
Alimlər Marsın terraformalaşdırma planını təqdim ediblər
Elm & Texnologiya
18.06.2025
Emil Nəcəfov
Marsın terraformalaşdırılması perspektivi - yəni onun yaşanacaq hala gətirilməsi - hələ 30 il əvvəl fantastika kimi görünürdüsə, bu gün müasir texnologiyalar və bu sahədə aparılan tədqiqatlar sayəsində real təfərrüatlar almağa başlayıb. Alimlər Qırmızı planeti potensial yaşanacaq dünyaya çevirmək üçün mərhələli plan təqdim ediblər və bu plan müasir texnologiyalara, o cümlədən SpaceX şirkətinin ağır Starship sisteminə əsaslanır. Onun hazırlanmasında çətinliklər olsa da, belə bir aparatın yaradılması faktı özü belə, Yer kürəsindən kənarda yüklərin çatdırılması və genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün yeni imkanlar açır. Birinci mərhələ Marsın orta temperaturunun 30 dərəcə Selsi yüksəldilməsini nəzərdə tutur. Bu, səthaltı buz qatlarının əriməsinə və dərinliyi 300 metrə çatan qlobal okeanın formalaşmasına səbəb olacaq.

Bu məqsədə çatmaq üçün müəlliflər Mars orbitində nəhəng günəş yelkənlərinin yerləşdirilməsini təklif edirlər. Bu yelkənlər güzgü kimi işləyərək günəş şüalarını planetin qütb buzlaqlarına yönəldəcək. Əlavə parnik effekti atmosferə səpiləcək aerozollar vasitəsilə yaradılacaq. Səthdəki bəzi bölgələrə örtüləcək silikat aerogellər isə lokal istilik təmin edəcək. Hesablamalara görə, bu mərhələnin həyata keçirilməsi təxminən 1 əsr çəkəcək. Növbəti mərhələ genetik modifikasiya olunmuş ekstremofillərin - yəni ekstremal şəraitdə yaşaya bilən mikroorqanizmlərin tətbiqini əhatə edir. Bu “pioner növlər” buzların əriməsindən sonra yaranmış duzlu su hövzələrinə buraxılacaq və mühitin kimyəvi tərkibini dəyişərək mürəkkəb ekosistemlər üçün zəmin yaradacaqlar.
Sonuncu və ən uzunmüddətli mərhələ - Marsda 100 millibar (Yer atmosferinin 10%-i) səviyyəsində oksigenli atmosferin formalaşdırılmasıdır. Əvvəlcə oksigen hündürlüyü 100 metrə çatan nəhəng qübbələrin içində istehsal ediləcək, burada bitkilərin yaşaması mümkün olacaq. Zamanla bu bitkilər bu sığınacaqlardan kənara yayılaraq atmosferi tədricən oksigenlə zənginləşdirəcəklər. Lakin bu proses minilliklər çəkə bilər. Prosesi sürətləndirmək üçün ərimiş sudan oksigen ayırmaq mümkündür, amma bunun üçün Marsda kifayət qədər uyğun resursların mövcudluğu sübuta yetirilməlidir.

Müəlliflər vurğulayırlar ki, Marsın terraformalaşdırılması həm etik, həm də elmi dilemmalarla müşayiət olunur. Planetin dəyişdirilməsi onun təbii təkamülünün izlərini silə və bəşəriyyəti Günəş sisteminin keçmişinə dair unikal məlumatlardan məhrum edə bilər. Bundan əlavə, layihənin uğuru texnologiyalardakı irəliləyişlərdən, o cümlədən Starship sisteminin Marsa müntəzəm uçuşlar üçün potensialının sübut edilməsindən asılıdır. Plan nə qədər iddialı olsa da, tədqiqatçılar əmindirlər: “Yaşıl Mars”a gedən yol getdikcə daha da yaxınlaşır. Lakin qlobal dəyişikliklərə başlamazdan əvvəl bütün risklər və nəticələr diqqətlə qiymətləndirilməlidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çinlilər qaranlıq enerjini öyrənmək üçün unikal raidoteleskop hazırlayıblar

Çinlilər qaranlıq enerjini öyrənmək üçün unikal raidoteleskop hazırlayıblar
Keçən həftə unikal radioteleskopun çanağı Çindən Braziliyaya dəniz yolu ilə göndərilib. Bu teleskop qaranlıq enerjinin xüsusiyyətlərini öyrənmək və kainatın digər sirrlərini açmaq üçün nəzərdə tutulub.
Qara dəliklərin daxilində sinqulyarlıaq olmaya bilər

Qara dəliklərin daxilində sinqulyarlıaq olmaya bilər
Bu ilin əvvəlində fiziklər müasir fizikanın ən böyük problemlərindən birinə - qara dəliklərin mərkəzində sinqulyarlığın mövcudluğu məsələsinə - yeni bir həll təklif etdilər.
Tarixdə ilk dəfə Günəşin cənub qütbünün fotoları çəkilib

Tarixdə ilk dəfə Günəşin cənub qütbünün fotoları çəkilib
Bu ilin yazında Avropanın Solar Orbiter adlı kosmik Günəş rəsədxanası ilk dəfə Günəşin ekvator müstəvisindən aşağı enərək onun cənub qütbünün görüntüsünü əldə edib.
İlk dəfə 13 milyard yaşı olan kosmik işıq müşahidə edilib

İlk dəfə 13 milyard yaşı olan kosmik işıq müşahidə edilib
Astronomlar ilk dəfə yerüstü teleskop vasitəsilə kainat tarixinin ən qədim dövrünə aid mikrodalğalı işığı müşahidə ediblər. Bu dövr “kosmik sübh” adlanır və 13 milyard ildən çox əvvəl başlayıb.
Kainatın müşahidə olunan hissəsinin ən böyük xəritəsi təqdim olunub

Kainatın müşahidə olunan hissəsinin ən böyük xəritəsi təqdim olunub
İyunun 5-də Kaliforniya Texnologiya İnstitutu (Caltech) son onilliklərin ən genişmiqyaslı astronomik tədqiqatlarından birinin nəticələrini təqdim etdi. Belə ki, COSMOS-Web layihəsi çərçivəsində James Webb kosmik teleskopunun müşahidələrinə əsaslanan interaktiv xəritə dərc olunub.
Həftənin xəbərləri

