
Çinin qrafit bombaları bütöv şəhərləri elektrik enerjisindən məhrum edə bilər (VİDEO)
Elm & Texnologiya
01.07.2025
Emil Nəcəfov
Çinin dövlət televiziya kanalı CCTV Çin istehsalı olan yeni silahın - qrafit döyüş başlığına sahib raketin - animasiyalı videosunu nümayiş etdirib. Bu raket bütöv regionların enerji təchizatını iflic edə biləcək gücə malikdir. İstehsalçıların fikrinə görə, bu silah binaları və texnikanı məhv etmir, əvəzində enerji sistemlərini sıradan çıxararaq tam qaranlıq effekti yaradır. Döyüş başlığında 90 alt-sursat var və raket buraxıldıqdan sonra havada açılaraq karbon liflərini ətrafa səpir. Bu liflər yüksək gərginlikli elektrik şəbəkələrində qısaqapanmalar yaradır və nəticədə kritik infrastruktur obyektlərini - yarımstansiyaları, elektrik ötürmə xətlərini və transformatorları - faktiki olaraq “söndürür”. Zərbə sahəsi azı 10 000 kvadrat metr təşkil edir. Raketin fəaliyyət radiusu isə 290 kilometrdir.
Analitiklərin qiymətləndirməsinə görə, bu silah Çin hərbi doktrinasında yer alan “sistemləri iflic edən müharibə” konsepsiyasına mükəmməl şəkildə uyğundur. Bu yanaşma fiziki məhvetməni deyil, əsasən rabitə, enerji təchizatı və düşmənin komanda mərkəzlərinin iflic edilməsini hədəfləyir. Qrafit bombaları hərbi texnologiyada yeni deyil. Onlardan ABŞ əvvəllər Yuqoslaviya və İraq əməliyyatları zamanı fəal şəkildə istifadə edib. Məsələn, İraqda bir zərbədən sonra Nasiriya şəhəri 30 gündən artıq müddətdə işıqsız qalmışdı. Lakin indi Pekin bu texnologiyanı təkmilləşdirir.
Analitiklər qeyd edirlər ki, bu cür silah düşmənin infrastrukturuna genişmiqyaslı dağıntılar və itkilər olmadan zərbə vurmağa imkan verir. Lakin burada bir məqam var: işıqlar sönəndən sonra humanitar fəlakət başlayır - su, rabitə, tibbi yardım və nəqliyyat olmadan. Çin bu silah üçün əsas komponent olan qrafitin istehsalına tam nəzarət edir. Eyni zamanda raketlərin kütləvi istehsalı üçün sənaye bazasına da sahibdir. “Partlayışsız müharibə” dövrü artıq fantastika kimi görünmür. Çin qrafit bombası - infrastruktur müharibələri üçün gələcəyin silahıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çində damar üzərindən uğurla beyin çipi implantasiya edilib

Çində damar üzərindən uğurla beyin çipi implantasiya edilib
Çinin Nankay Universitetindən olan alimlər dünyada ilk dəfə olaraq qan damarları vasitəsilə implantasiya edilmiş beyin-kompüter interfeysinin (BCI) uğurlu sınağını həyata keçiriblər.
Çində robotlar arasında futbol turniri keçirilib (VİDEO)

Çində robotlar arasında futbol turniri keçirilib (VİDEO)
Çinin paytaxtında unikal futbol turniri keçirilib və bu turnirdə humanoid (insanabənzər) robotlar iştirak ediblər. Hər hansı xarici müdaxilə olmadan, yalnız süni zəka tərəfindən idarə olunan robotlar çevik manevrlər edir, topu ələ keçirir və qapıya zərbələr endirirdilər.
2050-ci ilə qədər süni zəka əsaslı 4 milyard robot mövcud olacaq

2050-ci ilə qədər süni zəka əsaslı 4 milyard robot mövcud olacaq
Yalnız NVIDIA-nın qurucusu deyil, digər texnologiya nəhəngləri də robototexnika məhsulları bazarının böyüməsinə böyük ümidlər bəsləyirlər. TrendForce-un Economic Daily News-a istinadən verdiyi məlumata görə, TSMC rəhbərliyi proqnozlaşdırır ki, 2030-cu ilə qədər süni zəka funksiyalı 1.3 milyard robot istismarda olacaq.
Avropa Kosmik Agentliyi 2040-cı ilə qədər kosmosun mənimsənilməsi planını açıqlayıb

Avropa Kosmik Agentliyi 2040-cı ilə qədər kosmosun mənimsənilməsi planını açıqlayıb
Avropa Kosmik Agentliyi (ESA) “TECHNOLOGY 2040: A VISION FOR THE EUROPEAN SPACE AGENCY” adlı sənədi yayımlayıb. Bu sənəd ESA-nın ətraflı planıdır və orada 2040-cı ilə qədər Avropanın kosmosda inamla fəaliyyət göstərə bilməsi üçün artıq bu gündən inkişaf etdirilməli olan texnologiyalar təsvir olunub
Samsung Exynos 2500 flaqman prosessoru təqdim olunub

Samsung Exynos 2500 flaqman prosessoru təqdim olunub
Samsung şirkəti öz yeni flaqman mobil prosessorunu təqdim edib. Söhbət, Exynos 2500-dan gedir. Bu, şirkətin 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış ilk mobil prosessorudur.
Həftənin xəbərləri

