main-post-cover

    OpenAI süni zəka əsaslı cihaz hazırlamağa hədəflənib

    Cihazlar+
    04.02.2025
    Emil Nəcəfov
         OpenAI şirkətinin CEO-su Sam AltmanApple şirkətinin keçmiş əfsanəvi dizayneri Jony Ive, istifadəçilərin texnologiya ilə qarşılıqlı əlaqəsini tamamilə dəyişə biləcək bir süni zəka cihazının hazırlanmasına başlayıblar. Ənənəvi smartfonlardan fərqli olaraq, bu yeni cihaz minimum mətn daxil etməyi tələb edəcək və əsasən səsli idarəetməyə istiqamətlənəcək. Məlumata görə, insanlarla kompüterlərin ünsiyyətini köklü şəkildə dəyişdirməyi hədəfləyən bu layihə bir neçə şirkətlə birgə həyata keçiriləcək, lakin hələlik onların adları açıqlanmayıb. Sam Altman bildirib ki, süni zəka kompüterlərlə qarşılıqlı əlaqə üsullarında fundamental dəyişiklik tələb edəcək və gələcəkdə səs, istifadəçi interfeysinin əsas elementi olacaq.
         Yeni cihazın səsli əmrlərə yönəldiləcəyi və gündəlik istifadə üçün daha intuitiv və rahat bir alət olacağı vəd edilir. Qeyd etmək lazımdır ki, bu cür ideyalar daha əvvəl də digər layihələr çərçivəsində reallaşdırılıb. Məsələn, Humane AI Pin Rabbit R1 cihazlar səsli idarəetməni, əlavə olaraq proyektor və ya kompakt ekran kimi funksiyalar da təqdim edirdilər. Lakin bu cihazlar geniş şəkildə yayılmadı. Süni zəka texnologiyasına əsaslanan müxtəlif cihazlar artıq mövcuddur – naqilsiz qulaqlıqlardan tutmuş, boyunbağı və kulon kimi geyilə bilən aksesuarlara qədər. Buna baxmayaraq, OpenAI şirkətinin yeni cihazı tamamilə unikal bir konfiqurasiyaya sahib ola bilər.
         Mütəxəssislərin fikrincə, bu xüsusiyyət onu hazırda bazarda mövcud olan bütün cihazlardan fərqləndirəcək. Bundan əlavə, Sam Altman bildirib ki, şirkət bu cihazın məhsuldarlığını və enerji müstəqilliyini optimallaşdırmaq üçün öz çiplərini hazırlayır. İstehsal müddətinə gəldikdə, hətta prototipin hazırlanmasının bir neçə il çəkəcəyi vurğulanır, buna görə də cihazın kommersiya buraxılışı barədə danışmaq hələ tezdir. Maraqlıdır ki, Sam Altman və Jony Ive arasındakı əməkdaşlıq daha əvvəl başlamışdı. Keçən il The New York Times-a vermiş olduğu müsahibəsində Jony Ive şəxsən bu yeni süni zəka cihazının hazırlanmasında iştirak etdiyini təsdiqləmiş və qeyd etmişdi ki, bu cihaz smartfona bənzəməyəcək. Baxmayaraq ki, dizayn və funksiyalar barədə konkret məlumatlar hələ açıqlanmır, bu detallar layihəyə olan marağı daha da artırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ChatGPT-yə dərin araşdırma funksiyası əlavə edilib
    chatgpt-ye-derin-arasdirma-funksiyasi-elave-edilib
    OpenAI açıq mənbəli koda sahib layihələrə geri dönə bilər
    openai-aciq-menbeli-koda-sahib-layihelere-geri-done-biler
    O3-mini süni zəka modeli ChatGPT-nin bütün istifadəçiləri üçün istifadəyə verilib
    o3-mini-suni-zeka-modeli-chatgpt-nin-butun-istifadecileri-ucun-istifadeye-verilib
    Pentaqon, DeepSeek-i bloklamağa çalışır
    pentaqon-deepseek-i-bloklamaga-calisir
    GPT-4o-nun həm ödənişli həm də pulsuz versiyası daha ağıllı olub
    gpt-4o-nun-hem-odenisli-hem-de-pulsuz-versiyasi-daha-agilli-olub