
Meta superzəkanın yaradılması üçün xüsusi laboratoriyasını formalaşdırıb
Süni İntellekt
02.07.2025
Emil Nəcəfov
Meta şirkətinin rəhbəri Mark Zuckerberg süni zəkanın növbəti nəslinin inkişafı ilə məşğul olacaq yeni bölmə - Superintelligence Labs-ın (MSL) yaradıldığını elan edib. Bu laboratoriyaya Scale AI şirkətinin keçmiş baş direktoru Alexandr Wang və GitHub-un sabiq rəhbəri Nat Friedman rəhbərlik edəcəklər. Yeni struktur əsas süni zəka modelləri üzərində çalışan komandaları - o cümlədən açıq platforma olan Llama, Meta-nın məhsulları və Fundamental AI Research (FAIR) layihələrini - birləşdirəcək. Bildirilir ki, Meta OpenAI və Google ilə rəqabət fonunda süni zəka komandalarını fəal şəkildə gücləndirməyə davam edir. İyun ayında şirkət Alexandr Wang və onun həmkarlarını işə götürüb, Scale AI-yə isə 14.3 milyard dollar investisiya yatırıb.

Layihəyə həmçinin daha əvvəl OpenAI-nin həmtəsisçisi Ilya Sutskever tərəfindən yaradılmış Safe Superintelligence startapına rəhbərlik etmiş Nat Friedman və onun tərəfdaşı Daniel Gross da qoşulublar. Meta həmin startapı almağa cəhd etsə də, rədd cavabı alıb. Zuckerberg çıxışında qeyd edib ki, Meta superzəka yaratmaq sahəsində lider olmağa çalışır və bu, bəşəriyyət üçün yeni bir dövrün başlanğıcı olacaq. Wang və Friedman-la yanaşı, komandaya GPT-4o və Gemini layihələrinin aparıcı tərtibatçıları da daxil olublar.

Onların arasında GPT-4o-nun səs rejiminin yaradıcıları, şəkil generasiya arxitekturası üzrə mühəndislər və neyron şəbəkələrin öyrədilməsi üzrə mütəxəssislər də yer alırlar. Bildirilib ki, şirkət Llama 4.1 və 4.2 modellərinin inkişafını davam etdirəcək. Bu modellər artıq Meta-nın 1 milyarddan çox istifadəçisi olan məhsullarında tətbiq olunur. Eyni zamanda, növbəti nəsil süni zəka modelləri üzərində də iş başlayacaq. Zuckerberg vurğulayıb ki, Meta süni zəkanı geniş miqyasda tətbiq etmək üçün unikal resurslara malikdir. Bunlara hesablayıcı güc və geniş istifadəçi bazası üçün məhsullar yaratmaq təcrübəsi daxildir. O həmçinin əminliyini ifadə edib ki, istedadlı mütəxəssislərin axını hər bir istifadəçi üçün fərdi superzəkanın daha sürətli inkişafına imkan verəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google DeepMind "Minilliyin 7 Problemi"ndən birinin həllinə çox yaxındır

Google DeepMind "Minilliyin 7 Problemi"ndən birinin həllinə çox yaxındır
Riyaziyyatçı Javier Gomez Serrano Navye-Stoks tənliyini həll etməyə çalışmaq üçün Google DeepMind-ın alimlər komandasında yer alıb. Bu tənlik, Kley Riyaziyyat İnstitutunun həllinə görə şöhrət və 1 milyon dollar mükafat vəd etdiyi "Minilliyin 7 Problemi"ndən biridir.
Süni zəka modellərinin ən çox sevdikləri ədəd təyin edilib

Süni zəka modellərinin ən çox sevdikləri ədəd təyin edilib
1-dən 50-yə qədər bir ədədi təxmin etməklə bağlı verilən tapşırığa cavab olaraq, ən məşhur süni zəka modelləri - o cümlədən OpenAI ChatGPT, Anthropic Claude Sonnet 4, Google Gemini 2.5 Flash və Meta Llama 4 - eyni cavabı veriblər: 27.
Microsoft diaqnozları həkimlərdən 4 dəfə daha dəqiq təyin edən süni zəkanı test edib

Microsoft diaqnozları həkimlərdən 4 dəfə daha dəqiq təyin edən süni zəkanı test edib
Microsoft şirkəti həkimlərə sadəcə yardım etməklə kifayətlənməyən, həm də onları əvəz edə bilən süni zəka əsaslı diaqnostika sistemi hazırlayıb. Bu sistem çətin tibbi hallarla həkimlərdən 4 dəfə daha uğurla mübarizə aparır.
Süni zəka idarə etdiyi mağaza biznesini xaosa çevirib

Süni zəka idarə etdiyi mağaza biznesini xaosa çevirib
Təsəvvür edin: siz süni zəkaya mağazanı tam idarəetmə imkanı verirsiniz - yalnız kassanı deyil, həm də qiymət siyasətini, ehtiyatların idarəsini, müştəri xidmətini və təchizatçılarla danışıqları. Nə səhv gedə bilər ki? Anthropic şirkətinin yeni araşdırması cavab verir: demək olar ki, hər şey.
Çin süni zəka alqoritmləri sahəsində ABŞ-la arasındakı fərqi sürətlə azaldır

Çin süni zəka alqoritmləri sahəsində ABŞ-la arasındakı fərqi sürətlə azaldır
Çin süni zəka sahəsində ABŞ-la arasındakı fərqi sürətlə azaldır, baxmayaraq ki, qabaqcıl süni zəka modellərinin təlimi üçün güclü çiplərin çatışmazlığı hələ də davam edir.
Həftənin xəbərləri

