
DeepSeek-in süni zəka modeli Xiaomi HyperOS-ə inteqrasiya ediləcək
Proqram Təminatı
17.02.2025
Emil Nəcəfov
Xiaomi şirkəti DeepSeek AI modelini HyperOS sisteminə inteqrasiya etməyə hazırlaşır. Bu da istifadəçilərə yeni imkanlar təqdim edəcək. Daxili testlər göstərib ki, Xiaomi-nin "Super XiaoAI" köməkçisi DeepSeek R1 süni zəka modeli ilə uğurla çalışır və bu, avtomatlaşdırmanı və cavabların keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. HyperOS 2 istifadəçiləri bu funksiyaları sadə səs əmrləri vasitəsilə aktiv edə bilərlər, məsələn "Dərin düşüncəni işə sal" və ya "DeepSeek-i işə sal".

Sistem həm səs vasitəsilə, həm də mətnlə daxil edilən əmrləri dəstəkləyir, bu da onu fərqli istifadəçilər üçün daha çevik edir. Bu inteqrasiya sayəsində mətn yazmaq, proqram təminatı kodu tərtib etmək və mürəkkəb problemləri həll etmək kimi tapşırıqları daha sürətli və asan yerinə yetirmək mümkün olacaq. Xiaomi təsdiqləyib ki, onun 25-dən çox cihazı Super XiaoAI və DeepSeek AI inteqrasiyasını dəstəkləyəcək. Bu cihazlar siyahısına həmçinin aşağıdakılar da daxildir:
- Xiaomi 15 və Xiaomi 14 flaqman seriyası
- Redmi K80 və Redmi K70 seriyası
- Qatlana bilən cihazlar: MIX Fold 4 və MIX Flip
- Planşetlər: Xiaomi Pad 7 Pro, Pad 7 və Pad 6S Pro 12.4.
Bundan əlavə, Huawei, Honor, OPPO, Vivo, Meizu, Lenovo və ZTE Nubia kimi digər brendlər də DeepSeek AI-ni öz cihazlarına inteqrasiya edir. Bu, onların OpenAI-nin ChatGPT və Google-un Gemini kimi süni zəka modelləri ilə rəqabət aparmalarına imkan verəcək.
Mənbə: Xiaomitime
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Cənubi Koreyada DeepSeek hamı üçün qadağan edilib

Cənubi Koreyada DeepSeek hamı üçün qadağan edilib
Bu ayın əvvəlində məlum oldu ki, Cənubi Koreya hökuməti dövlət qurumlarında süni zəka əsaslı çat-bot olan DeepSeek-ə girişin bloklayıb.
Xiaomi 15-in qlobal versiyasının təqdimatı anons edilib

Xiaomi 15-in qlobal versiyasının təqdimatı anons edilib
Xiaomi keçən ilin oktyabr ayında Çində Xiaomi 15 və Xiaomi 15 Pro smartfonlarını təqdim etmişdi. İndi isə şirkət Xiaomi 15 seriyasının qlobal versiyasının təqdimatına hazırlaşır.
DeepSeek öz süni zəka çiplərini hazırlamağı planlaşdırır

DeepSeek öz süni zəka çiplərini hazırlamağı planlaşdırır
Son aylarda DeepSeek öz inkişafında əhəmiyyətli bir sıçrayış edib və ikincidərəcəli layihə statusundan çıxaraq, öz qabaqcıl böyük dil modellərini (Large Language Model / LLM) modellərini təqdim etməklə qlobal süni zəka sənayesində ciddi rəqib ola biləcək bir şirkətə çevrilib.
REDMI K80 Ultra barəsində yeni təfərrüatlar təqdim edilib

REDMI K80 Ultra barəsində yeni təfərrüatlar təqdim edilib
Xiaomi-nin REDMI brendi yaxın zamanda REDMI K80 Ultra smartfonunu təqdim etməlidir. Qeyd etmək lazımdır ki, REDMI K80 və K80 Pro modelləri keçən ilin sonunda təqdim edilib.
POCO M7 5G-nin fotosu və bəzi texniki imkanları ortaya çıxıb

POCO M7 5G-nin fotosu və bəzi texniki imkanları ortaya çıxıb
Xiaomi-nin POCO brendi dekabr ayının ortasında POCO M7 Pro 5G smartfonunu təqdim etmişdi. İndi isə POCO brendi onun adi versiyasını təqdim etməyə hazırlaşır. Söhbət, POCO M7 5G-dən gedir.
Həftənin xəbərləri

