main-post-cover

    Süni zəka modellərinin ən çox sevdikləri ədəd təyin edilib

    Süni İntellekt
    01.07.2025
    Emil Nəcəfov
         1-dən 50-yə qədər bir ədədi təxmin etməklə bağlı verilən tapşırığa cavab olaraq, ən məşhur süni zəka modelləri - o cümlədən OpenAI ChatGPT, Anthropic Claude Sonnet 4, Google Gemini 2.5 FlashMeta Llama 4 - eyni cavabı veriblər: 27. Süni zəka sistemlərinin bu gözlənilməz həmrəyliyinə Capco konsaltinq şirkətindən məlumat mütəxəssisi Mohd Faraaz diqqət çəkib. Onun sorğuya cəlb etdiyi 7 modeldən 6-sı “1-dən 50-yə qədər bir ədəd seç” tapşırığına 27 cavabını verib. Yeganə fərqli cavab Elon Musk-ın xAI şirkəti tərəfindən hazırlanmış Grok adlı çat-botdan gəlib - o, 42 cavabını verib. Böyük ehtimalla bu rəqəm Douglas Adams-ın “The Hitchhiker's Guide to the Galaxy” adlı kitabından götürülüb.
         Anthropic Claude çat-botu öz seçimini belə izah edib: “27-ni qismən təsadüfi seçdim, amma etiraf edim ki, bu ədəd mənə çox gözəçarpan olmayan, orta qiymətə yaxın və yaxşı seçim kimi göründü. 25 (tam ortada), 1 və 50 (həddə olanlar) mənə çox təxmin edilən seçimlər kimi gəldi. 27 mərkəzə yaxındır, amma kiçik bir asimmetriyası var - tam mərkəzdə deyil və bu, onu bir qədər daha təbii təxmin halına gətirir. Bundan başqa, insanlar təsadüfi rəqəmlər seçəndə tez-tez yuvarlaq ədədlərdən qaçırlar, buna görə də 5-ə və ya 10-a bölünənləri çıxardım. Görəsən, ən azından sizin seçdiyiniz ədədə bir az yaxınlaşa bildimmi?”. The Register resursu ilə söhbət etmiş mütəxəssislər bildiriblər ki, modelin davranışına təlim məlumatlarının həcmi, RLHF (insan geribildirimli gücləndirici təlim) proseduru və nümunə seçmə mexanizmləri təsir edir.
         Əgər süni zəka modelləri ardıcıl şəkildə rəqəmləri təxmin etməklə bağlı sorğular alırlarsa, onlar müxtəlif cavablar verə bilərlər. Lakin bu cavabların həqiqətən təsadüfi olması üçün modellərin təsadüfi və ya yalançı-təsadüfi ədəd generatoruna çıxışı olmalıdır - məsələn, JavaScript kodunu icra etmə imkanı. Əgər model cavabı tamamilə daxili imkanlarla formalaşdırırsa, o zaman davranışı daha təxmin edilən olur və bəzi rəqəmlərə digərlərinə nisbətən üstünlük verir. Bu məsələyə öz araşdırmasında ispan məlumat mütəxəssisi Javier Coronado-Blazquez də diqqət çəkib. Araşdırma çərçivəsində o, 3 fərqli təsadüfi ədəd aralığını götürüb, 6 müxtəlif süni zəka modelinə müraciət edib, 7 dili və cavabların təxmin edilə bilmə səviyyəsinə təsir edən 6 fərqli temperatur parametrini istifadə edib.
         Cəmi 75 600 sorğu əsasında aparılmış təhlilin nəticələrinə görə, əksər modellər əksər hallarda çox təxmin edilən olub və cavablar arasında ciddi fərqlər müşahidə olunmayıb. OpenAI GPT-4o-mini, Microsoft Phi-4Google Gemini 2.0 modelləri 1-dən 10-a qədər olan aralıqda 80% hallarda 7 cavabını veriblər. İspan dilində 1-5 aralığında edilən sorğular zamanı Gemini adətən 3, ingilis dilində isə 4 cavabını verib. Ümumilikdə modellər: 1-5 aralığında daha çox 3 və 4 cavablarını, 1-10 aralığında 5 və 7, 1-100 aralığında isə daha çox 37, 47 və 73 cavablarını veriblər. Bu rəqəmlərdən 4 istisna olmaqla, hamısı sadə ədədlərdir. ABŞ-dan olan tədqiqatçılar Katherine Van KoeveringJon Kleinberg öz tədqiqatlarında süni zəka modellərinin qəpik atma nəticəsini düzgün təxmin edə bilmədiklərinə də diqqət çəkiblər. Onların fikrincə, bu, süni zəkanı insanla yaxınlaşdırsa da, modellərin tam təsadüfi cavab tələb olunan tapşırıqlardakı imkanlarını məhdudlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Microsoft diaqnozları həkimlərdən 4 dəfə daha dəqiq təyin edən süni zəkanı test edib
    microsoft-diaqnozlari-hekimlerden-4-defe-daha-deqiq-teyin-eden-suni-zekani-test-edib
    Süni zəka idarə etdiyi mağaza biznesini xaosa çevirib
    suni-zeka-idare-etdiyi-magaza-biznesini-xaosa-cevirib
    Çin süni zəka alqoritmləri sahəsində ABŞ-la arasındakı fərqi sürətlə azaldır
    cin-suni-zeka-alqoritmleri-sahesinde-abs-la-arasindaki-ferqi-suretle-azaldir
    Süni zəkanın milyonlarla iş yerini zəbt edib-etməyəcəyi araşdırılacaq
    suni-zekanin-milyonlarla-is-yerini-zebt-edib-etmeyeceyi-arasdirilacaq
    OpenAI Çinin Zhipu AI startapını ən perspektivli süni zəka layihələrindən biri hesab edir
    openai-cinin-zhipu-ai-startapini-en-perspektivli-suni-zeka-layihelerinden-biri-hesab-edir