main-post-cover

    Xiaomi 15-in qlobal versiyasının təqdimatı anons edilib

    Cihazlar+
    17.02.2025
    Emil Nəcəfov
         Xiaomi keçən ilin oktyabr ayında Çində Xiaomi 15 və Xiaomi 15 Pro smartfonlarını təqdim etmişdi. İndi isə şirkət Xiaomi 15 seriyasının qlobal versiyasının təqdimatına hazırlaşır. Xiaomi rəsmi şəkildə bu təqdimatın tarixini açıqlayıb. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən Xiaomi 15 seriyasının qlobal versiyası 2 mart tarixində təqdim ediləcək.
         Qeyd etmək lazımdır ki, bu ayın sonuna kimi Çində Xiaomi 15 Ultra-nın da təqdim olunacağı gözlənilir. Heç istisna deyil ki, Xiaomi 15 Ultra-nın da qlobal versiyası məhz 2 mart tarixində Xiaomi 15 ilə birlikdə təqdim olunsun. Daha öncə güman olunurdu ki, şirkət Xiaomi 15 seriyasının qlobal versiyasını 3 mart tarixindən 6 mart tarixinə kimi Barselonada keçiriləcək MWC 2025 sərgisi çərçivəsində təqdim edəcək. Lakin Xiaomi-nin rəsmi elanına əsasən təqdimat sərgidən 1 gün qabaq baş tutacaq.
         Nəzərə almaq lazımdır ki, Xiaomi 15 seriyasının heç də bütün smartfonları qlobal bazarda satışa çıxmaya bilərlər. Məsələn 2023-cü ildə təqdim edilmiş Xiaomi 14 Xiaomi 14 Pro modelləri arasında qlobal bazarda satışa çıxmış yeganə model yalnız Xiaomi 14 olmuşdu. Xiaomi 15 seriyası halında da eyni vəziyyət yaşana bilər. Bu halda Xiaomi 15 Pro eksklüziv olaraq Çin bazarı üçün qalacaq. Lakin adi Xiaomi 15 və Xiaomi 15 Ultra-nın mütləq şəkildə qlobal bazarda satışa çıxacağı dəqiqdir.
    Mənbə: Xiaomi
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    REDMI K80 Ultra barəsində yeni təfərrüatlar təqdim edilib
    redmi-k80-ultra-baresinde-yeni-teferruatlar-teqdim-edilib
    POCO M7 5G-nin fotosu və bəzi texniki imkanları ortaya çıxıb
    poco-m7-5g-nin-fotosu-ve-bezi-texniki-imkanlari-ortaya-cixib
    REDMI Turbo 4 Pro-nun əsas imkanları açıqlanıb
    redmi-turbo-4-pro-nun-esas-imkanlari-aciqlanib
    Xiaomi 15 Ultra-nın iki rəngli gövdəyə sahib versiyasının fotosu ortaya çıxıb
    xiaomi-15-ultra-nin-iki-rengli-govdeye-sahib-versiyasinin-fotosu-ortaya-cixib
    Xiaomi MIX Flip 2 barəsində yeni təfərrüatlar təqdim edilib
    xiaomi-mix-flip-2-baresinde-yeni-teferruatlar-teqdim-edilib