main-post-cover

    Google DeepMind CEO-su: "DeepSeek heç bir yeni elmi nailiyyət nümayiş etdirmir"

    Süni İntellekt
    11.02.2025
    Emil Nəcəfov
         Google DeepMind şirkətinin baş direktoru Demis Hassabis bildirib ki, DeepSeek süni zəka modeli çinli tədqiqatçıların ən yaxşı işi ola bilər. Lakin onun fikrincə sözügedən süni zəka modeli eyni zamanda heç bir yeni elmi nailiyyət nümayiş etdirmir. Hassabis, DeepSeek modelini təsirli bir iş kimi qiymətləndirib. Google-un Parisdə AI Action Summit-dən əvvəl təşkil etmiş olduğu tədbirdə o, DeepSeek-in yaxşı mühəndislik qabiliyyətlərini nümayiş etdirdiyini və geosiyasi miqyasda dəyişikliklər yaratdığını bildirib. Lakin Hassabis-in fikrincə, texnoloji baxımdan model inqilabi bir yenilik deyil.
         “Bütün bu səs-küyə baxmayaraq, yeni elmi nailiyyətlər yoxdur. Model sadəcə məlum süni zəka üsullarından istifadə edir" - deyə Hassabis qeyd edib. Hassabis, DeepSeek ətrafında yaranmış səs-küyün bir qədər şişirdildiyini düşünür. DeepMind şirkətinin baş direktoru Demis Hassabis hesab edir ki, Google-un yenicə təqdim etmiş olduğu Gemini 2.0 Flash modelləri DeepSeek-dən daha effektivdir. Bundan əlavə, Hassabis bildirib ki, süni zəka sənayesi ümumi süni zəkaya (AGI) doğru irəliləyir. O, AGI-ni "insanlarda mövcud olan bütün idrak (koqnitiv) qabiliyyətlərini nümayiş etdirə bilən bir sistem" kimi təsvir edib. "Düşünürəm ki, biz artıq buna çox yaxınlaşmışıq. Bilirsiniz, bəlkə də belə bir sistemin ortaya çıxmasına cəmi 5 il və ya ona yaxın bir müddət qalıb" - deyə o, qeyd edib.
         "Cəmiyyətin bu dəyişikliklərə və onların doğura biləcəyi nəticələrə hazır olması vacibdir. Biz elə etməliyik ki, bu texnologiyadan maksimum fayda götürək və bütün cəmiyyət bundan qazansın. Eyni zamanda, bəzi riskləri də yumşaltmalıyıq" - deyə Hassabis vurğulayıb. Daha əvvəl OpenAI şirkətinin baş direktoru Sam Altman, DeepSeek layihəsini həqiqətən təsirli model adlandırmışdı və Çinli rəqiblərinin sərhədləri genişləndirməyə və əla məhsullar təqdim etməyə davam edəcəyinə əminliyini ifadə etmişdi. Digər tərəfdən, Anthropic şirkətinin baş direktoru Dario Amodei, Çinin DeepSeek modeli və onun R1 versiyası ilə bağlı ciddi narahatlığını bildirib. O, qeyd edib ki, DeepSeek təhlükəsizlik testləri zamanı bioloji silahlarla bağlı məlumat yaradıb və onun performansı, Anthropic-in indiyə qədər test etdiyi bütün modellər arasında ən zəifi olub.
    Mənbə: CNBC
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    DeepSeek bioloji silahlar barəsində məlumat verməyi bacarır
    deepseek-bioloji-silahlar-baresinde-melumat-vermeyi-bacarir
    Süni zəkanın “xaç anası”: "Süni zəka qanunları elmi fantastikaya deyil, real elmə əsaslanmalıdır"
    suni-zekanin-xac-anasi-suni-zeka-qanunlari-elmi-fantastikaya-deyil-real-elme-esaslanmalidir
    Fransa prezidenti süni zəka sahəsinə 109 milyard avroluq investisiyanı elan edib
    fransa-prezidenti-suni-zeka-sahesine-109-milyard-avroluq-investisiyani-elan-edib
    Gmail hesablarına süni zəka əsaslı fişinq hücumları edilir
    gmail-hesablarina-suni-zeka-esasli-fisinq-hucumlari-edilir
    OpenAI öz süni zəka çipinin istehsalına artıq bu il start verə bilər
    openai-oz-suni-zeka-cipinin-istehsalina-artiq-bu-il-start-vere-biler