
Çin süni zəka sahəsində ABŞ-ın qlobal üstünlüyünü sarsıdır
Süni İntellekt
03.07.2025
Emil Nəcəfov
Çin şirkətləri süni zəka sahəsində ABŞ-ın qlobal üstünlüyünü sarsıdır. Bu qarşıdurma dünyanı texnoloji “soyuq müharibə” yoluna yönəldib və digər ölkələr ABŞ və ya Çin süni zəka sistemləri arasında seçim etmək məcburiyyətində qalırlar. Rəqabət aparan modellər bir-birinə qarşı daha da qapalı olduqca, ekspertlər narahatdırlar ki, bu sistemlər istifadəçiləri dezinformasiya və təbliğat "köpüklərinə" salmaqda daha çox sərbəstliyə sahib olacaqlar. Hazırda dünyanın müxtəlif bölgələrindəki istifadəçilər Çin şirkətlərinin DeepSeek və Alibaba kimi böyük dil modellərini (LLM) ABŞ sistemlərinə alternativ olaraq seçirlər. Məlumatlı mənbələrin sözlərinə görə, HSBC və Standard Chartered bankları DeepSeek modellərinin daxili testlərinə başlayıblar, dünyanın ən böyük neft şirkəti olan Saudi Aramco isə bu yaxınlarda DeepSeek modelini öz əsas məlumat emalı mərkəzinə quraşdırıb.

Hətta Amazon Web Services, Microsoft və Google kimi böyük bulud xidmətləri təminatçıları belə, DeepSeek modellərini müştərilərinə təklif edirlər - baxmayaraq ki, Ağ Ev bu tətbiqin bəzi hökumət cihazlarında istifadəsini məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə qadağan edib. Bir müddət əvvəl ABŞ qanunvericiləri federal agentliklərə Çində hazırlanmış süni zəkanın istifadəsini qadağan edən qanun layihəsini əqdim etdilər. Tədqiqat şirkəti Sensor Tower-in məlumatına görə, bu günə qədər OpenAI tərəfindən hazırlanmış ChatGPT 910 milyon qlobal yükləmə ilə dünyanın aparıcı istehlak yönümlü süni zəka çat-botu olaraq qalır, DeepSeek isə 125 milyon yükləmə ilə xeyli geridədir. Lakin digər bir çox sahələrdə olduğu kimi, Çin şirkətləri də oxşar səviyyədə LLM performansını xeyli daha aşağı qiymətlərlə təklif edirlər.

ABŞ-ın qoyduğu maneələrə baxmayaraq, Çin süni zəka şirkətləri qlobal bazara çıxmağa can atırlar. Çinin müşahidə və ya hərbi məqsədlər üçün qabaqcıl texnologiyalara can atmasından narahat olan Vaşinqton, Çin süni zəka şirkətlərinin ABŞ istehsalı olan kompüter çiplərinə, biliklərə və maliyyəyə çıxışını məhdudlaşdırıb və sanksiyaların daha da sərtləşdirilməsi ilə hədələyir. Buna cavab olaraq Pekin, ABŞ-dan minimum asılılığı olan süni zəka sənayesinin qurulmasına nəhəng investisiyalar yatırır. Hərbi analitiklərin bildirdiklərinə görə, Çin Xalq Azadlıq Ordusu da ABŞ ordusu kimi, strateji üstünlük əldə etmək məqsədilə süni zəkanın imkanlarını fəal şəkildə araşdırır, baxmayaraq ki, bu səylərin nə dərəcədə irəlilədiyini dəqiq müəyyənləşdirmək çətindir. Gələcəkdə ABŞ və Çin arasında təhlükəsizlik sahəsində əməkdaşlığın pozulması, ölkələrin nəzarətsiz süni zəkadan irəli gələn gələcək hərbi və ictimai təhdidlərə qarşı mübarizə qabiliyyətini zəiflədə bilər.

ABŞ-ın süni zəka şirkətləri süni superzəkanın yaradılmasında irəliləyiş əldə etməyə çalışdıqları halda, Çin süni zəka sənayesi daha çox süni zəkanın praktik tətbiqlər üçün istifadəsinə yönəlib. Bu isə ona yeni istifadəçiləri sürətlə cəlb etməyə kömək edə bilər. Çinin aparıcı süni zəka şirkətləri - o cümlədən Tencent və Baidu - öz böyük dil modellərini açıq mənbə kodu ilə paylaşırlar ki, bu da dünyadakı proqramçılar və şirkətlər üçün onları asan və ucuz şəkildə tətbiq etməyə imkan verir. Alibaba-nın məlumatına görə, onun Qwen adlı əsas modelinə əsaslanan 100 mindən çox törəmə model artıq yaradılıb. Bir neçə il əvvəl ABŞ və Çin süni zəka sektorları bir-biri ilə sıx bağlı idi. 2018-ci ildə Çin süni zəka sektoruna yönəlmiş 21.9 milyard dollarlıq investisiyanın 30%-ə qədəri ABŞ investorlarının payına düşürdü.

