main-post-cover

    Çində robotlar arasında futbol turniri keçirilib (VİDEO)

    Elm & Texnologiya
    01.07.2025
    Emil Nəcəfov
         Çinin paytaxtında unikal futbol turniri keçirilib və bu turnirdə humanoid (insanabənzər) robotlar iştirak ediblər. Hər hansı xarici müdaxilə olmadan, yalnız süni zəka tərəfindən idarə olunan robotlar çevik manevrlər edir, topu ələ keçirir və qapıya zərbələr endirirdilər. Final mərhələsində seçim turunu keçmiş 4 Çin komandası iştirak edib. Tədbirin təşkilatçısı Dou Jing qeyd edib ki, bu turnir Çində 3x3 formatında keçirilən ilk robot futbol oyunu olmaqla yanaşı, 2025-ci ildə baş tutacaq Dünya Humanoid Robot Oyunları üçün sınaq yarışması rolunu da oynayıb. Matç iki hissədən ibarət olub - hər biri 10 dəqiqə olmaqla və arada 5 dəqiqəlik fasilə verilib.
         Robotlar hərəkətlərində müəyyən yöndəmsizlik göstərsələr də, yüksək səviyyədə avtonomluq nümayiş etdiriblər. Hər bir robot, topu tanımağa və məkan daxilində istiqamətini müəyyən etməyə imkan verən kameralar və sensorlarla təchiz edilib. Görüntü qavrama sistemi tamamilə optik kameralara əsaslanır və topun ağ rəngini dəqiq tanıya bilmək üçün robotların, hakimlərin və texniki heyətin geyimində ağ rəng istisna edilib. Robotların təlimi machine learning alqoritmləri əsasında aparılıb. Bu zaman sistem təcrübə və səhvlər yolu ilə təkmilləşir və gələcəkdə oyunçulara müstəqil qərar qəbul etməyə imkan verir.
         Booster Robotics şirkətinin qurucusu Cheng Hao bildirib ki, robotlar 20 metrədək məsafədə topu tanımaqda 90%-dən yüksək dəqiqliyə malikdir. Robot topun, qapının və komanda yoldaşlarının mövqeyini təhlil edir və bundan sonra ən optimal hərəkəti - məsələn, ötürmə və ya qapıya zərbə - seçir. New York Post-un qeyd etdiyinə görə, Pekində keçirilmiş yarış yalnız daha genişmiqyaslı bir tədbirin özünəməxsus debütü olub. 2025-ci il avqustun 15-dən 17-dək keçiriləcək Dünya Robototexnika Konfransı çərçivəsində ilk dəfə olaraq Dünya Humanoid Robot Oyunları təşkil olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    2050-ci ilə qədər süni zəka əsaslı 4 milyard robot mövcud olacaq
    2050-ci-ile-qeder-suni-zeka-esasli-4-milyard-robot-movcud-olacaq
    Avropa Kosmik Agentliyi 2040-cı ilə qədər kosmosun mənimsənilməsi planını açıqlayıb
    avropa-kosmik-agentliyi-2040-ci-ile-qeder-kosmosun-menimsenilmesi-planini-aciqlayib
    Samsung Exynos 2500 flaqman prosessoru təqdim olunub
    samsung-exynos-2500-flaqman-prosessoru-teqdim-olunub
    Elon Musk Starship-in uçuş sayını artırmağı hədəfləyib
    elon-musk-starship-in-ucus-sayini-artirmagi-hedefleyib
    Çində virtual ID sistemi istənilən istifadəçinin real zamanda internetə çıxışını bloklaya biləcək
    cinde-virtual-id-sistemi-istenilen-istifadecinin-real-zamanda-internete-cixisini-bloklaya-bilecek