main-post-cover

    Çin süni zəka alqoritmləri sahəsində ABŞ-la arasındakı fərqi sürətlə azaldır

    Süni İntellekt
    01.07.2025
    Emil Nəcəfov
         Çin süni zəka sahəsində ABŞ-la arasındakı fərqi sürətlə azaldır, baxmayaraq ki, qabaqcıl süni zəka modellərinin təlimi üçün güclü çiplərin çatışmazlığı hələ də davam edir. Microsoft şirkətində süni zəka sahəsinin keçmiş rəhbəri Harry Shum-un sözlərinə görə, Çin artıq alqoritmlərin işlənməsi sahəsində ciddi irəliləyiş nümayiş etdirir və minimal resurslarla qlobal səviyyəyə çatmağa qadirdir. Bunu daha əvvəl Çin startapı DeepSeek sübut etmişdi. Honkonq Universitetinin Biznes Məktəbi tərəfindən təşkil olunmuş iqtisadi sammitdə Harry Shum bildirib ki, qlobal süni zəka yarışında 3 əsas sahə həlledici rol oynayır: çiplər, alqoritmlər və tətbiqlər.
         Onun sözlərinə görə, ABŞ hələ də mikroçip sahəsində özünəinamla liderliyini qoruyur, lakin Çin alqoritmlərin hazırlanması üzrə fərqi sürətlə qapatmaqdadır. O, əlavə edib ki, yarımkeçiricilərin istehsalında olan fərqi 1-2 il ərzində aradan qaldırmaq mümkün deyil - Çinin materik hissəsində də, Honkonqda da yerli şirkətlərin hələ də kifayət qədər hesablama gücü yoxdur. Mövcud şəraitdə, Shum-un fikrincə, Çin diqqətini alqoritmlərin inkişafına yönəltməlidir, çünki bu sahədə ölkə artıq təsirli nəticələr göstərir. O buna misal olaraq Çin startapı DeepSeek-i göstərib və qeyd edib ki, bu şirkət ABŞ şirkətləri ilə müqayisə oluna biləcək uğurlar əldə edib, amma onlardan onlarla dəfə az avadanlıqdan istifadə edib.
         “DeepSeek alqoritmlər sahəsində Çinin fərqi necə bağladığının yaxşı nümunəsidir. Onlar təxminən 10 000 çip istifadə edərək qlobal səviyyəli nəticələr əldə ediblər. Müqayisə üçün, OpenAI Google bu cür modellər üçün 100 minlərlə çipdən istifadə edirlər” - deyə Shum izah edib. Çinin yeni texnoloji mərkəzi olan Xanjo şəhərində yerləşən DeepSeek startapı artıq beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyi bacarıb. 2025-ci ilin əvvəlində şirkət keyfiyyət və imkanlarına görə aparıcı Qərb süni zəka sistemləri ilə müqayisə edilə bilən iki böyük dil modeli təqdim edib. Lakin bu modellər xeyli daha az xərc hesabına hazırlanıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni zəkanın milyonlarla iş yerini zəbt edib-etməyəcəyi araşdırılacaq
    suni-zekanin-milyonlarla-is-yerini-zebt-edib-etmeyeceyi-arasdirilacaq
    OpenAI Çinin Zhipu AI startapını ən perspektivli süni zəka layihələrindən biri hesab edir
    openai-cinin-zhipu-ai-startapini-en-perspektivli-suni-zeka-layihelerinden-biri-hesab-edir
    Microsoft menecerləri üçün süni zəkadan istifadə məcburi hal alıb
    microsoft-menecerleri-ucun-suni-zekadan-istifade-mecburi-hal-alib
    Alibaba 6 ay öncədən mədə xərçəngini təyin edən süni zəkanı təqdim edib
    alibaba-6-ay-onceden-mede-xercengini-teyin-eden-suni-zekani-teqdim-edib
    Dünyada süni zəkadan asılılıq epidemiyası yayılır
    dunyada-suni-zekadan-asililiq-epidemiyasi-yayilir