main-post-cover

    OpenAI Yaponiyada süni zəka xidmətlərinin təklifi üçün SoftBank ilə birləşib

    Tech-Biznes
    04.02.2025
    Emil Nəcəfov
         Yaponiyanın holdinq şirkəti SoftBank Group-un baş direktoru Masayoshi Son OpenAI-nin CEO-su Sam Altman, SB OpenAI Japan adlı birgə müəssisənin yaradıldığını elan ediblər. Bu müəssisə Yaponiyada korporativ müştərilər üçün süni zəka xidmətləri təqdim edəcək. Şirkətlər yeni müəssisəyə bərabər paylarla (50:50) sahib olacaqlar. SB OpenAI Japan-ı SoftBank Corp. idarə edəcək. Bu, SoftBank Group-un telekommunikasiya şöbəsi olub.
        Şirkət əməkdaşları OpenAI-nin süni zəka həllərinin Yaponiyanın müxtəlif iqtisadi sahələrində – avtomobil istehsalından tutmuş pərakəndə ticarətə qədər – tətbiqini genişləndirmək üzərində çalışacaqlar. Gözlənilir ki, bu layihə ABŞ-dan kənarda OpenAI-nin korporativ müştərilər üçün təqdim etdiyi ən böyük süni zəka təşəbbüsü olacaq. Holdinqin tərkibindəki şirkətlər, həmçinin onun investisiyalarını alan PayPay LY Corp. hər il OpenAI-ya süni zəka texnologiyalarından istifadə üçün 3 milyard dollar ödəyəcəklər.
         SoftBank, Meta Platforms Microsoft kimi süni zəka sahəsinə milyardlarla dollar investisiya yatıran texnologiya nəhənglərinin artan siyahısına qoşulur. Holdinq, süni zəka layihəsi olan Stargate-ə 15 milyard dollar investisiya yatırmağı planlaşdırır və eyni zamanda OpenAI-ya 15-25 milyard dollar arasında investisiya yatırmaq üçün danışıqlar aparır. Masayoshi Son-un OpenAI-ya dəstəyi, SoftBank-ın investisiya şirkəti kimi yenidən dirçəlişini əks etdirir. Bu, holdinqin texnoloji portfelinin dəyərinin düşməsi və uğursuz investisiya layihələri səbəbindən yaşadığı çətinliklərdən sonra baş verir.
    Mənbə: Bloomberg
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    The Beatles qrupu süni zəka sayəsində "Grammy" mükafatını qazanıb
    the-beatles-qrupu-suni-zeka-sayesinde-grammy-mukafatini-qazanib
    OpenAI süni zəka əsaslı cihaz hazırlamağa hədəflənib
    openai-suni-zeka-esasli-cihazi-hazirlamaga-he
    ChatGPT-yə dərin araşdırma funksiyası əlavə edilib
    chatgpt-ye-derin-arasdirma-funksiyasi-elave-edilib
    Süni zəka tərəfindən yaradılmış dərmanların klinik testlərinə bu il start veriləcək
    suni-zeka-terefinden-yaradilmis-dermanlarin-klinik-testlerine-bu-il-start-verilecek
    DeepSeek-in çat-botu bütün dünyada yüklənmə sayına görə birinci yerdədir
    deepseek-in-cat-botu-butun-dunyada-yuklenme-sayina-gore-birinci-yerdedir