
Süni zəka tərəfindən yaradılmış dərmanların klinik testlərinə bu il start veriləcək
Süni İntellekt
03.02.2025
Emil Nəcəfov
Google ilə birlikdə Alphabet holdinqinin tərkibinə daxil olan Isomorphic Labs şirkəti süni zəkanın tətbiqi ilə yaradılmış dərmanların klinik sınaqlarına başlamağa hazırlaşır. Şirkətin rəhbəri Demis Hassabis-in sözlərinə əsasən, ilk sınaqların cari ilin sonuna qədər keçirilməsi planlaşdırılır. Bir dərmanın hazırlanması adətən 5 ildən 10 ilə qədər vaxt tələb edir. Hassabis-in sözlərinə əsasən, süni zəkanın istifadəsi bu müddəti 10 dəfə azalda bilər ki, bu da səhiyyə sahəsində inqilabi dəyişiklik olacaq.
2021-ci ildə təsis edilmiş Isomorphic Labs şirkəti artıq dərman hazırlama prosesini sürətləndirmək məqsədilə Eli Lilly və Novartis kimi əczaçılıq nəhəngləri ilə əməkdaşlıq edir. Şirkətin əsas tədqiqat sahələri arasında onkologiya, ürək-damar xəstəlikləri və neyrodegenerativ pozuntular yer alır.

Süni zəkadan istifadə etməklə Isomorphic Labs təkcə dərmanların hazırlanma prosesini sürətləndirmək deyil, həm də yeni preparatların yaradılması ilə bağlı xərcləri azaltmaq niyyətindədir. Gözlənilir ki, şirkətin ilk dərmanları 2025-ci ilin sonuna qədər klinik sınaq mərhələsinə daxil olacaq. Əgər onlar uğurlu olarsa, bu, əczaçılıq sənayesində mühüm dəyişikliklərə və qlobal səhiyyənin yaxşılaşmasına səbəb ola bilər.
Mənbə: Financial Times
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
DeepSeek-in çat-botu bütün dünyada yüklənmə sayına görə birinci yerdədir

DeepSeek-in çat-botu bütün dünyada yüklənmə sayına görə birinci yerdədir
Çin startapı DeepSeek-in süni zəka əsaslı çat-botu 140 ölkədə ən çox yüklənən mobil tətbiqlər siyahısında birinci yerə yüksəlib. Bloomberg-in məlumatına əsasən, sözügedən çat-botun ən yüksək yeni istifadəçi faizi Hindistana aiddir
Microsoft süni zəkanın təsirlərini incələmək üçün yeni şöbə formalaşdırıb

Microsoft süni zəkanın təsirlərini incələmək üçün yeni şöbə formalaşdırıb
Microsoft şirkəti Advanced Planning Unit (APU) adlı yeni şöbəsinin yaradıldığını elan edib. Bu şöbə Microsoft AI şöbəsinin tərkib hissəsi olacaq və şirkətə süni zəkanın sosial, tibbi və əmək bazarına təsirlərini anlamaqda kömək edəcək.
OpenAI açıq mənbəli koda sahib layihələrə geri dönə bilər

OpenAI açıq mənbəli koda sahib layihələrə geri dönə bilər
Bir neçə yeni məhsulu təqdim etdikdən sonra OpenAI şirkətinin mühəndisləri və rəhbərliyi, o cümlədən CEO-su Sam Altman, Reddit platformasında bir neçə sualı cavablandırıblar. Şirkət rəhbəri OpenAI şirkətinin açıq mənbəli koda sahib layihələrə yanaşmasını yenidən nəzərdən keçirməyə hazır olduğunu bildirib.
O3-mini süni zəka modeli ChatGPT-nin bütün istifadəçiləri üçün istifadəyə verilib

O3-mini süni zəka modeli ChatGPT-nin bütün istifadəçiləri üçün istifadəyə verilib
OpenAI şirkətinin CEO-su Sam Altman 2 həftə bundan öncə yeni nəsil böyük dil modeli o3 mini-nin məntiq yürütmə qabiliyyətinə malik olacağını və bir neçə həftə ərzində istifadəyə veriləcəyini vəd etmişdi. Və sözünə əməl etdi – OpenAI o3-mini-ni həm ChatGPT-də, həm də API xidmətlərində istifadəyə buraxdı.
Avropa Birliyi “qəbuledilməz risk” yaradan süni zəka sistemlərini tamamilə qadağan edib

Avropa Birliyi “qəbuledilməz risk” yaradan süni zəka sistemlərini tamamilə qadağan edib
Avropa Birliyi ölkələrində “Süni Zəka Qanunu”nun (AI Act) ilk tələbləri qüvvəyə minib. Bu, süni zəkanın istifadəsini tənzimləyən irimiqyaslı qanundur. Bu qanun 2024-cü ilin mart ayında Avropa Parlamenti tərəfindən təsdiqlənib və cəmiyyət üçün “qəbuledilməz risk” yaradan süni zəka sistemlərini qadağan edir.
Həftənin xəbərləri

