
Çin 2030-cu ilə qədər ən böyük yarımkeçirici istehsalçısı ola bilər
Elm & Texnologiya
02.07.2025
Emil Nəcəfov
Analitiklərin fikrincə, 2030-cu ilə qədər Çin dünya üzrə yarımkeçirici istehsal gücünün 30%-ni əşkil edəcək və bu sahədə ən böyük istehsal mərkəzinə çevriləcək. 2024-cü ildə ölkədə çip istehsalı 15% artaraq ayda 8.85 milyon lövhəyə çatıb, 2025-ci ildə isə bu göstəricinin 10.1 milyon lövhəyə qədər yüksələcəyi gözlənilir. Hazırda bu mövzuda dünya lideri Tayvandır. O, qlobal istehsal gücünün 23%-ni təşkil edir. Onun ardınca Çin (21%), Cənubi Koreya (19%), Yaponiya (13%), ABŞ (10%) və Avropa (8%) gəlir. Böyük ehtimalla Çin öz çip fabriklərinə yönəltdiyi investisiyalar sayəsində Qərbdən tam texnoloji asılılığa son qoymaq məqsədilə irəli çıxacaq. Lakin 2030-cu ildə ən qabaqcıl çipləri hansı ölkənin istehsal edəcəyi sualı hələ də açıq qalır. Yole Group analitik şirkətin məlumatına görə, 2024-cü ildə Çində yarımkeçirici istehsalı ayda 8.85 milyon lövhəyə çatıb ki, bu da ötən illə müqayisədə 15% artım deməkdir.

Proqnozlara əsasən, 2025-ci ildə bu göstərici 10.1 milyon lövhəyə qədər yüksələcək. Ölkə bu artımı 18 yeni fabrikin inşası sayəsində əldə edib. Məsələn, Şanxayda yerləşən Huahong Semiconductor şirkəti artıq bu ilin birinci rübündə Usi şəhərində yeni fabriki istifadəyə verib. Birləşmiş Ştatlar yarımkeçirici lövhələrin ən böyük istehlakçısıdır. Onların payına qlobal tələbatın 57%-i düşür. Lakin ABŞ-ın daxili istehsalı dünya gücünün cəmi təxminən 10%-ni təşkil edir. Bu isə o deməkdir ki, ABŞ öz tələbatının böyük hissəsini Tayvan, Cənubi Koreya və Çin kimi aparıcı istehsalçılardan almağa məcburdur. Eyni zamanda, Yaponiya və Avropa əsasən daxili tələbatlarını öz istehsalları hesabına ödəyirlər.

Digər mühüm iştirakçılar da mövcuddur, məsələn, Sinqapur və Malayziya - bu ölkələrin payına dünya üzrə istehsal gücünün 6%-i düşür. Lakin bu müəssisələr, adətən, xarici investorlara məxsusdur və ABŞ, Çin kimi regionlarda tələbatı ödəməyə yönəliblər. Hesabatda yəqin ki, ABŞ-da tikilməkdə olan fabriklər nəzərə alınmayıb. Artıq bir neçə şirkət orada öz müəssisələrinin inşasına başlayıb. Bunlar arasında TSMC də var və şirkət qabaqcıl çiplərinin 30%-ni Arizona ştatında istehsal etməyi planlaşdırır. Bundan əlavə, Intel, Samsung, Micron, GlobalFoundries və Texas Instruments də ABŞ-da yarımkeçirici lövhələrin istehsal gücünü artıracaq layihələr həyata keçirirlər.

Analitiklər həmçinin Çin fabriklərinin texnoloji imkanlarının Qərb ölkələrinin imkanları ilə necə müqayisə olunduğuna toxunmurlar. ABŞ qabaqcıl mikrosxem istehsalı texnologiyalarına qarşı ixrac məhdudiyyətləri tətbiq edib və bu səbəbdən Çin şirkətləri müasir yarımkeçiricilərin istehsalı üçün zəruri avadanlıqları almaqda çətinliklərlə üzləşiblər. Buna cavab olaraq Pekin yarımkeçirici sənayesinin inkişafına, o cümlədən litoqrafiya avadanlıqlarına və elektron sxemlərin avtomatlaşdırılmış layihələndirilməsi üçün proqram təminatına (EDA) milyardlarla dollar investisiya yatırır. Bu səbəbdən, Çin istehsal həcminə görə lider ola bilər, lakin hansı ölkənin ən qabaqcıl çipləri istehsal edə biləcəyi sualı hələ də açıq qalır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Amazon-un anbarlarında artıq 1 milyondan çox robot fəaliyyət göstərir

Amazon-un anbarlarında artıq 1 milyondan çox robot fəaliyyət göstərir
Amazon tarixi bir texnoloji mərhələyə çatıb: onun anbarlarında 1 milyondan çox robot çalışır - bu, təxminən insan sayına bərabərdir. Ümumi 1.56 milyon əməkdaşın fonunda, Amazon-un qlobal çatdırılmalarının təxminən 75%-i artıq avtomatlaşdırılmış sistemlərin iştirakı ilə həyata keçirilir.
NVIDIA GeForce RTX 5070 SUPER videokartı üzərində çalışır

NVIDIA GeForce RTX 5070 SUPER videokartı üzərində çalışır
İnsayderlərin vermiş olduqları məlumata əsasən NVIDIA şirkəti GeForce RTX 50 videokart seriyasının yeni modeli üzərində çalışır.
Çinin qrafit bombaları bütöv şəhərləri elektrik enerjisindən məhrum edə bilər (VİDEO)

Çinin qrafit bombaları bütöv şəhərləri elektrik enerjisindən məhrum edə bilər (VİDEO)
Çinin dövlət televiziya kanalı CCTV Çin istehsalı olan yeni silahın - qrafit döyüş başlığına sahib raketin - animasiyalı videosunu nümayiş etdirib. Bu raket bütöv regionların enerji təchizatını iflic edə biləcək gücə malikdir.
Çində damar üzərindən uğurla beyin çipi implantasiya edilib

Çində damar üzərindən uğurla beyin çipi implantasiya edilib
Çinin Nankay Universitetindən olan alimlər dünyada ilk dəfə olaraq qan damarları vasitəsilə implantasiya edilmiş beyin-kompüter interfeysinin (BCI) uğurlu sınağını həyata keçiriblər.
Çində robotlar arasında futbol turniri keçirilib (VİDEO)

Çində robotlar arasında futbol turniri keçirilib (VİDEO)
Çinin paytaxtında unikal futbol turniri keçirilib və bu turnirdə humanoid (insanabənzər) robotlar iştirak ediblər. Hər hansı xarici müdaxilə olmadan, yalnız süni zəka tərəfindən idarə olunan robotlar çevik manevrlər edir, topu ələ keçirir və qapıya zərbələr endirirdilər.
Həftənin xəbərləri

