
DeepSeek Tayvanın dövlət qurumlarında qadağan edilib
Proqram Təminatı
03.02.2025
Emil Nəcəfov
Tayvan, Çinin DeepSeek adlı süni zəkasının istifadəsini qadağan edən daha bir ölkə oldu. Qadağa hökumət qurumlarına və əsas infrastruktur obyektlərinə şamil edilir. Tayvanın Rəqəmsal İşlər Nazirliyi məlumat sızması və transsərhəd informasiya ötürülməsi ilə bağlı narahatlıqlara istinad edərək DeepSeek-in istifadəsinə qadağa qoyduğunu elan edib. Rəsmilər DeepSeek-in məlumat toplama metodlarının məxfi məlumatları aşkara çıxara biləcəyindən narahat olduqlarını bildiriblər.
Məlum olduğu kimi, DeepSeek istifadəçi məlumatlarını Çin serverlərində saxlayır və Çin qanunvericiliyinə əsasən, bu məlumatlar Çin xüsusi xidmət orqanlarına emal üçün ötürülür. Bu, Çin hökumətinin şəxsi informasiyalara çıxış əldə edə biləcəyi ilə bağlı narahatlıqlar yaradır. Tayvanın bu qərarı, İtaliyanın analoji tədbirləri elan etməsindən sonra gəldi.
İtaliyanın məlumatların qorunması agentliyi Garante, məxfilik və təhlükəsizlik problemlərinə görə DeepSeek-i blokladı. Almaniya və digər Avropa ölkələri də DeepSeek-in fəaliyyətini araşdırır. Onlar Çin startapının həddindən artıq şəxsi məlumat toplamasından, o cümlədən IP ünvanları, söhbət qeydlərini və hətta klaviatura aktivliyini izləməsindən narahatdırlar. ABŞ da ehtiyat tədbirləri görərək bəzi şəbəkələrində DeepSeek-in istifadəsini məhdudlaşdırıb. Pentaqon və ABŞ Hərbi Dəniz Qüvvələri öz əməkdaşlarına bu süni zəkadan istifadəni qadağan edib.
Mənbə: Bloomberg
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
DeepSeek öz süni zəka modelinin yaradılmasına daha çox resurs sərf etmiş ola bilər

DeepSeek öz süni zəka modelinin yaradılmasına daha çox resurs sərf etmiş ola bilər
Çinin DeepSeek startapı minimal xərclərlə rəqabətqabiliyyətli süni zəka modeli yaratdığını iddia edərək geniş diqqət çəkib. Şirkət V3 adlı süni zəka modelinin təlimatlandırılması üçün cəmi 6 milyon dollar xərcləndiyini və 2048 ədəd qrafik prosessorun (GPU) istifadə edildiyini bəyan edirdi.
Pentaqon, DeepSeek-i bloklamağa çalışır

Pentaqon, DeepSeek-i bloklamağa çalışır
Pentaqon Çin süni zəka çat-botu DeepSeek-in istifadəsini təcili dayandırmaq üçün addımlar atır. Buna səbəb ABŞ Müdafiə Nazirliyinin bəzi əməkdaşlarının öz iş kompüterlərini DeepSeek-in Çin serverlərinə qoşması və bunun milli təhlükəsizlik riski yaratmasıdır.
Apple CEO-su Tim Cook: "DeepSeek innovativlik sərgiləyib"

Apple CEO-su Tim Cook: "DeepSeek innovativlik sərgiləyib"
Apple şirkətinin CEO-su Tim Cook, DeepSeek süni zəka modelini “səmərəliliyi artıran innovasiya” kimi qiymətləndirib. Bu barədə o, analitiklərlə keçirdiyi konfrans zamanı DeepSeek-in Apple biznesinə təsiri ilə bağlı suala cavab verərkən bildirib.
DeepSeek sanksiyalardan yan keçərək gizli şəkildə NVIDIA sürətləndiricilərini əldə etmiş ola bilər

DeepSeek sanksiyalardan yan keçərək gizli şəkildə NVIDIA sürətləndiricilərini əldə etmiş ola bilər
Çin süni zəka startapı DeepSeek-in uğurları ABŞ rəsmilərində həm heyranlıq, həm də narahatlıq yaradıb. Microsoft, DeepSeek-in dil modellərinin OpenAI-dan qanunsuz şəkildə əldə edilmiş məlumatlar vasitəsilə təlimatlandırılmış ola biləcəklərindən şübhələnir.
DeepSeek, OpenAI məlumatlarının oğurlanmasında şübhəli bilinir

DeepSeek, OpenAI məlumatlarının oğurlanmasında şübhəli bilinir
Technote.az Bloomberg saytına istinadən xəbər verir ki, Microsoft və OpenAI şirkətləri son həftələr ərzində ətrafında böyük səs-küy yaranmış DeepSeek şirkətinin OpenAI məlumatlarını oğurladığı ehtimalının olub-olmadığını yoxlayacaqlar.
Həftənin xəbərləri

