirkət bu inkişafı praktiki tətbiq mərhələsinə qədər çatdıra biləcəkmi?
Mənbə: Digitimes
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çin dərin su tədqiqat mərkəzini inşa edəcək

Çin dərin su tədqiqat mərkəzini inşa edəcək
Çində strateji cəhətdən vacib olan Cənubi Çin dənizində dərin su tədqiqat mərkəzinin tikintisi təsdiqlənib. Bu layihə "okeanın dibindəki kosmik stansiya" ilə müqayisə olunur.
Yer kürəsinin orbitində böyük konstruksiyaların inşasına start veriləcək

Yer kürəsinin orbitində böyük konstruksiyaların inşasına start veriləcək
dətən, kosmik konstruksiyalar Yer kürəsində yığılır və sonra orbitə göndərilir. Lakin 2022-ci ildə işə salınmış NOM4D proqramı yeni yanaşma təklif edir - yüngül konstruksiyaların birbaşa kosmosda yığılması.
Google DeepMind CEO-su: "DeepSeek heç bir yeni elmi nailiyyət nümayiş etdirmir"

Google DeepMind CEO-su: "DeepSeek heç bir yeni elmi nailiyyət nümayiş etdirmir"
Google DeepMind şirkətinin baş direktoru Demis Hassabis bildirib ki, DeepSeek süni zəka modeli çinli tədqiqatçıların ən yaxşı işi ola bilər. Lakin onun fikrincə sözügedən süni zəka modeli eyni zamanda heç bir yeni elmi nailiyyət nümayiş etdirmir.
DeepSeek bioloji silahlar barəsində məlumat verməyi bacarır

DeepSeek bioloji silahlar barəsində məlumat verməyi bacarır
Anthropic şirkətinin baş direktoru Dario Amodei, DeepSeek-in süni zəka modeli ilə bağlı testlərin nəticələrindən narahatlığını ifadə edib.
DeepSeek artıq 15 milyondan çox aktiv istifadəçi kütləsinə sahibdir

DeepSeek artıq 15 milyondan çox aktiv istifadəçi kütləsinə sahibdir
Büdcəyə uyğun süni zəka modeli hazırlamış Çin startapı DeepSeek texnologiya dünyasında həqiqi bir sensasiyaya çevrildi. TrendForce-un məlumatına görə, DeepSeek, ChatGPT-dən sonra dünyanın ən populyar ikinci tətbiqi olub.
Həftənin xəbərləri

