
11 milyon işıq uzaqlığındakı qalaktikanın detallı və çoxrəngli fotosu təqdim edilib
Elm & Texnologiya
20.06.2025
Emil Nəcəfov
Avropa Cənub Rəsədxanasının (ESO) astronomları kainatın ən detallı və çoxrəngli qalaktika görüntüsünü yaradıblar. Bu, Yer kürəsindən 11 milyon işıq ili uzaqlıqda yerləşən NGC 253 adlı qalaktikadır. Qalaktikanın eni 65 000 işıq ilinə çatır. Bu panoramik görüntünü yaratmaq üçün 50 saatlıq müşahidə aparılıb və bu müddətdə 100-dən çox şəkil çəkilib. Bu, minlərlə çalar vasitəsilə hazırlanmış ilk detallı qalaktika görüntüsüdür. Hər bir rəng və çalar ulduzlar, qaz, onların tərkibi, temperaturu və hərəkət axınları barədə məlumat daşıyır, həmçinin çoxsaylı başqa informasiyanı əks etdirir. NGC 253 qalaktikası alimlərin mikrostrukturların - qaz, toz və ulduzların - qalaktikanın ümumi forması və təkamülünə necə təsir etdiyini detallı öyrənəcəyi ilk obyekt olacaq.

Bu baxımdan NGC 253 qalaktikası olduqca əlverişlidir. O, sanki daha yaxından öyrənilməyə çağıraraq poz verir - həm bütöv şəkildə, həm də onun tərkibindəki detallarda aydın görünür və bu detalların xüsusiyyətləri onların rənglərindən oxunur. “NGC 253 qalaktikası ideal mövqedə yerləşir” - deyə alimlər izah edirlər. “O, o qədər yaxındadır ki, biz onun daxili quruluşunu inanılmaz dəqiqliklə müşahidə edib, tərkib hissələrini öyrənə bilirik. Eyni zamanda, o qədər böyükdür ki, onu vahid sistem kimi də görmək mümkündür”.
Qalaktika haqqında əldə olunan bütün məlumatların toplanması üçün astronomlar Çilidə yerləşən ESO-nun avadanlıqları ilə təchiz olunmuş VLT - Yüksək Güclü Teleskopda quraşdırılmış çoxməqsədli spektral tədqiqat aləti olan MUSE-dən istifadə ediblər. Hətta görüntüyə səthi baxış zamanı belə tədqiqatçılar 500-dən çox planetar dumanlıq - Günəşimiz kimi ölmüş ulduzların atdığı qaz qabıqları - aşkar ediblər. Planetar dumanlıqlar onların məsafəsini olduqca dəqiq müəyyən etməyə və bununla da yerləşdikləri qalaktikanın uzaqlığını təyin etməyə imkan verir. Adətən bir qalaktikada 100-ə qədər planetar dumanlıq aşkar edilir, bu səbəbdən bir qalaktikada 500 belə obyektin tapılması böyük uğur sayılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ən qədim superkütləli qara dəliyin sirrinin mümkün cavabı tapılıb

Ən qədim superkütləli qara dəliyin sirrinin mümkün cavabı tapılıb
Astronomlar uzun müddətdir erkən kainatda nəhəng kütləyə malik qara dəliklərin necə yarandıqlarını anlamağa çalışırlar. Hazırkı nəzəriyyələrə görə, belə qara dəliklərin o dövrdə yaranmaları mümkün deyildi.
Donuz embrionlarında ilk dəfə insan ürəyi yetişdirilib

Donuz embrionlarında ilk dəfə insan ürəyi yetişdirilib
Heyvan və insan ximeraları gələcəkdə orqan transplantasiyası üçün insan orqanlarının yetişdirilməsi məqsədilə əlverişli rezervuarlar kimi yaradılır.
Havanın mikroplastikdən təmizlənməsi üsulu təklif edilib

Havanın mikroplastikdən təmizlənməsi üsulu təklif edilib
Tədqiqatçılar ətraf mühitdə toplanmış mikoplastiki havadan təmizləmək üçün sadə və effektiv bir üsul tapıblar. Təcrübə göstərib ki, “yaşıl damlar” təhlükəli hissəciklərin 97.5%-ni aradan qaldıra bilir.
Antarktidada naməlum radiosiqnallar təyin edilib

Antarktidada naməlum radiosiqnallar təyin edilib
Antarktida üzərində yüksəkdə uçan kosmik şüa detektoru alimlərin sözlərinə görə müasir fizika təsəvvürlərini şübhə altına alan qəribə siqnallar qeydə alıb. Yüksək enerjili neytrinoların yaratdığı Çerenkov şüalanmasını qeydiyyata alan ANITA anteni ilə çalışan tədqiqatçılar Yer kürəsinin dərinliklərindən qalxan kimi görünən radioimpulslar aşkar ediblər ki, bu da mövcud fizika modellərini pozur.
Alimlər Marsın terraformalaşdırma planını təqdim ediblər

Alimlər Marsın terraformalaşdırma planını təqdim ediblər
Marsın terraformalaşdırılması perspektivi - yəni onun yaşanacaq hala gətirilməsi - hələ 30 il əvvəl fantastika kimi görünürdüsə, bu gün müasir texnologiyalar və bu sahədə aparılan tədqiqatlar sayəsində real təfərrüatlar almağa başlayıb.
Həftənin xəbərləri

