
Yeni alüminium batareya çoxlu sayda şarjdan sonra öz həcminin 99%-ni qoruyub saxlayır
Elm & Texnologiya
03.02.2025
Emil Nəcəfov
Pekin Universiteti və Pekin Texnologiya İnstitutunun alimləri 10 000 dəfə şarj dövründən sonra ilkin tutumunun 99%-ni saxlaya bilən bərk cisimli alüminium batareyası hazırlayıblar. Bu ixtira, ənənəvi litium-ion batareyaları ilə müqayisədə enerji saxlama müddətini əhəmiyyətli dərəcədə uzatmağı vəd edir. Aparılmış sınaqlar zamanı yeni növ batareyanın prototipi deşilmələrə, qısaqapanmalara və 1000 dərəcə Selsiyə qədər qızdırılmaya məruz qalsa da, heç bir sızma, yanğın və ya partlayışa səbəb olmayıb.

Hətta 200 dərəcə Selsi temperaturda belə, gərginlik otaq temperaturundakı səviyyədə qalıb ki, bu da batareyanın ekstremal şəraitdə işləməyə davam edə bildiyini sübut edir. Bu texnologiya alüminium xloriddən ibarət maye elektrolitin istifadəsinə əsaslanır. Adətən bu maddə korroziyaya səbəb olur, lakin alüminium ftorid və xüsusi duz örtüyünün əlavə edilməsi elektrodlar üzərində korroziyanın qarşısını alan bərk cisimli sistem yaratmağa imkan verib. Alüminium ftorid yuyulub təkrar istifadə oluna bilər və demək olar ki, eyni miqdarda geri qaytarılır. Alüminium da səmərəli şəkildə emal oluna bildiyi üçün bu texnologiya tullantısız istehsal baxımından perspektivli hesab edilir.
Mənbə: Acs
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Hindistan kosmosa ilk idarə olunan uçuşlara hazırlaşır

Hindistan kosmosa ilk idarə olunan uçuşlara hazırlaşır
Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) Banqalor şəhərindəki mərkəzində "Gaganyaan" missiyası üçün ekipaj modulunun yığılması uğurla başa çatıb. Kapsul uçuş zamanı onun mövqeyini və trayektoriyasını idarə etməyə imkan verən hərəkətə nəzarət sistemi ilə təchiz edilib.
Birləşmiş Ərəb Əmirliklərində 2 süni yağış texnologiyası test edilir

Birləşmiş Ərəb Əmirliklərində 2 süni yağış texnologiyası test edilir
Technote.az Bloomberg saytına istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Hidrometeorologiya Mərkəzinin (NCM) rəhbəri Abdulla Al Mandous son müsahibəsində qeyd edib ki, BƏƏ-də yağışların süni şəkildə formalaşdırılmasına istiqamətlənmiş 2 perspektivli texnologiya test edilir.
Astronomlar kosmosda reklamların qlobal şəkildə qadağan edilməsini tələb edirlər

Astronomlar kosmosda reklamların qlobal şəkildə qadağan edilməsini tələb edirlər
Technote.az SpaceNews saytına istinadən bildirir ki, astronomlar, yerdən görünən kosmos reklamlarının qlobal miqyasda qadağan edilməsini tələb edirlər. Onlar bunu qaranlıq və sakit səmanın qorunması üçün son təhdid kimi qiymətləndirirlər.
Alimlər yeni növ batareya ilə çalışan meduza və soxulcan tərz robotlar hazırlayıblar

Alimlər yeni növ batareya ilə çalışan meduza və soxulcan tərz robotlar hazırlayıblar
Technote.az TechCrunch saytına istinadən bildirir ki, Kornell Universitetinin tədqiqatçıları robotlar sahəsində yeni bir addım ataraq, həm hərəkət etmək, həm də enerji saxlamaq üçün hidravlik maye batareyasından istifadə edən yumşaq robotlar təqdim hazırlayıblar.
Dəniz suyunun ekoloji vasitə ilə içməli suya çevrilməsi texnologiyası hazırlanıb

Dəniz suyunun ekoloji vasitə ilə içməli suya çevrilməsi texnologiyası hazırlanıb
Miçiqan Universiteti və Rays Universitetinin mühəndisləri böyük miqdarda kimyəvi maddələrdən istifadə etməyərək dəniz suyunu içməli suya çevirməyə imkan verən texnologiyanı hazırlayıblar.
Həftənin xəbərləri

