
Cənubi Koreyada DeepSeek hamı üçün qadağan edilib
Proqram Təminatı
17.02.2025
Emil Nəcəfov
Bu ayın əvvəlində məlum oldu ki, Cənubi Koreya hökuməti dövlət qurumlarında süni zəka əsaslı çat-bot olan DeepSeek-ə girişin bloklayıb. İndi isə bu tətbiqin yüklənməsinə qoyulmuş qadağa bütün Cənubi Koreya ərazisindəki istifadəçilərə şamil edilib. Çünki DeepSeek-in şəxsi məlumatlarla işləmə metodları yerli qanunvericiliyin tələblərinə cavab vermir. Bu barədə Cənubi Koreyanın Şəxsi Məlumatların Mühafizəsi Komissiyası (PIPC) məlumat yayıb.
Komissiyanın apardığı araşdırma DeepSeek-in Cənubi Koreya hökumətinin şəxsi məlumatların emalı, saxlanması və qorunması ilə bağlı tələblərinin bir neçəsini yerinə yetirmədiyini aşkar edib. Çin şirkəti fəaliyyət metodlarını Cənubi Koreya qanunvericiliyinə uyğunlaşdıran kimi, DeepSeek-in yüklənməsinə qoyulan qadağa aradan qaldırılacaq. Hazırda Cənubi Koreyadakı istifadəçilərin əksəriyyəti DeepSeek-in infrastrukturuna birbaşa çıxış imkanını saxlayır, lakin tətbiqi yenidən yükləmək mümkün deyil. Keçən həftə Cənubi Koreyada DeepSeek-in rəsmi nümayəndələri fəaliyyətə başladı.

Məhz bu zaman yerli tənzimləyici qurumlar müəyyən ediblər ki, Çin şirkəti şəxsi məlumatların qorunması sahəsində Cənubi Koreya qanunvericiliyinin bir sıra tələblərini pozur. Məlum olduğu kimi, İtaliya artıq keçən ay DeepSeek-in ölkə ərazisində fəaliyyətini bloklamışdı. Bununla yanaşı, Çin Xarici İşlər Nazirliyinin nümayəndələri bildiriblər ki, hökumət heç vaxt özəl şirkətləri və ya fərdi şəxsləri xarici ölkələrin qanunlarını pozaraq məlumat toplamağa və ya saxlamağa məcbur etmir və belə bir addım atmaz. Çin hökuməti şəxsi məlumatların məxfiliyinə böyük hörmətlə yanaşır və onların qorunmasını yerli qanunlarla təmin edir.
Mənbə: Reuters
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
DeepSeek öz süni zəka çiplərini hazırlamağı planlaşdırır

DeepSeek öz süni zəka çiplərini hazırlamağı planlaşdırır
Son aylarda DeepSeek öz inkişafında əhəmiyyətli bir sıçrayış edib və ikincidərəcəli layihə statusundan çıxaraq, öz qabaqcıl böyük dil modellərini (Large Language Model / LLM) modellərini təqdim etməklə qlobal süni zəka sənayesində ciddi rəqib ola biləcək bir şirkətə çevrilib.
Google DeepMind CEO-su: "DeepSeek heç bir yeni elmi nailiyyət nümayiş etdirmir"

Google DeepMind CEO-su: "DeepSeek heç bir yeni elmi nailiyyət nümayiş etdirmir"
Google DeepMind şirkətinin baş direktoru Demis Hassabis bildirib ki, DeepSeek süni zəka modeli çinli tədqiqatçıların ən yaxşı işi ola bilər. Lakin onun fikrincə sözügedən süni zəka modeli eyni zamanda heç bir yeni elmi nailiyyət nümayiş etdirmir.
DeepSeek bioloji silahlar barəsində məlumat verməyi bacarır

DeepSeek bioloji silahlar barəsində məlumat verməyi bacarır
Anthropic şirkətinin baş direktoru Dario Amodei, DeepSeek-in süni zəka modeli ilə bağlı testlərin nəticələrindən narahatlığını ifadə edib.
DeepSeek artıq 15 milyondan çox aktiv istifadəçi kütləsinə sahibdir

DeepSeek artıq 15 milyondan çox aktiv istifadəçi kütləsinə sahibdir
Büdcəyə uyğun süni zəka modeli hazırlamış Çin startapı DeepSeek texnologiya dünyasında həqiqi bir sensasiyaya çevrildi. TrendForce-un məlumatına görə, DeepSeek, ChatGPT-dən sonra dünyanın ən populyar ikinci tətbiqi olub.
DeepSeek kiçik çip istehsalçıları üçün təhlükə əvəzinə böyük şansa çevrilib

DeepSeek kiçik çip istehsalçıları üçün təhlükə əvəzinə böyük şansa çevrilib
DeepSeek süni zəka bazarında, əsasən ABŞ şirkətlərinin üstünlük təşkil etdiyi sahədə böyük sarsıntıya səbəb oldu. Təkcə NVIDIA kimi süni zəka sürətləndiriciləri istehsal edən şirkət bir neçə 100 milyard dollar bazar dəyəri itirdi. CNBC-nin məlumatına görə, bazarın liderləri bu vəziyyətin nəticələri ilə mübarizə aparmağa çalışdığı halda, kiçik istehsalçılar üçün bu hadisə öz miqyaslarını genişləndirmək üçün bir fürsət kimi görünür.
Həftənin xəbərləri

