main-post-cover

    DeepSeek-in çat-botu bütün dünyada yüklənmə sayına görə birinci yerdədir

    Proqram Təminatı
    03.02.2025
    Emil Nəcəfov
         Çin startapı DeepSeek-in süni zəka əsaslı çat-botu 140 ölkədə ən çox yüklənən mobil tətbiqlər siyahısında birinci yerə yüksəlib. Bloomberg-in məlumatına əsasən, sözügedən çat-botun ən yüksək yeni istifadəçi faizi Hindistana aiddir. Çindəki kənar tətbiq mağazalarını hesaba almayan Appfigures analitik xidmətinin məlumatlarına əsasən 26 yanvar tarixində AI Assistant, Apple App Store mağazasında birinci yerə yüksəlib və o vaxtdan bəri qlobal liderliyini qoruyur.
         Hindistan isə tətbiqin buraxılışından etibarən bütün platformalarda yükləmələrin 15.6%-ni təşkil edib. Sensor Tower araşdırmasına əsasən, AI Assistant tətbiqi həmçinin ABŞ-da Google şirkətinin Play Store mağazasında birinci yeri tutur və bu mövqeyini 28 yanvardan etibarən qoruyur. Sensor Tower şirkətinin məlumatına görə, DeepSeek startapının tətbiqi istifadəyə verildiyi ilk 18 gündə 16 milyon dəfə yüklənilib.
         Bu rəqəm, OpenAI şirkətinin ChatGPT tətbiqinin eyni müddətdə əldə etdiyi 9 milyon yükləmədən demək olar ki, iki dəfə çoxdur. Bununla belə, ChatGPT-nin istifadəçi sayı AI Assistant-ın auditoriyasından xeyli üstündür. AI Assistant-ın gələcək inkişafında isə çətinliklər yarana bilər. Belə ki, hökumətlər və şirkətlər onun kibertəhlükəsizliklə bağlı mümkün risklərindən narahatdırlar. Bloomberg News-un keçən həftə yaymış olduğu məlumata əsasən, yüzlərlə şirkət və hökumət DeepSeek-i ehtiyat tədbiri olaraq bloklayıb.
    Mənbə: Bloomberg
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Microsoft süni zəkanın təsirlərini incələmək üçün yeni şöbə formalaşdırıb
    microsoft-suni-zekanin-tesirlerini-incelemek-ucun-yeni-sobe-formalasdirib
    OpenAI açıq mənbəli koda sahib layihələrə geri dönə bilər
    openai-aciq-menbeli-koda-sahib-layihelere-geri-done-biler
    O3-mini süni zəka modeli ChatGPT-nin bütün istifadəçiləri üçün istifadəyə verilib
    o3-mini-suni-zeka-modeli-chatgpt-nin-butun-istifadecileri-ucun-istifadeye-verilib
    DeepSeek Tayvanın dövlət qurumlarında qadağan edilib
    deepseek-tayvanin-dovlet-qurumlarinda-qadagan-edilib
    Avropa Birliyi “qəbuledilməz risk” yaradan süni zəka sistemlərini tamamilə qadağan edib
    avropa-birliyi-qebuledilmez-risk-yaradan-suni-zeka-sistemlerini-tamamile-qadagan-edib