main-post-cover

    NVIDIA GeForce RTX 5070 SUPER videokartı üzərində çalışır

    Elm & Texnologiya
    01.07.2025
    Emil Nəcəfov
         İnsayderlərin vermiş olduqları məlumata əsasən NVIDIA şirkəti GeForce RTX 50 videokart seriyasının yeni modeli üzərində çalışır. Söhbət, GeForce RTX 5070 SUPER-dən gedir. İnsayderlər bildiriblər ki, NVIDIA-nın hazırladığı bu yeni videokart GDDR7 standartlı 18 GB-lıq VRAM-ı əldə edəcək. Bununla yanaşı videokart özündə 6400 ədəd CUDA nüvəsini birləşdirəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi RTX 5070 modeli özündə 6144 ədəd CUDA nüvəsini birləşdirir. Məlumatda qeyd edilib ki, videokartda məlumatların ötürülməsi sürəti saniyədə 672 GB təşkil edəcək. Gözləntilərə əsasən videokartın enerji sərfiyyatı 275 vatt olacaq. Bu isə adi RTX 5070 modelinin enerji sərfiyyatı göstəricisindən 25 vatt çoxdur. RTX 50 seriyasının digər modelləri kimi RTX 5070 SUPER də Blackwell arxitekturası əsasında hazırlanır. Hazırlanan bu yeni videokartın təqribi olaraq 600$-a satılacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çinin qrafit bombaları bütöv şəhərləri elektrik enerjisindən məhrum edə bilər (VİDEO)
    cinin-qrafit-bombalari-butov-seherleri-elektrik-enerjisinden-mehrum-ede-biler-video
    Çində damar üzərindən uğurla beyin çipi implantasiya edilib
    cinde-damar-uzerinden-ugurla-beyin-cipi-implantasiya-edilib
    Çində robotlar arasında futbol turniri keçirilib (VİDEO)
    cinde-robotlar-arasinda-futbol-turniri-kecirilib-video
    2050-ci ilə qədər süni zəka əsaslı 4 milyard robot mövcud olacaq
    2050-ci-ile-qeder-suni-zeka-esasli-4-milyard-robot-movcud-olacaq
    NVIDIA ən büdcəli videokartı GeForce RTX 5050-ni təqdim edib - QİYMƏTİ
    nvidia-en-budceli-videokarti-geforce-rtx-5050-ni-teqdim-edib-qiymeti