
Xiaomi 15 Ultra-nın iki rəngli gövdəyə sahib versiyasının fotosu ortaya çıxıb
Cihazlar+
06.02.2025
Emil Nəcəfov
İnternetdə Xiaomi 15 Ultra flaqman smartfonunun iki rəngli gövdəyə sahib versiyasına aid foto yayımlanıb. Foto cihazın arxa panelini detallı şəkildə nəzərdən keçirməyə imkan verir. Bu panel yalnız iki rəngli dizaynı ilə deyil, həm də böyük dairəvi kamera sahəsi ilə fərqlənir. Bu dizayn klassik fotoaparatlardan ilham almış kimi görünür. İki sıraya düzülmüş kameraların yerləşdiyi bu kamera sahəsində Leica loqosu da əks olunub. Yuxarı sırada 200 MP sensor və periskop obyektiv yerləşdirilib. İkinci sıra isə aşağıdakı kameralardan ibarətdir:

- 1 düym-lük əsas kamera
- 50 MP-lik telekamera (qısa fokus məsafəsi ilə)
- 50 MP-lik ultra geniş bucaqlı kamera
Bundan əlavə, məlumdur ki, Xiaomi 15 Ultra Snapdragon 8 Elite prosessoru ilə təchiz olunacaq və Android 15 əsaslı HyperOS 2.0 istifadəçi interfeysinə sahib olacaq. Bununla yanaşı Xiaomi 15 Ultra smartonu 6.73 düym ölçülü OLED ekranı əldə edəcək.
Mənbə: GSMarena
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi MIX Flip 2 barəsində yeni təfərrüatlar təqdim edilib

Xiaomi MIX Flip 2 barəsində yeni təfərrüatlar təqdim edilib
Çindən yayılan yeni bir şayiəyə görə, Xiaomi tezliklə yeni qatlana bilən qapaqlı Xiaomi MIX Flip 2 smartfonunu təqdim etməyə hazırlaşır. Bu smartfon haqqında bəzi detallar artıq məlumdur.
REDMI və POCO brendlərini əhatə edən 9 ədəd smartfonun rəsmi dəstəyi dayandırılıb

REDMI və POCO brendlərini əhatə edən 9 ədəd smartfonun rəsmi dəstəyi dayandırılıb
Xiaomi şirkəti REDMI və POCO brendlərini əhatə edən bəzi smartfonların rəsmi dəstəklərini dayandırıb. Belə ki, bu brendləri əhatə edən 9 ədəd smartfon şirkətin EoS (End of Support) siyahısına daxil edilib.
Çin dövlət qurumu Xiaomi YU7-nin bəzi özəlliklərini təqdim edib

Çin dövlət qurumu Xiaomi YU7-nin bəzi özəlliklərini təqdim edib
Xiaomi hələ dekabr ayında YU7 adlı elektromobilini sərgiləmişdi, lakin onun texniki xüsusiyyətləri barəsində demək olar ki, heç bir məlumat paylaşmamışdı. Xiaomi-nin yerinə bunu başqa təmsilçi edib.
Xiaomi 15 Ultra-nın qlobal versiyası sertifikatlaşdırmadan keçib

Xiaomi 15 Ultra-nın qlobal versiyası sertifikatlaşdırmadan keçib
Xiaomi yaxın zamanda Xiaomi 15 Ultra flaqman smartfonunu təqdim etməlidir. Böyük ehtimal ilə smartfon ilk növbədə Çin bazarında daha sonra isə qlobal bazarda təqdim ediləcək. Məlum olub ki, Xiaomi 15 Ultra-nın qlobal versiyası ABŞ Federal Rabitə Komissiyasında (FCC) sertifikatlaşdırmadan keçib.
Xiaomi 15 Ultra 2025-ci ilin ən yaxşı kamera smartfonu olmağa iddialıdır

Xiaomi 15 Ultra 2025-ci ilin ən yaxşı kamera smartfonu olmağa iddialıdır
Technote.az CNET platformasına istinadən bildirir ki, Xiaomi 15 Ultra smartfonu ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Bu cihazın 2025-ci ildə ən yaxşı kamera smartfonlarından biri olacağı gözlənilir.
Həftənin xəbərləri

