
Çinlilər qaranlıq enerjini öyrənmək üçün unikal raidoteleskop hazırlayıblar
Elm & Texnologiya
17.06.2025
Emil Nəcəfov
Keçən həftə unikal radioteleskopun çanağı Çindən Braziliyaya dəniz yolu ilə göndərilib. Bu teleskop qaranlıq enerjinin xüsusiyyətlərini öyrənmək və kainatın digər sirrlərini açmaq üçün nəzərdə tutulub. Bu hadisə BINGO layihəsi çərçivəsində astrofiziki alətlərin hazırlanmasının son mərhələsi oldu. Radioteleskop Braziliyada, sivilizasiyadan uzaq bir ərazidə qurulacaq ki, yüksək həssaslığa malik cihazların işinə mane ola biləcək siqnalların təsiri minimuma endirilsin. BINGO layihəsinin ilkin eskizi 2011-ci ildə təqdim olunmuşdu. Həmin vaxta qədər qaranlıq enerjinin - cazibə qüvvəsi ilə bağlı olmayan qalaktikaları bir-birindən uzaqlaşdıraraq kainatın genişlənməsini sürətləndirən naməlum gücün - kəşfindən cəmi 13 il keçmişdi. Bu gün qaranlıq enerji hələ də tam öyrənilməmiş və ən mühüm kosmik sirrlərdən biri hesab olunur.

Alimlərin fikrincə, qaranlıq enerji kainatda mövcud olan bütün maddi varlığın təxminən 68%-ni təşkil edir. BINGO layihəsinin radioteleskopu bu enerjinin öyrənilməsinə kömək etməlidir. BINGO Braziliya və Çin arasındakı birgə layihədir. Bu əməkdaşlığa Braziliyanın aparıcı astrofiziki, Braziliya Milli Kosmik Tədqiqatlar İnstitutunun (INPE) astrofizika şöbəsinin baş elmi işçisi Carlos Alexandre Wuensche de Souza rəhbərlik edir. Radioteleskopun birbaşa layihələndirilməsi və istehsalı ilə çinli alimlər məşğul olublar. Onlar konstruksiyanın yerində sadə şəkildə quraşdırılmasını əsas prioritet kimi müəyyən ediblər. Radioteleskop 40 metrlik bir kasa formalı antendən və daha kiçik antenlərdən təşkil edilmiş konstruksiyadan ibarətdir. Sistem həm geniş bir səma sahəsini əhatə etmək, həm də müşahidə sahəsində kifayət qədər dəqiq ölçmələr aparmaq üçün nəzərdə tutulub.

Cihaz neytral qaz üzərində aparılacaq kompleks müşahidələr nəticəsində əldə ediləcək barion akustik dalğalanmaları qeydə alacaq. Barion akustik dalğalanmaları Böyük partlayışdan təxminən 380 000 il sonra plazma sahələrinin sıxılıb genişlənməsi prosesi zamanı yaranıb. Bu dalğalanmalar maddəni müəyyən qanunauyğunluqla kosmosda paylayıb və o vaxtdan bəri bu, qalaktikaların yerləşməsində müşahidə olunan bir növ "kosmik iz" kimi qalıb. Əslində, bu dalğalanmalar kainatda məsafələrin müəyyən olunması üçün bir növ kosmik ölçü aləti rolunu oynayır. BINGO layihəsi nəticəsində toplanacaq məlumatlar kainatın genişlənmə sürətini və səviyyəsini yüksək dəqiqliklə müəyyən etməyə kömək edəcək və bununla da qaranlıq enerjinin xüsusiyyətlərini daha dəqiq anlamağa şərait yaradacaq. BINGO radio teleskopunun əsas anteni təxminən 2 aya Braziliya sahillərinə çatacaq. Radioteleskop ölkənin paytaxtından 2000 kilometr uzaqlıqda inşa ediləcək və 2026-cı ildə istismara veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qara dəliklərin daxilində sinqulyarlıaq olmaya bilər

Qara dəliklərin daxilində sinqulyarlıaq olmaya bilər
Bu ilin əvvəlində fiziklər müasir fizikanın ən böyük problemlərindən birinə - qara dəliklərin mərkəzində sinqulyarlığın mövcudluğu məsələsinə - yeni bir həll təklif etdilər.
Tarixdə ilk dəfə Günəşin cənub qütbünün fotoları çəkilib

Tarixdə ilk dəfə Günəşin cənub qütbünün fotoları çəkilib
Bu ilin yazında Avropanın Solar Orbiter adlı kosmik Günəş rəsədxanası ilk dəfə Günəşin ekvator müstəvisindən aşağı enərək onun cənub qütbünün görüntüsünü əldə edib.
İlk dəfə 13 milyard yaşı olan kosmik işıq müşahidə edilib

İlk dəfə 13 milyard yaşı olan kosmik işıq müşahidə edilib
Astronomlar ilk dəfə yerüstü teleskop vasitəsilə kainat tarixinin ən qədim dövrünə aid mikrodalğalı işığı müşahidə ediblər. Bu dövr “kosmik sübh” adlanır və 13 milyard ildən çox əvvəl başlayıb.
Kainatın müşahidə olunan hissəsinin ən böyük xəritəsi təqdim olunub

Kainatın müşahidə olunan hissəsinin ən böyük xəritəsi təqdim olunub
İyunun 5-də Kaliforniya Texnologiya İnstitutu (Caltech) son onilliklərin ən genişmiqyaslı astronomik tədqiqatlarından birinin nəticələrini təqdim etdi. Belə ki, COSMOS-Web layihəsi çərçivəsində James Webb kosmik teleskopunun müşahidələrinə əsaslanan interaktiv xəritə dərc olunub.
Kosmik boşluqlar əslində boş sahələr deyillər

Kosmik boşluqlar əslində boş sahələr deyillər
Kainatda, həqiqətən də, demək olar ki, tamamilə boş olan sahələr mövcuddur, lakin astrofizik Paul Sutter-in sözlərinə görə, bu boşluqlar tam mənada boş deyil. Onlar bir sıra maraqlı şeylər ehtiva edirlər.
Həftənin xəbərləri

