
Yer kürəsinin orbitində böyük konstruksiyaların inşasına start veriləcək
Elm & Texnologiya
14.02.2025
Emil Nəcəfov
Adətən, kosmik konstruksiyalar Yer kürəsində yığılır və sonra orbitə göndərilir. Lakin 2022-ci ildə işə salınmış NOM4D proqramı yeni yanaşma təklif edir - yüngül konstruksiyaların birbaşa kosmosda yığılması. Layihə yerüstü sınaqlardan uğurla keçib və artıq orbitdə test mərhələsinə keçir. Bu çərçivədə Kaliforniya Texnologiya İnstitutu komandası kosmosda anten çərçivəsini simulyasiya edən yüngül bir konstruksiya yığacaq, İllinoys Universitetinin tədqiqatçıları isə yüksək dəqiqlikli kompozit formalaşdırma prosesini sınaqdan keçirəcəklər. Gələcəkdə bu texnologiyalar sayəsində böyük orbit laboratoriyalarının, antenlərin və günəş panellərinin birbaşa kosmosda qurulması mümkün olacaq.
Kosmik aparatlar və texnologiyaların inkişafı sahəsində əldə edilən nailiyyətlərə baxmayaraq, orbitdə böyük konstruksiyaların inşası hələ də çətin məsələ olaraq qalır. Bunun əsas səbəbi, raketlərin daşıya biləcəkləri yüklərin ölçü və çəki məhdudiyyətləridir. 2022-ci ildə ABŞ Müdafiə Nazirliyinin İnnovativ Tədqiqatlar Agentliyi (DARPA) bu problemi həll etmək üçün NOM4D proqramını işə saldı. Bu proqramın məqsədi, kosmosa yüngül xammal çatdıraraq, onların birbaşa orbitdə yığılmasını təmin etməkdir. İndi isə DARPA kiçik miqyaslı orbit sınaqlarına keçid etdiyini elan edib.

Ümumilikdə iki əsas test planlaşdırılıb və bu testlər bu yanaşmanın təkcə laboratoriya şəraitində deyil, real kosmos mühitində də işlək olduğunu sübut etməlidir. Proqramın üçüncü mərhələsinə iki tədqiqat qrupu rəhbərlik edəcək - Kaliforniya Texnologiya İnstitutu və İllinoys Universiteti. Hər iki komanda əvvəlki mərhələlərdə böyük uğurlar əldə edib. Kaliforniya Texnologiya İnstitutu komandası əsasən kosmosda istehsal üçün yüngül konstruksiyaların hazırlanması üzərində çalışır. Bu texnologiya 2026-cı ilin fevralında Momentus Vigoride orbital aparatı vasitəsilə orbitə göndəriləcək. Missiya SpaceX Falcon 9 raketi ilə Transporter-16 proqramı çərçivəsində həyata keçiriləcək.

Təcrübə zamanı 1.4 metr diametrində dairəvi konstruksiyanın yığılması planlaşdırılır, bu da kosmik antenin çərçivəsini simulyasiya edəcək. Əsas məqsəd - insan müdaxiləsi olmadan yüngül kompozit liflərdən böyük miqyaslı obyektlərin qurulmasının mümkün olub-olmadığını müəyyən etməkdir. İllinoys Universitetinin komandası Voyager Space ilə birlikdə kosmosda yüksək dəqiqlikli kompozit formalaşdırma prosesini sınaqdan keçirməyi planlaşdırır. Bu sınaq, NASA-nın NG-24 təchizat missiyasının bir hissəsi olacaq və 2026-cı ilin aprelində başlayacaq. Alimlər, karbon lifli boruların maye monomerlərlə birləşdirilməsi və bərkidilməsi üçün "frontal polimerizasiya" metodundan istifadə etməyi planlaşdırırlar.

