main-post-cover

    DeepSeek 1 həftə ərzində dünyanın ən məşhur çat-botu olub

    Proqram Təminatı
    04.02.2025
    Emil Nəcəfov
         Çinin DeepSeek şirkəti süni zəka bazarında sürətlə mövqeyini gücləndirərək dünyada ikinci ən populyar çat-bot olub. Bir həftə ərzində platformanın trafiki 614% artaraq Gemini Character AI-ni geridə qoyub və onun gündəlik aktiv istifadəçi kütləsi 49 milyona çatıb. Bu barədə Similarweb trafik monitorinq xidməti məlumat verib. DeepSeek-in uğuru xüsusilə əvvəlki göstəricilər fonunda diqqət çəkir. 1 ay əvvəl saytın gündəlik aktiv istifadəçi sayı cəmi 300 000 idi, lakin artıq yanvarın sonuna qədər auditoriya 33.4 milyon istifadəçiyə çatıb. Bu sıçrayış yalnız texnologiya bazarını sarsıtmaqla qalmayıb, həm də investorlar arasında narahatlıq dalğasına səbəb olub və nəticədə ABŞ texnoloji şirkətlərinin səhmlərinin ucuzlaşmasına gətirib çıxarıb.
         Xüsusilə, NVIDIA-nın səhmləri 17.8% dəyər itirib. Similarweb-in məlumatına görə, DeepSeek-in qlobal trafiki yüksək səviyyədə qalsa da, hələ də bazar lideri olan ChatGPT-dən geri qalır, çünki ChatGPT gündə 130 milyondan çox istifadəçi tərəfindən ziyarət edilir. Mütəxəssislərin fikrincə, DeepSeek-in uğurunun əsas səbəbi açıq mənbəli koda sahib V3 adlı süni zəka modelinin istifadəyə verilməsi olub, bu da dünyanın hər yerindən tərtibatçıların və şirkətlərin diqqətini cəlb edib. DeepSeek-in məlumatına əsasən V3 modelinin təlimatlandırılması 6 milyon dollara başa gəlibş. Bu, ABŞ-dakı oxşar həllərlə müqayisədə xeyli ucuzdur.
         Buna baxmayaraq, onun imkanları ChatGPT ilə müqayisə edilə bilər. Lakin vacib bir fərqi var. Bu modeli sərbəst şəkildə yükləmək və lokal serverlərdə işlətmək mümkündür. Bu xüsusiyyət, bulud xidmətlərindən asılı olmadan süni zəka texnologiyalarını tətbiq etmək istəyən təşkilatlar üçün DeepSeek-i daha cəlbedici edir. Bütün bu uğurlara baxmayaraq, DeepSeek hələ də Microsoft-un Bing axtarış sistemini üstələyə bilməyib, çünki orada OpenAI texnologiyasına əsaslanan Copilot süni zəka köməkçisi çalışır. Bununla belə, analitiklər DeepSeek-in ABŞ-da da ciddi populyarlıq qazandığını vurğulayırlar. Similarweb-in məlumatına görə:
    - 28 yanvarda ABŞ-da DeepSeek-in gündəlik aktiv istifadəçi kütləsi 4.9 milyona çatıb
    - Sonradan bu göstərici 2.4 milyon səviyyəsində sabitləşib, bu da bir həftə əvvəlki göstəricidən 813.3% daha yüksəkdir.
    Mənbə: Pcmag
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    DeepSeek-in çat-botu bütün dünyada yüklənmə sayına görə birinci yerdədir
    deepseek-in-cat-botu-butun-dunyada-yuklenme-sayina-gore-birinci-yerdedir
    DeepSeek Tayvanın dövlət qurumlarında qadağan edilib
    deepseek-tayvanin-dovlet-qurumlarinda-qadagan-edilib
    DeepSeek öz süni zəka modelinin yaradılmasına daha çox resurs sərf etmiş ola bilər
    deepseek-oz-suni-zeka-modelinin-yaradilmasina-daha-cox-resurs-serf-etmis-ola-biler
    Pentaqon, DeepSeek-i bloklamağa çalışır
    pentaqon-deepseek-i-bloklamaga-calisir
    Apple CEO-su Tim Cook: "DeepSeek innovativlik sərgiləyib"
    apple-ceo-su-tim-cook-deepseek-innovativlik-sergileyib