main-post-cover

    Xiaomi MIX Flip 2 barəsində yeni təfərrüatlar təqdim edilib

    Cihazlar+
    06.02.2025
    Emil Nəcəfov
         Çindən yayılan yeni bir şayiəyə görə, Xiaomi tezliklə yeni qatlana bilən qapaqlı Xiaomi MIX Flip 2 smartfonunu təqdim etməyə hazırlaşır. Bu smartfon haqqında bəzi detallar artıq məlumdur. Digital Chat Station ləqəbli məşhur insayderin məlumatına görə, cihaz 5100 mAh enerji tutumlu batareya ilə təchiz ediləcək. Bu, birinci nəsil Xiaomi MIX Flip-in 4780 mAh-lıq batareyasından böyük olsa da, əvvəl gözlənilən 5600-5700 mAh-lıq batareyadan kiçikdir.
         İnsayder həmçinin bildirib ki, MIX Flip 2 2025-ci ilin ikinci rübündə - aprel-iyun ayları arasında bazara çıxacaq. Əvvəllər cihazın yalnız ilin birinci yarısında buraxılacağı bildirilirdi, lakin indi dəqiq zaman aralığı daha aydın olub. Digital Chat Station əlavə edib ki, yeni qatlana bilən qapaqlı smartfonun gövdəsi IPX8 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq.
         Cihaz 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə, daha yaxşı qatlanma mexanizminə və xüsusilə qadın istifadəçilərə yönəlmiş bir sıra fərdiləşdirmə seçimlərinə malik olacaq. Xiaomi MIX Flip 2 ehtimal ki, Snapdragon 8 Elite prosessoru ilə təchiz edilən ilk qatlana bilən qapaqlı smartfon olacaq. Bundan əlavə, bu model orijinal MIX Flip-dən daha nazik olacaq. Cihazın arxa tərəfində iki kamera yer alacaq:
    - 50 MP əsas kamera (optik stabilizasiya dəstəkli)
    - 50 MP ultra geniş bucaqlı kamera.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    REDMI və POCO brendlərini əhatə edən 9 ədəd smartfonun rəsmi dəstəyi dayandırılıb
    redmi-ve-poco-brendlerini-ehate-eden-9-eded-smartfonun-resmi-desteyi-dayandirilib
    Çin dövlət qurumu Xiaomi YU7-nin bəzi özəlliklərini təqdim edib
    cin-dovlet-qurumu-xiaomi-yu7-nin-bezi-ozelliklerini-teqdim-edib
    Xiaomi 15 Ultra-nın qlobal versiyası sertifikatlaşdırmadan keçib
    xiaomi-15-ultra-nin-qlobal-versiyasi-sertifikatlasdirmadan-kecib
    Xiaomi 15 Ultra 2025-ci ilin ən yaxşı kamera smartfonu olmağa iddialıdır
    xiaomi-15-ultra-2025-ci-ilin-en-yaxsi-kamera-smartfonu-olmaga-iddialidir
    Xiaomi adı bəlli olmayan yeni flaqman smartfon üzərində çalışır
    xiaomi-adi-belli-olmayan-yeni-flaqman-smartfon-uzerinde-calisir