main-post-cover

    REDMI K80 Ultra barəsində yeni təfərrüatlar təqdim edilib

    Cihazlar+
    13.02.2025
    Emil Nəcəfov
         Xiaomi-nin REDMI brendi yaxın zamanda REDMI K80 Ultra smartfonunu təqdim etməlidir. Qeyd etmək lazımdır ki, REDMI K80 və K80 Pro modelləri keçən ilin sonunda təqdim edilib. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində REDMI K80 Ultra barəsində yeni təfərrüatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən REDMI K80 Ultra-nın əsas fərqləndirici tərəfi ondan ibarət olacaq ki, o özündə 7000 mAh-dan daha böyük həcmli batareyanı birləşdirəcək. Bunun olacağı halda REDMI K80 Ultra modeli brend tarixində ən böyük həcmli batareya olacaq.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, REDMI K80 modeli 6550 mAh, K80 Pro modeli 6000 mAh, K70 Ultra modeli isə 5500 mAh enerji tutumlu batareyaya sahibdir. Bundan əlavə olaraq insayder bildirib ki, REDMI K80 Ultra smartfonu 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq və üstəlik MediaTek Dimensity 9400+ prosessoru vasitəsilə çalışacaq. Məlumatda həmçinin qeyd edilib ki, smartfon 1.5K keyfiyyətli OLED ekrana sahib olacaq və özündə ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasını birləşdirəcək. REDMI K80 Ultra-nın yaxın aylar ərzində təqdim olunacağı gözlənilir.
    Mənbə: Gizmochina
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    POCO M7 5G-nin fotosu və bəzi texniki imkanları ortaya çıxıb
    poco-m7-5g-nin-fotosu-ve-bezi-texniki-imkanlari-ortaya-cixib
    REDMI Turbo 4 Pro-nun əsas imkanları açıqlanıb
    redmi-turbo-4-pro-nun-esas-imkanlari-aciqlanib
    Xiaomi 15 Ultra-nın iki rəngli gövdəyə sahib versiyasının fotosu ortaya çıxıb
    xiaomi-15-ultra-nin-iki-rengli-govdeye-sahib-versiyasinin-fotosu-ortaya-cixib
    Xiaomi MIX Flip 2 barəsində yeni təfərrüatlar təqdim edilib
    xiaomi-mix-flip-2-baresinde-yeni-teferruatlar-teqdim-edilib
    REDMI və POCO brendlərini əhatə edən 9 ədəd smartfonun rəsmi dəstəyi dayandırılıb
    redmi-ve-poco-brendlerini-ehate-eden-9-eded-smartfonun-resmi-desteyi-dayandirilib