
Alibaba 6 ay öncədən mədə xərçəngini təyin edən süni zəkanı təqdim edib
Süni İntellekt
30.06.2025
Emil Nəcəfov
Alibaba Group mədə xərçəngini adi kompüter tomoqrafiyası vasitəsilə aşkarlaya bilən Grape adlı süni zəka modelini hazırlayıb. Sistem üçölçülü KT görüntülərini analiz edir və mütəxəssislər tərəfindən çox vaxt görünməyən ən kiçik anomaliyaları belə tanıya bilir. 100 000 nəfərin iştirak etdiyi klinik sınaqlarda Grape modeli 85.1% həssaslıq və 96.8% spesifiklik göstərib. Məsələn, model rentgenoloqların diaqnozundan 6 ay əvvəl şişi aşkarlayıb. Ənənəvi screening metodlarından fərqli olaraq, boğazdan kamera yeridilməsini tələb edən üsullar əvəzinə, Grape sistemi mədə xərçəngi əlamətlərini aşkar etmək üçün üçölçülü KT görüntülərini təhlil edir. Bu isə çox təhlükəli olan və çox vaxt yalnız gec mərhələdə müəyyən edilən xəstəliyin erkən aşkarlanmasına kömək edir. Uzun müddət adi KT görüntüləri mədə kimi boş orqanların araşdırılması üçün yararsız sayılırdı.

Bunun səbəbi bu orqanların hərəkətli anatomiyası və erkən yoluxmaların çətin aşkarlanması idi. Lakin Grape texnologiyası bu problemi həll edir. Tədqiqat qrupu mədə xərçəngi ilə bağlı dünyanın ən böyük KT görüntüləri bazasını yaradıb. Bu, süni zəkanın, hətta təcrübəli radioloqların da gözündən yayınan incə nümunə və dəyişiklikləri tanımağı öyrənməsinə imkan verib. Klinik sınaqlarda Grape həkimləri xeyli üstələyib. Model 85.1% həssaslıq və 96.8% spesifiklik göstərib. Bu o deməkdir ki, model təkcə daha çox xərçəng halını aşkar etməklə kifayətlənməyib, həm də yalnış pozitiv nəticələrin sayını azaldıb. Məsələn, Grape bir pasientdə mədə xərçəngini rentgenoloqların aşkarlamasından 6 ay əvvəl, artıq gec mərhələdə müəyyən edib. Mədə xərçəngi dünyada onkoloji səbəblərdən ölüm hallarının yayılmasına görə dördüncü yerdədir. Bu xəstəliyi erkən mərhələdə aşkar etmək isə son dərəcə çətindir, çünki simptomlar adətən yalnız xəstəlik irəlilədikdə üzə çıxır.

Bundan əlavə, bir çox pasient dəqiq diaqnoz üçün vacib olan endoskopiya kimi narahatedici və invaziv prosedura razılıq verməkdə tərəddüd edir. Məhz bu səbəbdən, KT-yə əsaslanan qeyri-invaziv yanaşma təklif edən Grape bu ciddi maneəni aradan qaldırmaq və diaqnostikanı daha əlçatan etmək məqsədi daşıyır. Grape modeli Çinin bəzi əyalətlərində tətbiq olunmağa hazırlanır. Bu layihə, Alibaba-nın başqa bir süni zəka aləti olan və mədəaltı vəzi xərçənginin aşkarlanması üçün istifadə edilən Damo Panda sisteminin davamı sayılır. 2023-cü ildə Damo Panda ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) tərəfindən “inqilabi cihaz” statusu alıb. Alibaba həmçinin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edir ki, Damo Panda sistemini tibbi xidmətlərə məhdud çıxışı olan bölgələrdə tətbiq etsin. Bu tərəfdaşlığın məqsədi xərçəngin erkən aşkarlanmasını yaxşılaşdırmaq və səhiyyə sahəsindəki bərabərsizliyi azaltmaqdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dünyada süni zəkadan asılılıq epidemiyası yayılır

Dünyada süni zəkadan asılılıq epidemiyası yayılır
Son illərdə generativ süni zəkanın və çat-botların sürətlə inkişafı fonunda insanlarda yeni bir asılılıq forması yaranıb. Minlərlə istifadəçi süni zəka botları ilə ünsiyyətə alışıb və bu fəaliyyətə gün ərzində saatlarla vaxt sərf edərək faktiki olaraq reallıqdan uzaqlaşırlar.
Süni zəka infrastrukturunun əlçatan olmaması rəqəmsal, iqtisadi və siyasi bərabərsizliyi daha da dərinləşdirəcək

Süni zəka infrastrukturunun əlçatan olmaması rəqəmsal, iqtisadi və siyasi bərabərsizliyi daha da dərinləşdirəcək
Süni zəka qlobal innovasiyaların əsasına çevrilir, buna görə də ölkələrin inkişafı üçün təkcə istedad və ideyalar kifayət etmir. Süni zəka ilə işləmək üçün lazımi avadanlığın olması da vacibdir. Oksford Universiteti alimlərinin araşdırmasına görə, dünyada cəmi təxminən 30 ölkə ixtisaslaşdırılmış süni zəka əsaslı məlumat emalı mərkəzlərinə malikdir
Google robotlar üçün internetsiz çalışa bilən süni zəka modelini təqdim edib

Google robotlar üçün internetsiz çalışa bilən süni zəka modelini təqdim edib
Google DeepMind internetə qoşulmadan işləyə bilən robotlar üçün Gemini Robotics adlı süni zəka modelinin yeni versiyasını təqdim edib. Yeni versiya Gemini Robotics On-Device adlanır. Bu, "görmə - dil - hərəkət" (VLA) tipli modeldir və mart ayında təqdim olunmuş versiya ilə eyni imkanlara malikdir.
Süni zəkanın düşüncə prosesini izləməyə imkan verən üsul hazırlanıb

Süni zəkanın düşüncə prosesini izləməyə imkan verən üsul hazırlanıb
Süni zəka sahəsində lider olan Anthropic, Google, OpenAI və xAI şirkətləri “düşüncə zənciri” (chains of thought) adlanan bir üsul hazırlayıblar. Bu üsul süni zəka modellərinin sorğuya cavab yaradarkən düşünmə prosesini addım-addım izləməyə imkan verir.
Çin süni zəka sahəsində yüzlərlə innovasiya söz verib

Çin süni zəka sahəsində yüzlərlə innovasiya söz verib
Çin hakimiyyəti süni zəka sahəsində milli infrastrukturun inkişafına olduqca ciddi diqqət yetirir. Buna görə də bazar iştirakçıları qarşısında növbəti 18 ay ərzində DeepSeek-in təqdimatı ilə müqayisə oluna biləcək təsirə malik yüzdən çox texnoloji sıçrayış həyata keçirmək vəzifəsi qoyulub.
Həftənin xəbərləri

