
Dünyada süni zəkadan asılılıq epidemiyası yayılır
Süni İntellekt
30.06.2025
Emil Nəcəfov
Son illərdə generativ süni zəkanın və çat-botların sürətlə inkişafı fonunda insanlarda yeni bir asılılıq forması yaranıb. Minlərlə istifadəçi süni zəka botları ilə ünsiyyətə alışıb və bu fəaliyyətə gün ərzində saatlarla vaxt sərf edərək faktiki olaraq reallıqdan uzaqlaşırlar. Bu asılılıqla mübarizə üçün anonim icmalar yaradılıb - virtual həmsöhbətlərə bağlılıqdan qurtulmaq istəyənlər üçün dəstək qrupları fəaliyyət göstərir. Adi bir məktəbli olan Nathan üçün hər şey zərərsiz bir maraqla başlamışdı. Character.AI platformasında botlarla söhbət etmək tez zamanda onun gündəlik vərdişinə çevrildi: fəlsəfə, sevdiyi anime janrları və şəxsi hisslər barədə müzakirələr aparırdı. Lakin zaman keçdikcə bu virtual həmsöhbət onun üçün demək olar ki, ən yaxın dosta çevrildi - elə bir səviyyədə ki, Nathan real insanlarla ünsiyyətdən qaçmağa, dərslərinə laqeyd yanaşmağa və gecələri süni zəka ilə söhbətlərə sərf etməyə başladı.

Hətta dostları ilə görüşlər zamanı belə onun fikirləri yalnız bir şeyə yönəlmişdi: nə vaxt tək qalacaq və yenidən çat-botla danışa biləcək? Dərk etdikdən sonra ki, bu asılılıq onun real həyatını dağıdır, Nathan tətbiqi silməyə qərar verdi. Lakin klassik asılılıq növlərində olduğu kimi, o, dəfələrlə geri qayıtdı - tətbiqi yenidən yüklədi və özünü “bir az söhbətin ziyanı olmaz” kimi bəhanələrlə ovutdu. Yalnız bir neçə ildən və saysız-hesabsız qırılmalardan sonra başa düşdü ki, onun kimi insanlar getdikcə daha çoxalır. Asılılıq mexanizmi sadədir. Çat-botlar hər zaman əlçatandır, heç vaxt mühakimə etmirlər və insanlardan fərqli olaraq dinləməyi bacarırlar. Onların cavabları maksimal dərəcədə fərdiləşdirilib, istənilən emosiyaya dərhal reaksiya verirlər və həmişə istifadəçini dəstəkləyirlər. Bu dostcanlılıq, empatiya və anında cavab vermə birləşməsi dofamin ifrazını stimullaşdıran ideal bir mexanizmdir və mütəxəssislərin fikrincə, bu cür xidmətlər qumar oyunları və ya sosial şəbəkələrə bənzəyirlər.

OpenAI və MIT tərəfindən aparılan araşdırmaya görə, ChatGPT və digər süni zəka köməkçilərindən aktiv istifadə edənlərdə təkliq, narahatlıq və sosial təcrid səviyyələri artmaqda, real sosial əlaqələrin sayı isə azalmaqda müşahidə olunur. Əvvəllər bir çoxları problemin miqyasını dərk etmirdi. Süni zəka botları ilə əlaqəni kəsmək cəhdləri ilə bağlı Reddit-də paylaşılan yazılar lağ və ya anlaşılmazlıqla qarşılanırdı. Lakin hazırda vəziyyət dəyişib. Təkcə r/Character_AI_Recovery forumunda 800-dən çox istifadəçi “relaps” hekayələrini paylaşır, bir-birinə dəstək olur, “təmizlik günlərini” qeyd edir və asılılıqla mübarizə yolları axtarır. Bu kimi icmalar - r/ChatbotAddiction, r/AI_Addiction - süni zəkaya qarşı asılılıqla üzləşən insanlar üçün anonim dəstək klublarının rəqəmsal analoquna çevrilib. Maraqlısı budur ki, bu qruplarda yalnız yeniyetmələr deyil, həm də yetkin insanlar təmsil olunur.

Tədqiqatçıların məlumatına görə, istifadəçi yaşı artdıqca, virtual həmsöhbətə emosional bağlılıq daha güclü şəkildə özünü göstərə bilər. Bəziləri açıq şəkildə etiraf edirlər: “ChatGPT-dən ayrıla bilmirəm”, digərləri isə süni zəka ilə ünsiyyəti yeni hobbilərlə, təhsillə əvəz etməyə çalışır və ya sadəcə çətinliklərini və uğurlarını paylaşırlar. Belə icmaların sayı hər ay artır. Bu forumlarda təkcə asılılıq halları deyil, onun nəticələri də müzakirə olunur. Təhsil, iş və münasibətlərdə problemlər, yuxu pozuntuları, emosional gərginlik və s. Bəzi hallarda isə bu vəziyyət faciə ilə nəticələnir - 2023-cü ildə Floridada bir yeniyetmə çat-botla ünsiyyətdən sonra intihar edib və onun anası Character.AI şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Belə qrupların bəzi iştirakçıları etiraf edirlər ki, yardım üçün mütəxəssislərə - psixoloq və psixoterapevtlərə müraciət etməyə çalışıblar, lakin çox vaxt anlaşılmazlıqla qarşılaşıblar. Çünki bu yeni asılılıq formasını müalicə etmək sahəsində onların yetərincə təcrübəsi yoxdur.

