main-post-cover

    DeepSeek öz süni zəka modelinin yaradılmasına daha çox resurs sərf etmiş ola bilər

    Süni İntellekt
    03.02.2025
    Emil Nəcəfov
         Çinin DeepSeek startapı minimal xərclərlə rəqabətqabiliyyətli süni zəka modeli yaratdığını iddia edərək geniş diqqət çəkib. Şirkət V3 adlı süni zəka modelinin təlimatlandırılması üçün cəmi 6 milyon dollar xərcləndiyini və 2048 ədəd qrafik prosessorun (GPU) istifadə edildiyini bəyan edirdi. Lakin SemiAnalysis şirkətinin hesabatı göstərib ki, əslində ən azı 1,6 milyard dollar vəsait sərf edilib və 50 000 ədəd NVIDIA GPU-dan istifadə edilib. Mövcud məlumatlara görə, DeepSeek böyük hesablama infrastrukturuna nəzarət edir və bu, təxminən 50 000 ədəd Hopper GPU-nu əhatə edir. Bunların arasında 10 000 ədəd H800, 10 000 ədəd H100, eləcə də əlavə H20 GPU partiyaları var.
         Bu resurslar birdən çox məlumat mərkəzi arasında bölüşdürülüb və süni zəkanın təlimatlandırılması, elmi tədqiqatlar və maliyyə modelləşdirilməsi üçün istifadə olunur. Məlumata əsasən, serverlərə edilmiş ümumi investisiya yatırımı təxminən 1,6 milyard dollar, əməliyyat xərcləri isə 944 milyon dollar olaraq qiymətləndirilir. Xatırladaq ki, DeepSeek 2023-cü ildən Çinin High-Flyer fondunun törəmə layihəsi kimi fəaliyyət göstərir. Həmin il fond startapı ayrıca süni zəka texnologiyalarına yönəlmiş bir istiqamət kimi ayırdı. Əksər startapların bulud provayderlərindən hesablama gücü icarəyə götürməsindən fərqli olaraq,
         DeepSeek öz məlumat mərkəzlərinə malikdir. Bu, şirkətə süni zəka modellərini optimallaşdırmaq üzərində tam nəzarət əldə etməyə və innovasiyaları daha sürətlə tətbiq etməyə imkan verir. Bundan əlavə, DeepSeek tamamilə özünü maliyyələşdirən bir təşkilat olaraq qalır. Bu da şirkətə qərarları daha çevik və sürətli qəbul etməyə imkan yaradır və onu ənənəvi bazar oyunçularına nisbətən daha səmərəli edir. Xüsusi diqqətə layiq olan məqamlardan biri şirkətin kadr siyasətidir.
         Şirkət yalnız Çindən olan mütəxəssisləri işə qəbul edir və diqqəti formal diplomlara deyil, bacarıqlara və mürəkkəb problemləri həll etmə qabiliyyətinə yönəldir. Eyni zamanda, bəzi tədqiqatçıların illik maaşı 1,3 milyon dollardan çoxdur. Bu da şirkətə ölkənin aparıcı universitetlərindən ən istedadlı mütəxəssisləri cəlb etməyə imkan verir. DeepSeek özünü sənaye liderlərinə rəqib ola biləcək innovativ şirkət kimi təqdim etsə də, SemiAnalysis analitikləri vurğulayırlar ki, şirkətin uğuru milyardlarla dollarlıq investisiyalar, texnoloji irəliləyişlər və güclü komanda sayəsində əldə olunub. Onların fikrincə, süni zəka modeli üçün sərf edilmiş "inqilabi büdcə" ilə bağlı iddialar şişirdilmiş ola bilər.
    Mənbə: Tomshardware
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Pentaqon, DeepSeek-i bloklamağa çalışır
    pentaqon-deepseek-i-bloklamaga-calisir
    Apple CEO-su Tim Cook: "DeepSeek innovativlik sərgiləyib"
    apple-ceo-su-tim-cook-deepseek-innovativlik-sergileyib
    DeepSeek sanksiyalardan yan keçərək gizli şəkildə NVIDIA sürətləndiricilərini əldə etmiş ola bilər
    deepseek-sanksiyalardan-yan-kecerek-gizli-sekilde-nvidia-suretlendiricilerini-elde-etmis-ola-biler
    DeepSeek, OpenAI məlumatlarının oğurlanmasında şübhəli bilinir
    deepseek-openai-melumatlarinin-ogurlanmasinda-subheli-bilinir
    DeepSeek, İtaliyada tənzimləyici orqanın nəzərinə tuş gəlib
    deepseek-italiyada-tenzimleyici-orqanin-nezerine-tus-gelib