main-post-cover

    REDMI Turbo 4 Pro-nun əsas imkanları açıqlanıb

    Cihazlar+
    10.02.2025
    Emil Nəcəfov
         REDMI brendi keçən ayın əvvəlində Turbo 4 adlı smartfonunu təqdim etmişdi. İndi isə Turbo 4 Pro modeli təqdimata hazırlaşır. Sızdırılmış yeni məlumatlara görə, bu model daha güclü prosessor və daha böyük həcmli batareya ilə təchiz ediləcək. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində REDMI Turbo 4 Pro-nun əsas texniki xüsusiyyətlərini bölüşüb.
         Beləliklə insayderin sözlərinə əsasən REDMI Turbo 4 Pro smartfonu, 2025-ci ilin ikinci rübündə təqdim olunacaq Snapdragon 8s Elite prosessoru ilə təchiz ediləcək. Bu prosessor, Snapdragon 8 Gen 2 Snapdragon 8 Gen 3 arasında yerləşir və təkmilləşdirilmiş CPU Adreno GPU arxitekturasına malikdir. Bu yenilik, cihazın çoxnüvəli testlərdə yüksək nəticələr göstərməsini təmin edəcək, onu orta və yüksək sinifdə güclü bir modelə çevirəcək.
         REDMI Turbo 4 Pro-nun əsas üstünlüklərindən biri 7500 mAh enerji tutumlu batareyası olacaq. Bu da onu REDMI-nin orta seqmentində ən böyük batareyaya malik modelə çevirəcək. Bundan əlavə, smartfon 90 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Cihaz 1.5K keyfiyyətli 6.67 düym ölçülü OLED ekran və yeni nəsil barmaq izi skaneri ilə təchiz ediləcək. Smartfonun kamera xüsusiyyətləri aşağıdakı kimi olmalıdır:
    - 50 MP əsas kamera (optik stabilizasiya dəstəkli)
    - 8 MP ultra geniş bucaqlı kamera.
         Bundan başqa, REDMI Turbo 4 Pro metal materialdan hazırlanmış gövdə ətrafı çərçivəyə malik olacaq və onun gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma imkanını özündə birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 15 Ultra-nın iki rəngli gövdəyə sahib versiyasının fotosu ortaya çıxıb
    xiaomi-15-ultra-nin-iki-rengli-govdeye-sahib-versiyasinin-fotosu-ortaya-cixib
    Xiaomi MIX Flip 2 barəsində yeni təfərrüatlar təqdim edilib
    xiaomi-mix-flip-2-baresinde-yeni-teferruatlar-teqdim-edilib
    REDMI və POCO brendlərini əhatə edən 9 ədəd smartfonun rəsmi dəstəyi dayandırılıb
    redmi-ve-poco-brendlerini-ehate-eden-9-eded-smartfonun-resmi-desteyi-dayandirilib
    Çin dövlət qurumu Xiaomi YU7-nin bəzi özəlliklərini təqdim edib
    cin-dovlet-qurumu-xiaomi-yu7-nin-bezi-ozelliklerini-teqdim-edib
    Xiaomi 15 Ultra-nın qlobal versiyası sertifikatlaşdırmadan keçib
    xiaomi-15-ultra-nin-qlobal-versiyasi-sertifikatlasdirmadan-kecib