Bu proses istilik tələb etmədən materialın tədricən sərtləşməsinə və genişlənməsinə imkan verir, bu da kosmosda böyük miqyaslı tikinti işləri üçün mühüm əhəmiyyət kəsb edir. Bu texnologiyanın yeganə məhdudiyyəti isə başlanğıc xammalın miqdarıdır. Sonda, Florida Universitetinin komandası NASA ilə birgə metalın lazerlə əyilməsi üzrə yerüstü sınaqlar həyata keçirəcək. Bu tədqiqatın kosmosda yeni tikinti metodlarının inkişafına töhfə verəcəyi gözlənilir.
Əgər layihə uğurlu olarsa, NOM4D proqramının nailiyyətləri kosmik infrastrukturda inqilabi dəyişikliklər yarada bilər. Söhbət, təkcə elmi missiyalar üçün böyük orbital laboratoriyaların yaradılmasından deyil, həm də rabitə üçün iri antenlərin, günəş panellərinin və kosmik gəmilər üçün yanacaq doldurma stansiyalarının inşasından gedir. Komandanın uzunmüddətli məqsədi, Yer və Ay arasındakı məkanın monitorinqini gücləndirmək üçün 100 metr enində kosmik antenlər qurmaqdır. Bu, xüsusilə pilotlu Ay missiyaları üçün vacibdir, çünki belə ssenarilərdə rabitə problemləri yarana bilər.
Mənbə: The Debrief
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ABŞ-ın yeni Ay proqramının uğursuz olma riski var

ABŞ-ın yeni Ay proqramının uğursuz olma riski var
Aerospace Safety Advisory Panel (ASAP) tərəfindən illik hesabat dərc olunub. ASAP 1968-ci ildə NASA rəhbərliyinin və ABŞ Konqresinin məlumatlılığını artırmaq məqsədilə yaradılıb.
ABŞ-da yanğınların ekoloji təmiz üsul ilə söndürülməsi təklif edilib

ABŞ-da yanğınların ekoloji təmiz üsul ilə söndürülməsi təklif edilib
Su, köpük və kimyəvi reagentlər yanğınların söndürülməsi üçün əsas resurslardır, lakin onlar ekoloji baxımdan olduqca zərərlidirlər. ABŞ-dan olan alimlər ekoloji cəhətdən təmiz yanğınsöndürmə texnologiyası təklif ediblər.
Süni zəka özü-özünü bərpa edə bilən asfaltın hazırlanmasında yardımçı olub

Süni zəka özü-özünü bərpa edə bilən asfaltın hazırlanmasında yardımçı olub
Böyük Britaniyadan olan tədqiqatçılar özünü bərpa edə bilən yeni növ asfalt hazırlayıblar. Bu material mikroçatları cəmi bir saat ərzində öz-özünə aradan qaldıra bilir. Bitum və bitki sporlarından ibarət olan bu asfalt örtüyü yolların təmir xərclərini azaltmağa kömək edə bilər.
Hubble teleskopu yeni unikal qalaktikanı kəşf edib

Hubble teleskopu yeni unikal qalaktikanı kəşf edib
Astronomlar LEDA 1313424 adlı yeni qalaktikanı kəşf ediblər. Bu qalaktika indiyə qədər müşahidə olunanlardan tamamilə fərqlənir. Onun mərkəzindən suya atılmış daşın yaratdığı dalğalar kimi doqquz ədəd halqa-spiral qolu yayılır, halbuki əksər qalaktikalarda bu cür strukturlar adətən iki və ya üç olur.
Yeni alüminium batareya çoxlu sayda şarjdan sonra öz həcminin 99%-ni qoruyub saxlayır

Yeni alüminium batareya çoxlu sayda şarjdan sonra öz həcminin 99%-ni qoruyub saxlayır
Pekin Universiteti və Pekin Texnologiya İnstitutunun alimləri 10 000 dəfə şarj dövründən sonra ilkin tutumunun 99%-ni saxlaya bilən bərk cisimli alüminium batareyası hazırlayıblar.
Həftənin xəbərləri