Çinli tələbələr kütləvi şəkildə ABŞ universitetlərinə və Silikon Vadisinin şirkətlərinə qəbul olunurdular. Bu gün isə ABŞ-ın Çin süni zəka şirkətlərinə yönəltdiyi vençur investisiyaları əhəmiyyətli dərəcədə azalıb. Çin vətəndaşları üçün ABŞ-da təhsil almaq və işləmək getdikcə çətinləşir. Süni zəka sahəsində ABŞ şirkətləri nə qədər az dominant olsa, onun bu texnologiyanın istifadə qaydaları üzrə qlobal standartları müəyyən etmək gücü də bir o qədər azalacaq. Bu isə Pekinə, dünyaya öz istədiyi baxış bucağını əks etdirən məlumatları yaymaq üçün Çin modellərindən bir növ "Troya atı" kimi istifadə etməyə imkan açır. “ABŞ və Çin bu yarışda hansının qalib gələcəyini müəyyən edəcək bir nömrəli amil - hansı texnologiyanın qalan dünya tərəfindən daha geniş qəbul olunacağıdır. Kim birinci gələcəksə, onu oradan sıxışdırıb çıxarmaq çox çətin olacaq” - deyə Microsoft-un prezidenti Brad Smith Senatda keçirilmiş son dinləmələrdə bildirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Sam Altman Meta-nın OpenAI mütəxəssislərini özünə cəlb etməsindən şikayətlənib

Sam Altman Meta-nın OpenAI mütəxəssislərini özünə cəlb etməsindən şikayətlənib
OpenAI-nin baş direktoru Sam Altman Meta rəhbəri Mark Zuckerberg-i süni zəka sahəsində istedadlı kadrları öz tərəfinə çəkməkdə sərt şəkildə tənqid edib. Onun fikrincə, Meta-nın bu davranışları gələcəkdə ciddi mədəniyyət problemlərinə yol aça bilər.
ChatGPT uğurla kosmik gəmini idarə edə bilirmiş

ChatGPT uğurla kosmik gəmini idarə edə bilirmiş
Tədqiqatçılar böyük dil modellərinin (LLM) kosmik gəmini idarə edib-edə bilməyəcəklərini sınaqdan keçiriblər. GPT və LLaMA bazasında çalışan süni zəka agenti Kerbal Space Program adlı simulyatorda keçirilmiş beynəlxalq avtonom naviqasiya yarışmasında ikinci yeri tutub.
Yenilənmiş Siri OpenAI və ya Anthropic-in süni zəka modeli əsasında çalışa bilər

Yenilənmiş Siri OpenAI və ya Anthropic-in süni zəka modeli əsasında çalışa bilər
Apple, Siri adlı ağıllı səsli köməkçisinin yeni funksiyalarını özünün hazırladığı modellər deyil, Anthropic və ya OpenAI-nin süni zəka platformaları əsasında qurmaq imkanını araşdırır. Bu barədə Bloomberg-in insayderi Mark Gurman şəxsi mənbələrinə istinadən məlumat verib.
Meta superzəkanın yaradılması üçün xüsusi laboratoriyasını formalaşdırıb

Meta superzəkanın yaradılması üçün xüsusi laboratoriyasını formalaşdırıb
Meta şirkətinin rəhbəri Mark Zuckerberg süni zəkanın növbəti nəslinin inkişafı ilə məşğul olacaq yeni bölmə - Superintelligence Labs-ın (MSL) yaradıldığını elan edib.
Google DeepMind "Minilliyin 7 Problemi"ndən birinin həllinə çox yaxındır

Google DeepMind "Minilliyin 7 Problemi"ndən birinin həllinə çox yaxındır
Riyaziyyatçı Javier Gomez Serrano Navye-Stoks tənliyini həll etməyə çalışmaq üçün Google DeepMind-ın alimlər komandasında yer alıb. Bu tənlik, Kley Riyaziyyat İnstitutunun həllinə görə şöhrət və 1 milyon dollar mükafat vəd etdiyi "Minilliyin 7 Problemi"ndən biridir.
Həftənin xəbərləri

