meta platforms
Filterlə
Metakainatın uğursuzluğundan sonra Zuckerberg növbəti innovasiyanı vəd edir
Bu həftə Meta-nın rəhbəri Mark Zuckerberg daxili xidməti qeyddə yaxın gələcəyə dair baxışını bölüşüb. O bildirib ki, hər kəs üçün fərdi süperzəka insanlıq üçün yeni dövrün başlanğıcı olacaq. Bu, ilhamverici səslənsə də, cəmi 4 il əvvəl o, oxşar sözləri metakainat konsepsiyası haqqında da demişdi - lakin həmin ideya uğursuzluqla nəticələndi.
Meta süni zəka botlarına birinci yazmağı və özlərini xatırlatmağı öyrədib
Meta şirkəti fərdiləşdirilə bilən çat-botları istifadəçilərlə uzunmüddətli ünsiyyətdə daha təşəbbüskar olmağa öyrədir. Bu çat-botlar istifadəçi tərəfindən sorğu gəlmədən, əvvəlki söhbətləri xatırlatmalı və ünsiyyəti davam etdirməyi təklif etməlidirlər.
OpenAI mütəxəssislərinin Meta-ya necə cəlb olunduqları məlum olub
Meta süni zəka sahəsində istedadlı kadrları cəlb etmək üçün misilsiz bir kampaniya aparır. Şirkət OpenAI əməkdaşlarına 4 il üçün 300 milyon dollara qədər kompensasiya paketləri təklif edir, bunun 100 milyon dollardan çoxu ilk il üçün nəzərdə tutulub.
Sam Altman Meta-nın OpenAI mütəxəssislərini özünə cəlb etməsindən şikayətlənib
OpenAI-nin baş direktoru Sam Altman Meta rəhbəri Mark Zuckerberg-i süni zəka sahəsində istedadlı kadrları öz tərəfinə çəkməkdə sərt şəkildə tənqid edib. Onun fikrincə, Meta-nın bu davranışları gələcəkdə ciddi mədəniyyət problemlərinə yol aça bilər.
Meta superzəkanın yaradılması üçün xüsusi laboratoriyasını formalaşdırıb
Meta şirkətinin rəhbəri Mark Zuckerberg süni zəkanın növbəti nəslinin inkişafı ilə məşğul olacaq yeni bölmə - Superintelligence Labs-ın (MSL) yaradıldığını elan edib.
ABŞ Konqresi əməkdaşlarına WhatsApp-dan istifadə qadağan edilib
ABŞ Nümayəndələr Palatası əməkdaşlarına xidməti cihazlarda WhatsApp messencerindən istifadə etməyi qadağan edib. Bu qərar kibertəhlükəsizlik üzrə mütəxəssislər tərəfindən aparılmış risk qiymətləndirməsindən sonra qəbul edilib.
Meta idmançılar üçün ağıllı eynəyini təqdim edib (VİDEO) - QİYMƏTİ
Meta şirkəti tanınmış idman eynəkləri istehsalçısı Oakley ilə tərəfdaşlıq çərçivəsində HSTN adlı ağıllı eynəyini təqdim edib. Meta-nın Ray-Ban eynəklərində olduğu kimi, bu yenilik də ön kamera, eləcə də çərçivəyə inteqrasiya olunmuş səsgücləndiricilər və mikrofonlarla təchiz olunub.
Facebook hesabına şifrəsiz daxil olmaq mümkün olacaq
Facebook Passkey (giriş açarı) texnologiyası ilə avtorizasiya dəstəyini tətbiq etməyə başlayıb. Bu o deməkdir ki, istifadəçilər artıq ənənəvi şifrələrdən imtina edib, barmaq izi və ya üz tanıma kimi daha etibarlı identifikasiya üsulunu seçə biləcəklər.
Həftənin xəbərləri

