
DeepSeek artıq 15 milyondan çox aktiv istifadəçi kütləsinə sahibdir
Proqram Təminatı
10.02.2025
Emil Nəcəfov
Büdcəyə uyğun süni zəka modeli hazırlamış Çin startapı DeepSeek texnologiya dünyasında həqiqi bir sensasiyaya çevrildi. TrendForce-un məlumatına görə, DeepSeek, ChatGPT-dən sonra dünyanın ən populyar ikinci tətbiqi olub, üçüncü yerdə isə ByteDance şirkətinin Doubao neyron şəbəkəsi qərarlaşıb. DeepSeek tətbiqi 11 yanvar tarixində istifadəyə verilib və 31 yanvar tarixinə qədər gündəlik aktiv istifadəçi sayı 22.15 milyona çatıb. Bu, həmin dövrdə 53.23 milyon gündəlik istifadəçiyə malik olan ChatGPT-nin auditoriyasının 41.6%-ni təşkil edir.

Bundan əvvəl Çin bazarının lideri 17 milyon istifadəçi ilə Doubao olsa da, DeepSeek populyarlıq baxımından onu geridə qoymağı bacardı. DeepSeek-in uğuru Apple App Store reytinqlərində də əks olunub - tətbiq ABŞ da daxil olmaqla 157 ölkədə birinci yerə yüksəlib. Bundan əlavə, SimilarWeb-in məlumatına görə, DeepSeek-in veb saytı cəmi 1 həftə ərzində Google Gemini-ni ziyarət sayına görə geridə qoyub.
31 yanvar tarixinə kimi ABŞ-dan DeepSeek saytına 2.4 milyon istifadəçi daxil olub, halbuki eyni dövrdə Gemini yalnız 1.5 milyon ziyarətçi toplamışdı. DeepSeek-in sürətlə populyarlaşması böyük Çin şirkətlərinin fəal reaksiyasına səbəb olub. Tencent, Baidu və Alibaba artıq DeepSeek modelini öz bulud platformalarına inteqrasiya etmək planlarını açıqlayıblar. Bundan əlavə, Çinin dörd aparıcı GPU istehsalçısı - Huawei Ascend, Moore Threads, iluvatar və MetaX startapın inkişafına dəstək verməyə hazır olduqlarını bildiriblər.
Mənbə: Trendforce
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni zəka bir foto sayəsində insanın karyera potensialını təyin edir

Süni zəka bir foto sayəsində insanın karyera potensialını təyin edir
Qlazqo Universitetinin tədqiqatçıları bir foto əsasında insanın karyera uğurunu qiymətləndirə bilən süni zəka sistemi hazırlayıblar. Alqoritm üz ifadəsi və üz cizgilərini analiz edərək insanın karyera pilləsində nə qədər irəliləyə biləcəyini proqnozlaşdırır. Tədqiqat şəxsiyyətin 5 əsas xüsusiyyətindən ibarət populyar modelə əsaslanır.
DeepSeek kiçik çip istehsalçıları üçün təhlükə əvəzinə böyük şansa çevrilib

DeepSeek kiçik çip istehsalçıları üçün təhlükə əvəzinə böyük şansa çevrilib
DeepSeek süni zəka bazarında, əsasən ABŞ şirkətlərinin üstünlük təşkil etdiyi sahədə böyük sarsıntıya səbəb oldu. Təkcə NVIDIA kimi süni zəka sürətləndiriciləri istehsal edən şirkət bir neçə 100 milyard dollar bazar dəyəri itirdi. CNBC-nin məlumatına görə, bazarın liderləri bu vəziyyətin nəticələri ilə mübarizə aparmağa çalışdığı halda, kiçik istehsalçılar üçün bu hadisə öz miqyaslarını genişləndirmək üçün bir fürsət kimi görünür.
DeepSeek-in mobil tətbiqində ciddi təhlükəsizlik boşluqları aşkar edilib

DeepSeek-in mobil tətbiqində ciddi təhlükəsizlik boşluqları aşkar edilib
Çin şirkəti DeepSeek-in çat-bot ətrafındakı qalmaqallar səngimək bilmir. İstifadəçi məlumatlarının sızmasından sonra NowSecure şirkətinin mobil təhlükəsizlik üzrə mütəxəssisləri iPhone üçün tətbiq versiyasında bir çox təhlükəli boşluqlar aşkar ediblər.
Dünyanın ilk hibrid kvant dil modeli (QLLM) anons edilib

Dünyanın ilk hibrid kvant dil modeli (QLLM) anons edilib
Böyük Britaniyanın yüksək səviyyədə qorunan avadanlıq və proqram təminatı istehsalçısı olan SECQAI şirkəti dünyanın ilk hibrid kvant dil modelini (QLLM) anons edib. Bu texnologiya kvant hesablamalarını ənənəvi süni zəka modelləri ilə birləşdirərək səmərəliliyi artırmaq və mürəkkəb problemləri həll etmək məqsədi daşıyır.
Yeni süni zəka modelinin öyrədilməsinə 50$-dan az vəsait sərf edilib

Yeni süni zəka modelinin öyrədilməsinə 50$-dan az vəsait sərf edilib
Stenford və Vaşinqton Universitetinin tədqiqatçıları OpenAI-dən daha yaxşı riyazi problemləri həll edən süni zəka modeli yaradıblar. S1 adlanan bu model, cəmi 1000 sualdan ibarət məhdud məlumat bazası üzərində distillə üsulu ilə öyrədilib.
Həftənin xəbərləri