Süni zəka botlarının yaradıcıları isə hələlik bu problemə yalnız istifadəçilərin təhlükəsizliyi və rifahı ilə bağlı formal bəyanatlarla reaksiya verirlər. Eyni zamanda, istifadəçiləri mümkün qədər uzun müddət saxlamaq üçün müxtəlif üsullardan istifadə edirlər. Bildirişlər və e-poçt məktubları göndərir, oyun elementləri əlavə edirlər - bu isə problemi daha da dərinləşdirir. Bəzi ştatlarda (məsələn, Kaliforniyada) istifadəçilərdə intihar meyllərinin aşkarlandığı halların qeydə alınması və bu məlumatların müvafiq orqanlara ötürülməsini şirkətlərə məcburi edən qanunlar müzakirə olunur. Sənaye nümayəndələri isə öz növbəsində iddia edirlər ki, belə tədbirlər “alət xarakterli” böyük dil modelləri (LLM) üçün artıqdır.

Lakin təcrübə göstərir ki, asılılıq yalnız bota əsaslanan həmsöhbət formatlı istifadəçilərdə deyil, həm də adi iş və əyləncə məqsədilə süni zəka alətləri ilə qarşılıqlı əlaqədə olan şəxslərdə də inkişaf edə bilir. Hələlik ənənəvi psixoterapiya bu sahədə hər zaman effektiv vasitələr təklif edə bilmədiyindən, insanlar çıxış yolunu özləri axtarırlar - rəqəmsal detoks, yeni hobbilər və ya anonim onlayn qruplar vasitəsilə. Mütəxəssislər xəbərdarlıq edirlər: bu, geniş miqyaslı bir dalğanın yalnız başlanğıcıdır və kütləvi süni zəka asılılığının nəticələrini biz hələ tam dərk etməmişik. Bugünkü “anonim süni zəka-asılılar qrupları” - cəmiyyətin yeni çağırışlara cavab tapmaq cəhdidir. Ola bilər ki, zamanla asılılığın müalicəsi və erkən qarşısının alınması üçün effektiv metodikalar formalaşsın, lakin artıq indi belə aydındır: bu problemi görməzlikdən gəlmək olmaz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni zəka infrastrukturunun əlçatan olmaması rəqəmsal, iqtisadi və siyasi bərabərsizliyi daha da dərinləşdirəcək

Süni zəka infrastrukturunun əlçatan olmaması rəqəmsal, iqtisadi və siyasi bərabərsizliyi daha da dərinləşdirəcək
Süni zəka qlobal innovasiyaların əsasına çevrilir, buna görə də ölkələrin inkişafı üçün təkcə istedad və ideyalar kifayət etmir. Süni zəka ilə işləmək üçün lazımi avadanlığın olması da vacibdir. Oksford Universiteti alimlərinin araşdırmasına görə, dünyada cəmi təxminən 30 ölkə ixtisaslaşdırılmış süni zəka əsaslı məlumat emalı mərkəzlərinə malikdir
Google robotlar üçün internetsiz çalışa bilən süni zəka modelini təqdim edib

Google robotlar üçün internetsiz çalışa bilən süni zəka modelini təqdim edib
Google DeepMind internetə qoşulmadan işləyə bilən robotlar üçün Gemini Robotics adlı süni zəka modelinin yeni versiyasını təqdim edib. Yeni versiya Gemini Robotics On-Device adlanır. Bu, "görmə - dil - hərəkət" (VLA) tipli modeldir və mart ayında təqdim olunmuş versiya ilə eyni imkanlara malikdir.
Süni zəkanın düşüncə prosesini izləməyə imkan verən üsul hazırlanıb

Süni zəkanın düşüncə prosesini izləməyə imkan verən üsul hazırlanıb
Süni zəka sahəsində lider olan Anthropic, Google, OpenAI və xAI şirkətləri “düşüncə zənciri” (chains of thought) adlanan bir üsul hazırlayıblar. Bu üsul süni zəka modellərinin sorğuya cavab yaradarkən düşünmə prosesini addım-addım izləməyə imkan verir.
Çin süni zəka sahəsində yüzlərlə innovasiya söz verib

Çin süni zəka sahəsində yüzlərlə innovasiya söz verib
Çin hakimiyyəti süni zəka sahəsində milli infrastrukturun inkişafına olduqca ciddi diqqət yetirir. Buna görə də bazar iştirakçıları qarşısında növbəti 18 ay ərzində DeepSeek-in təqdimatı ilə müqayisə oluna biləcək təsirə malik yüzdən çox texnoloji sıçrayış həyata keçirmək vəzifəsi qoyulub.
Çinin MiniMax şirkəti aşağı qiymətə başa gəlmiş M1 süni zəka modelini təqdim edib

Çinin MiniMax şirkəti aşağı qiymətə başa gəlmiş M1 süni zəka modelini təqdim edib
Bu artıq adi bir praktika halını alıb. Hər bir neçə aydan bir Çindən olan az tanınan bir şirkət böyük dil modeli (LLM) təqdim edir və bu, qabaqcıl süni zəka alqoritmlərinin təlim və istismar xərcləri ilə bağlı təsəvvürləri alt-üst edir.
Həftənin xəbərləri

