main-post-cover

    The Beatles qrupu süni zəka sayəsində "Grammy" mükafatını qazanıb

    Süni İntellekt
    04.02.2025
    Emil Nəcəfov
         Bu həftə Los-Ancelesdə növbəti "Grammy" mükafatlandırma mərasimi keçirildi. Əfsanəvi The Beatles qrupu öz tarixində səkkizinci dəfə bu mükafata layiq görülərək, "Now and Then" mahnısı ilə ən yaxşı rok ifaçısı seçildi. Bu mahnı süni zəkanın köməyi ilə bərpa edilib. "Now and Then" mahnısı 2023-cü ilin sonunda ictimaiyyətə təqdim olunmuşdu. Lakin onun tarixi bir neçə onillik əvvəl başlayıb. The Beatles qrupupunun mərhum üzvü John Lennon bu mahnının demo versiyasını 70-ci illərin sonunda yazmışdı.
         Daha sonra bu səs yazısı digər bir neçə treklə birlikdə The Beatles Anthology layihəsinə daxil edilməsi üçün qrupun digər üzvlərinə təhvil verildi. Lakin o dövrdəki texniki məhdudiyyətlər Lennon-un vokalını piano səslərindən ayırmağa imkan vermədiyi üçün mahnının tamamlanması mümkün olmadı. Mahnının üzərindəki iş 2021-ci ildə The Beatles qrupunun digər üzvləri Paul McCartney Ringo Starr tərəfindən, rejissor Peter Jackson-un texniki mütəxəssisləri ilə birlikdə tamamlandı.
         Mühəndislər machine learning texnologiyasından istifadə edərək xüsusi bir alqoritm yaratdılar. Bu da səs yazısının fərqli hissələrini bir-birindən ayırmağa və səslənməni daha təmiz etməyə imkan verdi. Qeyd olunur ki, trekin hazırlanması zamanı heç bir süni element yaradılmayıb. Bununla bağlı Paul McCartney 2023-cü ildə bəyan etmişdi ki, süni zəka yalnız mövcud materialı emal etmək üçün istifadə edilib, lakin heç bir süni vokal və ya əlavə səs yaradılmayıb.
    Mənbə: The Verge
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni zəka tərəfindən yaradılmış dərmanların klinik testlərinə bu il start veriləcək
    suni-zeka-terefinden-yaradilmis-dermanlarin-klinik-testlerine-bu-il-start-verilecek
    DeepSeek-in çat-botu bütün dünyada yüklənmə sayına görə birinci yerdədir
    deepseek-in-cat-botu-butun-dunyada-yuklenme-sayina-gore-birinci-yerdedir
    Microsoft süni zəkanın təsirlərini incələmək üçün yeni şöbə formalaşdırıb
    microsoft-suni-zekanin-tesirlerini-incelemek-ucun-yeni-sobe-formalasdirib
    OpenAI açıq mənbəli koda sahib layihələrə geri dönə bilər
    openai-aciq-menbeli-koda-sahib-layihelere-geri-done-biler
    O3-mini süni zəka modeli ChatGPT-nin bütün istifadəçiləri üçün istifadəyə verilib
    o3-mini-suni-zeka-modeli-chatgpt-nin-butun-istifadecileri-ucun-istifadeye-verilib