
Havanın mikroplastikdən təmizlənməsi üsulu təklif edilib
Elm & Texnologiya
19.06.2025
Emil Nəcəfov
Tədqiqatçılar ətraf mühitdə toplanmış mikoplastiki havadan təmizləmək üçün sadə və effektiv bir üsul tapıblar. Təcrübə göstərib ki, “yaşıl damlar” təhlükəli hissəciklərin 97.5%-ni aradan qaldıra bilir. İnsanlıq plastik materialı ilk dəfə 150 ildən çox əvvəl ixtira etdikdən bəri, bu materialın xırda hissəcikləri demək olar ki, bütün planetə yayılıb: Mikoplastik hissəciklər artıq su, hava, torpaq, heyvanlar və insanlar daxil olmaqla hər yerdə aşkarlanıb. Son illərdə alimlər planetin bu çirklənmədən təmizlənməsi yollarını tapmağa fokuslanıblar və görünür, bu istiqamətdə ciddi irəliləyiş əldə edilib.

Tədqiqatlar göstərir ki, mikoplastik hər yerdədir: İçdiyimiz suda, yediyimiz qidada və nəfəs aldığımız havada. Lakin əgər siz şəhərdə yaşayan və havadakı plastik hissəciklərin təsirini azaltmaq istəyən birisinizsə, “yaşıl dam” sizin üçün ən yaxşı seçim ola bilər. “Yaşıl dam” ifadəsi sadəcə binaların yaşıl rəngə boyanması demək deyil. Tədqiqatçılar bununla damların və ya digər şəhər infrastrukturlarının üzərində yetişdirilmiş bitkilərlə, çiçəklərlə, kol və digər yaşıllıqla zəngin sahələri nəzərdə tuturlar. Alimlərin qənaətinə görə, belə yaşıllıqlar təkcə şəhər mənzərəsini canlandırmır və biomüxtəlifliyi artırmır, həm də zərərli hissəciklərdən ibarət olan şəhər havasının təmizlənməsi üçün effektiv vasitədir. Araşdırmalar göstərib ki, “yaşıl damlar” aşağıdakı faydaları verir:
- Havanı təmizləyir
- Hissəcikləri bitkilərin səthində tutur
- Torpaq qatları vasitəsilə çirkləndirici maddələri filtrasiya edir
- Ozon və azot oksidləri kimi qazları udur.

Bütün bu təsirlər birgə şəkildə havanın keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Yeni bir araşdırmada Çinin Tonczi Universitetinin alimləri “yaşıl damların” havadakı mikoplastik miqdarının azalmasına müsbət təsir göstərib-göstərmədiyini öyrənməyə fokuslanıblar. Bu məqsədlə alimlər Şanxay kimi iri bir meqapolisdə yerləşən bir neçə yaşayış binasının damını tədqiq ediblər. Bəzi damlar olduğu kimi, yəni açıq vəziyyətdə saxlanılıb, digərləri isə nazik torpaq qatı ilə örtülərək bölgədəki yaşıl damlarda adətən istifadə olunan iki bitki növü - qızılgül rodiyolası və düz yarpaqlı səhləb (sedum lineare) ilə əkilib.
Tədqiqatçılar hesab edirlər ki, “yaşıl damlar” mikoplastiki süngər kimi udur. Yağış yağdıqda havadakı plastik hissəciklər şəhərə doğru yuyulur. Yaşıllıqla örtülmüş damlarda isə bitkilər və torpaq suyun axınını yavaşladır, mikoplastik hissəciklərə çöküb qalmaq üçün zaman yaradır. Əslində torpaq təbii filtr rolunu oynayır və hissəciklərin böyük hissəsini tutur, mikoplastikin bir hissəsi isə bitkilərin yarpaqlarına və saplaqlarına yapışır. Nəticələr göstərir ki, “yaşıl damlar” güclü leysan zamanı mikoplastikin 97.5%-dən çoxunu həqiqətən tuta bilir.

Maraqlıdır ki, tutulmuş hissəciklərin böyük hissəsi torpaqda çökür, lakin bitkilər də havadakı hissəcikləri tutmaq qabiliyyətində mühüm rol oynayır. Qeyd edək ki, bu gün Şanxayda təxminən 3.56 milyon kvadratmetr “yaşıl dam” mövcuddur. Lakin alimlər hesab edirlər ki, bu damların şəhər miqyasında geniş tətbiqi sayəsində bitki örtüyü ildə 56.2 ton mikoplastiki tuta bilərdi. Bu isə məişət tullantı sularından yaranan mikoplastik tullantı miqdarını belə üstələyir. Bununla belə, alimlər kiçik bir xəbərdarlıq da edirlər. “Yaşıl damların” konstruksiyasında plastik materiallardan istifadə olunmamalıdır. Çünki zaman keçdikcə bu plastik materiallar özləri parçalanaraq problemin yaranmasına səbəb ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Antarktidada naməlum radiosiqnallar təyin edilib

Antarktidada naməlum radiosiqnallar təyin edilib
Antarktida üzərində yüksəkdə uçan kosmik şüa detektoru alimlərin sözlərinə görə müasir fizika təsəvvürlərini şübhə altına alan qəribə siqnallar qeydə alıb. Yüksək enerjili neytrinoların yaratdığı Çerenkov şüalanmasını qeydiyyata alan ANITA anteni ilə çalışan tədqiqatçılar Yer kürəsinin dərinliklərindən qalxan kimi görünən radioimpulslar aşkar ediblər ki, bu da mövcud fizika modellərini pozur.
Alimlər Marsın terraformalaşdırma planını təqdim ediblər

Alimlər Marsın terraformalaşdırma planını təqdim ediblər
Marsın terraformalaşdırılması perspektivi - yəni onun yaşanacaq hala gətirilməsi - hələ 30 il əvvəl fantastika kimi görünürdüsə, bu gün müasir texnologiyalar və bu sahədə aparılan tədqiqatlar sayəsində real təfərrüatlar almağa başlayıb.
Çinlilər qaranlıq enerjini öyrənmək üçün unikal raidoteleskop hazırlayıblar

Çinlilər qaranlıq enerjini öyrənmək üçün unikal raidoteleskop hazırlayıblar
Keçən həftə unikal radioteleskopun çanağı Çindən Braziliyaya dəniz yolu ilə göndərilib. Bu teleskop qaranlıq enerjinin xüsusiyyətlərini öyrənmək və kainatın digər sirrlərini açmaq üçün nəzərdə tutulub.
Qara dəliklərin daxilində sinqulyarlıaq olmaya bilər

Qara dəliklərin daxilində sinqulyarlıaq olmaya bilər
Bu ilin əvvəlində fiziklər müasir fizikanın ən böyük problemlərindən birinə - qara dəliklərin mərkəzində sinqulyarlığın mövcudluğu məsələsinə - yeni bir həll təklif etdilər.
Tarixdə ilk dəfə Günəşin cənub qütbünün fotoları çəkilib

Tarixdə ilk dəfə Günəşin cənub qütbünün fotoları çəkilib
Bu ilin yazında Avropanın Solar Orbiter adlı kosmik Günəş rəsədxanası ilk dəfə Günəşin ekvator müstəvisindən aşağı enərək onun cənub qütbünün görüntüsünü əldə edib.
Həftənin xəbərləri

