main-post-cover

    Çin süni zəka sahəsində yüzlərlə innovasiya söz verib

    Süni İntellekt
    24.06.2025
    Emil Nəcəfov
         Çin hakimiyyəti süni zəka sahəsində milli infrastrukturun inkişafına olduqca ciddi diqqət yetirir. Buna görə də bazar iştirakçıları qarşısında növbəti 18 ay ərzində DeepSeek-in təqdimatı ilə müqayisə oluna biləcək təsirə malik yüzdən çox texnoloji sıçrayış həyata keçirmək vəzifəsi qoyulub. Bloomberg-in məlumatına görə, bu barədə Tyançzin Beynəlxalq İqtisadi Forumunda Çin Xalq Bankının sabiq sədr müavini Zhu Min bəyan edib. Onun sözlərinə görə, bu cür irəliləyiş bütün Çin iqtisadiyyatının təbiətini və texniki əsasını fundamental şəkildə dəyişə bilər.
         Zhu Min hesab edir ki, belə uğuru təmin edən əsas amillər Çin mühəndislərinin istedadı, geniş istifadəçi bazası və dövlətin güclü dəstəyidir. Xatırladaq ki, bu ilin yanvarında DeepSeek-in qlobal bazarda peyda olması bir çox siyasətçini və sənaye üzrə ekspertləri şoka saldı. Çünki ehtimal olunur ki, daha az xərclə hazırlanıb təlimləndirilmiş bu böyük dil modeli, sürət baxımından ən yaxşı Qərb nümunələri ilə müqayisə oluna biləcək səviyyədə nəticələr göstərib. Bloomberg-in məlumatına görə, ötən ilin yekunlarına əsasən, Çində yüksək texnologiyalı sahələrin ÜDM-dəki payı 14%-dən 15%-ə yüksəlib və gələcəkdə bu göstəricinin 18%-i keçəcəyi proqnozlaşdırılır.
         Çin Xalq Bankının sabiq sədr müavininin sözlərinə görə, bu il gömrük tariflərinin dünya iqtisadiyyatına təsiri texnologiya sahəsində məhsul tədarükünün ləngiməsi və investisiya səviyyəsinin azalması ilə özünü göstərəcək. Çin rəsmisinin fikrincə, ABŞ-da artıq avqust ayından etibarən inflyasiya artımı sürətlənə bilər. Çində isə ikinci rübün yekunlarına əsasən ÜDM-in 5%-dən çox artacağı gözlənilir. Ekspertlər bununla yanaşı, ölkə daxilində istehlakın stimullaşdırılmasının vacibliyini vurğulayırlar, çünki artan məhsul ehtiyatlarını sonsuz dərəcədə ixraca yönəltmək mümkün olmayacaq.
    Mənbə: Bloomberg
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çinin MiniMax şirkəti aşağı qiymətə başa gəlmiş M1 süni zəka modelini təqdim edib
    cinin-minimax-sirketi-asagi-qiymete-basa-gelmis-m1-suni-zeka-modelini-teqdim-edib
    Öz məqsədləri üçün süni zəka modelləri aldatma, şantaj və hiyləgərliyə əl atacaqlar
    oz-meqsedleri-ucun-suni-zeka-modelleri-aldatma-santaj-ve
    OpenAI süni zəka modellərinin nüvə silahı yaradacaqlarından narahatdır
    openai-suni-zeka-modellerinin-nuve-silahi-yaradacaqlarindan-narahatdir
    Süni zəka onlayn KİV-lərə əsl təhlükə mənbəyidir
    suni-zeka-onlayn-kiv-lere-esl-tehluke-menbeyidir
    Süni zəka inanılmaz dərəcədə böyük həcmdə enerji sərf edir
    suni-zeka-inanilmaz-derecede-boyuk-hecmde-enerji-serf-edir