
İki qara dəliyin birləşməsi Stephen Hawking-in fərziyyəsini təsdiqləyib
Elm & Texnologiya
11.09.2025
Emil Nəcəfov
Alimlər LIGO-Virgo-KAGRA birgə layihəsinin çərçivəsində tarixdəki ən güclü siqnalı aşkar etdiklərini bildiriblər. Hadisə GW250114 nömrəsini alıb və Roy Kerr ilə Stephen Hawking-in fərziyyələrini təsdiqləyib. GW250114 siqnalı kütlələri təqribən 34 və 32 Günəş kütləsinə bərabər olan iki qara dəliyin təqribən 1.3 milyard işıq ili uzaqlıqda birləşməsi nəticəsində yaranıb. Birləşmədən sonra təqribən 63 Günəş kütləsinə sahib yeni qara dəlik əmələ gəlib, o, saniyədə təxminən 100 dövr sürətlə fırlanırdı. “GW250114 bu günə qədər qeyd etdiyimiz qravitasiya dalğaları sahəsindəki ən ‘səsli’ hadisədir. Bu, sanki pıçıltının qışqırıqa çevrilməsi kimi idi. Bu isə bizə Albert Einstein-in nəzəriyyələrini mümkün olan ən sərt sınaqlardan keçirmək üçün misilsiz imkan yaratdı, həmçinin Stephen Hawking-in proqnozlarından birini təsdiqlədi: qara dəliklərin birləşməsi zamanı onların hadisə üfüqlərinin ümumi sahəsi yalnız arta bilər, azala bilməz” - deyə tədqiqat qrupunun iştirakçısı Geraint Pratten hadisəni şərh edib.

GW250114-un unikallığı siqnalın qeyri-adi dərəcədə təmiz olmasıdır ki, bu da iki klassik nəzəriyyənin yoxlanılmasına imkan verdi. Birincisi, Hawking-in hadisə üfüqü ilə bağlı proqnozu - qara dəliyin xarici sərhədi. Bu, qara dəliyin qravitasiya təsirinin o qədər güclü olduğu nöqtədir ki, hətta işıq belə onun təsirindən çıxmaq üçün kifayət qədər sürətlə hərəkət edə bilmir. Qravitasiya kütlə ilə bağlı olduğuna görə, hadisə üfüqünün ölçüsü və ya Şvarçşild radiusu qara dəliyin kütləsindən asılıdır: kütlə nə qədər böyükdürsə, hadisə üfüqü də bir o qədər genişdir. 1971-ci ildə Hawking və israilli fizik Jacob Bekenstein proqnozlaşdırmışdılar ki, yeni qara dəliyin hadisə üfüqünün sahəsi ilkin qara dəliklərin sahələrinin cəmidən daha böyük olacaq.

Alimlər güman edirdilər ki, yeni hadisə üfüqünün sahəsi qara dəliyin entropiyası ilə, yəni onun xaotikliyinin ölçüsü ilə proporsionaldır.GW250114 siqnalının öyrənilməsi göstərdi ki, ilkin qara dəliklərin ümumi səth sahəsi 240 000 km² təşkil edirdi. Onların birləşməsi nəticəsində yaranmış yeni qara dəliyin səth sahəsi isə 400 000 km²-ə qədər artıb. İkincisi, GW250114 hadisəsi həm də Yeni Zelandiya riyaziyyatçısı Roy Kerr-in fərziyyəsini təsdiqlədi - o, fırlanan qara dəlik üçün ümumi nisbilik nəzəriyyəsinin tənliklərinə həll təklif etmişdi, bu da “Kerr geometriyası” adlanır. “Kerr qara dəliyi”nin təsviri, hərəkətsiz qara dəlik üçün Şvarçşild variantından daha mürəkkəbdir, çünki fırlanan qara dəlik məkanı və zamanı bir qədər fərqli şəkildə əyir.

Kerr modelində obyektin yalnız kütləsi deyil, həm də onun bucaq momenti və ya spini nəzərə alınır. Kerr fərziyyəsinin yeniliyi ondadır ki, o, tam əhatəlidir: bir ulduzun təsviri üçün böyük sayda xarakteristikalar tələb olunduğu halda, qara dəlik cəmi 2 göstərici - kütlə və fırlanma ilə izah olunur. İki qara dəlik birləşdikdən sonra sistem zəifləmə fazasına keçir və bu zaman yeni qara dəlik müəyyən tezliklərdə titrəyişlər yaradır və qravitasiya dalğaları buraxır, sanki onun “səsi” dəyişir. Kerr isə proqnozlaşdırmışdı ki, törəmə qara dəliyin “səsini” onun kütləsi və fırlanması müəyyən edir. “GW250114 siqnalının aydınlığını nəzərə alaraq, biz ilk dəfə qara dəliklərin ‘səslərində’ iki tonu ayırd edə bildik, onların Kerr-in proqnozuna uyğun davrandığını təsdiqlədik və mövcud qara dəliklərin Kerr təbiətinə misilsiz dərəcədə inandırıcı sübut əldə etdik” - deyə tədqiqat qrupunun üzvü Gregorio Carullo izah edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Əldə olunmuş Mars torpaq nümunəsində qədim mikrobların həyat izləri mövcud ola bilər

Əldə olunmuş Mars torpaq nümunəsində qədim mikrobların həyat izləri mövcud ola bilər
NASA hesab edir ki, Perseverance aparatı tərəfindən 2024-cü ilin iyulunda toplanmış Mars torpağı nümunələrindən biri qədim mikrobların həyat izlərini daşıya bilər.
Donuz böyrəklərinin insana transplantasiyası ilə bağlı klinik araşdırmalara start verilir

Donuz böyrəklərinin insana transplantasiyası ilə bağlı klinik araşdırmalara start verilir
Alimlər ksenotransplantasiyada ilk mərhələyə nail olduqlarını bildirdilər - bir insan GMO donuz böyrəyi ilə yarım il müddətdə fəsadsız yaşayır.
Donuz böyrəyini əldə etmiş pasiyent artıq yarım ildir problemsiz yaşayır

Donuz böyrəyini əldə etmiş pasiyent artıq yarım ildir problemsiz yaşayır
İndiyədək donuzların daxili orqanlarının canlı pasiyentlərə transplantasiyası uğurlu olub, lakin qısa müddət sonra ya orqanın təcili çıxarılması əməliyyatı tələb olunub, ya da həkimlər ölüm halını qeydə alıblar.
Çin Yerin asteroidlərdən qorunması texnologiyasını test edəcək

Çin Yerin asteroidlərdən qorunması texnologiyasını test edəcək
Bu il Çin Yerin potensial risklərini azaltmaq və trayektoriyasını dəyişmək məqsədilə asteroidlə toqquşma üzrə nümayiş missiyası həyata keçirməyi planlaşdırır.
Günəş sisteminin hüdudlarında gizli obyekt aşkar edilib

Günəş sisteminin hüdudlarında gizli obyekt aşkar edilib
Müasir astronomiyaya görə, Günəş sistemində Neptunun o tayındakı məkan boş hesab olunur. Lakin məhz orada alimlər kütləvi bir transneptun obyekti - 2017 OF201-i aşkar ediblər.
Həftənin xəbərləri

