main-post-cover

    Pentaqon, DeepSeek-i bloklamağa çalışır

    Proqram Təminatı
    31.01.2025
    Emil Nəcəfov
         Pentaqon Çin süni zəka çat-botu DeepSeek-in istifadəsini təcili dayandırmaq üçün addımlar atır. Buna səbəb ABŞ Müdafiə Nazirliyinin bəzi əməkdaşlarının öz iş kompüterlərini DeepSeek-in Çin serverlərinə qoşması və bunun milli təhlükəsizlik riski yaratmasıdır. DeepSeek-in istifadə şərtlərində açıq şəkildə qeyd edilir ki, istifadəçi məlumatları Çin serverlərində saxlanılır və Çin qanunvericiliyinə tabedir. Bu isə şirkəti Çin xüsusi xidmət orqanları ilə əməkdaşlığa məcbur edə bilər. Bloomberg-in məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin əməkdaşları DeepSeek-in populyarlığından təsirlənərək iş kompüterlərində bu xidmətdən istifadə ediblər.
         Onlar ən azı iki gün ərzində iş cihazlarını Çin serverlərinə qoşaraq DeepSeek chatbotunu sınaqdan keçiriblər. DeepSeek ABŞ-da populyarlıq qazanır, hökumət isə təhlükə hiss edir. ABŞ hökuməti Çin mənşəli süni zəka texnologiyalarının populyarlığının artmasından narahatdır. Xüsusilə də, DeepSeek chatbotunun ABŞ-ın Apple App Store Google Play Store-da lider mövqeyə yüksəlməsi diqqət çəkib. 24 yanvar tarixində ABŞ Hərbi Dəniz Donanması təhlükəsizlik və etik problemlər səbəbindən əməkdaşlarına DeepSeek-dən istifadəni qadağan edib. Bu barədə CNBC məlumat yayıb.
         Bu addım ABŞ hökumətinin Çin süni zəka texnologiyalarına qarşı sərt mövqeyini nümayiş etdirir. OpenAI, DeepSeek-in onun süni intellekt modellərindən istifadə edərək öz çat-botunu inkişaf etdirdiyini sübut edən dəlillərə malik olduğunu bildirir. Burada distillasiya adlı üsuldan istifadə edilib. Bu, oxşar imkanları inkişaf etdirmək məqsədilə bir süni zəka modelinin digər süni zəka modelinin məlumatlarından istifadə etməsi üsuludur. DeepSeek, OpenAI-nin modellərindən məlumat toplayaraq öz çat-botunu inkişaf etdirmiş ola bilər. DeepSeek-in ABŞ hökumət qurumlarında istifadəsi milli təhlükəsizlik üçün ciddi bir risk kimi qiymətləndirilir. Pentaqon və digər dövlət qurumları bu süni zəka çat-botunun istifadəsini məhdudlaşdırmaq üçün tədbirlər görürlər.
    Mənbə: Bloomberg
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple CEO-su Tim Cook: "DeepSeek innovativlik sərgiləyib"
    apple-ceo-su-tim-cook-deepseek-innovativlik-sergileyib
    DeepSeek sanksiyalardan yan keçərək gizli şəkildə NVIDIA sürətləndiricilərini əldə etmiş ola bilər
    deepseek-sanksiyalardan-yan-kecerek-gizli-sekilde-nvidia-suretlendiricilerini-elde-etmis-ola-biler
    GPT-4o-nun həm ödənişli həm də pulsuz versiyası daha ağıllı olub
    gpt-4o-nun-hem-odenisli-hem-de-pulsuz-versiyasi-daha-agilli-olub
    ABŞ hökumət qurumları üçün xüsusi ChatGPT versiyası olan ChatGPT Gov-u istifadəyə verilib
    abs-hokumet-qurumlari-ucun-xususi-chatgpt-versiyasi-olan-chatgpt-gov-u-istifadeye-verilib
    OpenAI 25 milyard dollar həcmində yeni investisiya əldə edə bilər
    openai-25-milyard-dollar-hecminde-yeni-investisiya-elde-ede-biler